Demək
olar ki, hər hansı bir silahlı münaqişə Yer kürəsinin ekoloji sistemi üçün mənfi
nəticələnir. İstifadə olunan silah növlərindən və toqquşmanın baş verdiyi ərazidən
asılı olaraq ziyanın miqdarı da fərqlənir. Müharibə zamanı ortaya çıxan ən
ümumi ekoloji amilləri nəzərdən keçirək.
Zərərli tullantılar
Genişmiqyaslı
qarşıdurmalar zamanı müxtəlif növ kimyəvi tərkibli silahlardan istifadə baş
verir. Mərmilərin, bombaların və hətta əl qumbaralarının tərkibi təbiət üçün
ciddi fəsadlarla nəticələnir. Partlayış nəticəsində müəyyən bir ərazidə zərərli
maddələrin kəskin yayılması baş verir. Bitkilərə və torpağa daxil olduqda
torpağın tərkibini dəyişir, bitkilərin böyüməsi zəifləyir, məhv olur.
Partlayışın zərərli təsiri
Bomba və
minaların partlaması qaçılmaz olaraq relyefin dəyişməsinə səbəb olur, partlayış
yerindəki torpağın kimyəvi tərkibini dəyişdirir. Nəticədə, partlayış yerinə
bitişik ərazidə müəyyən növ bitki və canlı varlıqların yayılması çox vaxt
mümkün olmur.
Bombanın
işə düşməsi heyvanlar üçün birbaşa öldürücü təsir göstərir. Onlar qəlpə və şok
dalğalarından ölürlər. Su obyektlərində sursat partlayışları xüsusilə ölümcül
olur. Bu vəziyyətdə bütün sualtı canlılar bir neçə on kilometr radiusda tələf
olur. Bu, su mühitində səs dalğasının xüsusi sürətlə və qüvvətli yayılması ilə əlaqədardır.
Təhlükəli kimyəvi maddələrlə işləmək
Bir sıra
silahlar, xüsusilə ağır strateji raketlər kimyəvi cəhətdən aqressiv yanacaq
istifadə edir. Bu silahların tərkibi bütün canlılara zəhər verən komponentlərdən
ibarətdir. Döyüş xüsusi və bəzən fövqəladə bir sahədir, əksər hallarda ekoloji
qaydalardan imtina tələb edir. Bunun nəticəsində torpağa və su obyektlərinə
külli miqdarda kimyəvi maddələr daxil olur.
Kimyəvi
maddələrin yayılması yalnız faktiki toqquşmalar zamanı baş vermir. Müxtəlif ölkələrin
silahlı qüvvələri tərəfindən keçirilən çoxsaylı təlimlər əslində hərbi
silahlardan istifadə edərək döyüş əməliyyatlarını təqlid edir. Eyni zamanda,
Yer kürəsinin ekologiyası üçün də tam mənfi nəticələr doğurur.
Təhlükəli sənaye obyektlərinin dağıdılması
Toqquşmalarda
tez-tez münaqişə iştirakçıları əks mövqeyin sənaye infrastrukturunun elementlərinə
dağıdıcı zərbələr vurur. Bu sənaye elementlərinə kimyəvi və ya bioloji aktiv
maddələrlə işləyən emalatxanalar və tikililər də aid ola bilər. Ayrı bir növ
radioaktiv istehsal zonaları və artıqlarının basdırıldığı yerlərdir. Onların məhv
edilməsi böyük ərazilərin kəskin bir yoluxmasına səbəb olaraq bütün canlılar
üçün ağır nəticələnə bilir.
Gəmilərin batması və nəqliyyat qəzaları
Müharibə
zamanı batan döyüş gəmiləri su ekosisteminə ağır zərbə vurur. Bir qayda olaraq,
göyərtədə kimyəvi tərkibli silahlar (məsələn, raket yanacağı) və gəminin özünün
yanacağı var. Gəminin məhv edilməsi zamanı bütün bu maddələr suya düşür.
Təxminən
eyni şey dəmir yolu tərkibinin dağılması və ya avtomobil texnikalarının böyük
kalonlarının məhv edilməsi zamanı baş verir. Əhəmiyyətli miqdarda mühərrik
yağı, benzin, dizel yanacağı və kimyəvi xammal torpaq və yerli su obyektləri ilə
qarışa bilər. Döyüş meydanında qalan istifadə edilməmiş silah elementləri (məsələn,
mərmi) olan nəqliyyat vasitələri illərdən sonra da təhlükəlidir. Belə ki, Böyük
Vətən Müharibəsi dövründən qalan mərmi hələ də vaxtaşırı Rusiyanın (red. eləcə
də digər döyüş bölgələrinin) müxtəlif bölgələrində tapılır. Yerdə 70 ildən çox
yatırlar, lakin çox vaxt aktiv vəziyyətdə tapılırlar.
Tərcümə edən: Rövşən Nəzərov
Комментариев нет:
Отправить комментарий