Hazırda ölkəmizdə olan su qıtlığı, mənzillərdə vətəndaşların sularının kəsilməsi ilə nəticələnir. Bu çıxış yolu deyil nəzərə alsaq ki, Azərbaycan Respublikasının ümumi şirin su ehtiyatının 70 %-i kənd təsərrüfatının müxtəlif sahələrinə, o cümlədən əkinçiliyə sərf olunur, qənaət olunmalı olan sahə də elə məhz əkinçiliyin özüdür. Burada qeyd olunacaq üsullardan əlavə, kollektor-drenaj şəbəkələrinin köhnəldiyini, dolduğu üçün funksiyalarını düzgün yerinə yetirmədiklərini nəzərə almaq lazımdır. Buna görə də, onların yoxlanması, bəzi yerlərdə təmizlənməsi və ya dəyişdirilməsi zəruridir.
Təbiətə qarşı qayğı ilə yanaşmaq və əhalinin rahatlığı nəzərə almaqla şəhərin düzgün inkişafını təmin etmək və ən əsası bütün bunları ağılla istifadə etmək hər birimizin əsas vəzifəsidir. Bizim də məqsədimiz Ekologiya, Urbanizasiya başda olmaqla onlar ətrafındakı mövzularda müxtəlif məqalələr, yazılar, tərcümələr və xəbərlər barədə oxucuları agah etmək və ən əsası bu kontentin Azərbaycan dilində olmasını təmin etməkdir.