2020-04-22

Neftlə çirklənmə: mənası, səbəbləri, effektləri, profilaktik və nəzarət tədbirləri


Giriş

Hər növ çirklənmə təbiət üçün zərərlidir. Neft çirklənməsi, xüsusilə suyun neftlə çirklənməsi növü təhlükəlilərdən biridir. Neft suda həll olmur, deməli adətən suyun səthində üzür. Beləliklə, neft çirklənməsi hər hansı səbəb-dən ötrü təbii su hövzələrinə böyük ölçüdə təsir edir və çirk-lənmə adı altında qruplaşdırılır. 

Tərif və mənası

Neft çirklənməsi həddindən artıq maddənin ətarf mühitə təsiri nəticəsində ortaya çıxan nəticədir. Neft çirklənməsi dəniz və okeanlar kimi böyük su hövzələrində daha geniş yayılmışdır. Neft dağılmaları maye neft hidrokarbonlarının su mühitinə tökülməsi ilə baş verir. Dəniz suyu xüsusilə bu növ çirklənmədən əziyyət çəkir. Neft çirklənməsi ilk növbədə insan əli baş verir və insanın məsuliyyətsiz fəaliyyətlərinin nəticəsidir. Neft çirklənməsi əsasən xam neftdən qaynaqlanır. Okeanlar boyu xam neft daşıyan gəmi və tankerlər su mühitində ölümcül neft dağılmalarına səbəb ola bilər, sızma bunlardan ən çox yayılandır. Neft və su çirklənməsi dedikdə, dağılan neftin miqdarı əhəmiyyətlidir. Dəniz qəzaları zamanı neft dağıntılarının miqdarı çox böyükdür. Bu kimi böyük miqdarda tökülmələr mütəmmadi olaraq baş verir. Həmçinin, neft dağıntıları dayaz sularda dərin sulara nisbətən daha təhlükəlidir. Neft palçıq və digər kirli maddələrlə birləşərək su hövzələrinin dibinə enir. Bunun nəticəsində, dibə meyl edən neft əsrlər boyu dəniz yataqlarında qalaraq dənizdə yaşayan canlılar üçün zərərli təsirlər göstərir.  Böyük miqdarda neft çrklənməsi baş verdikdə, onun təmizlənməsi son ərəcə yorucudur. Çirklənmə təsirlərini aradan qaldırmaq üçün tədbirlər vaxtında görülməsə nəticəsiz qala bilər. Buna görə də, müalicədən çox profilaktik tədbirlər daha ağıllıcadır. Profilaktik tədbirlər önəmli bir addımdır, lakin maarifləndirmə bundan əvvəl gəlir. Bu cür çirklənmənin yarada biləcəyi fəlakətlər barədə məlumat almadan, qarşısının alınması çox nadir hallarda vacib görünür. Burada, biz hər kəsin nəzarət tədbirlərinə daha ciddi riayət etməsi üçün  neft çirklənməsi miqdarını ətarflı şəkildə müzakirə etməliyik. Neft çirklənmənin səbəb və nəticə ssenarisini dərindən öyrənmək lazımdır və yalnız bundan sonra zəruri profilaktika tədbirləri zamanın ehtiyacı kimi görünəcəkdir!

Səbəblər:

Neftin çirklənməsinin müxtəlif səbəbləri aşağıda qruplaşdırılmışdır:
1.      Neft tankerlərinin zədələməsi: neft tankerlərinin mexaniki zədələnməsi böyük miqdarda neftin dağılmasına səbəb ola bilər. Əgər bir tanker dayaz yerdə zədələnərsə, tankerin sahilə doğru mexaniki cəhdləri zamanı dəlik yarada biləcək aşınma meydana gələ bilər. Həmçinin, bunker və ya sürtkü yağları (motorlar üçün gərəklidir) gəmiyə yüklənərkən yükləmə xortumu mexaniki təsirlərə məruz qalaraq neft tökülmələrinə səbəb ola bilər.
2.      Neft borusu sızıntısı: neft borusu sızıntıları geniş yayılmışdır və çox miqdarda neft çirklənməsinə səbəb olur. Dünya miqyasında nəhəng neft boruları çəkilmişdir və ən yüngül sızıntı belə su kütlələri üçün ciddi təhlükə yarada bilir. Dənizdə qazma tullantıları ehtiyatla işlənməlidir və onların düzgün və qanuni şəkildə atılması təmin edilməlidir.
3.      Qazma fəaliyyətləri: qazma fəaliyyətləri şiddətli neft çirklənməsinə səbəb olur. Sənayedə neft hasilatından sonra qazma tullantıları su hövzələrinə atılır. Bu təbii su mənbələri üçün olduqca zərərlidir. Şirkətlər ətraf mühitə qarşı məsuliyyətsiz davranırlar və qazma tullantılarını düzgün olmayan şəkildə atırlar.
4.      İnsanların nəqliyyat və istirahət fəaliyyətləri: neft dağılmaları su idmanlarının, eləcə də matorlu su nəqliyyatlarının nəticəsi ola bilər. Yanacaq motorlu xizəklər (jet skies), sürət qayıqları və s. –dən sızaraq neft çirklənməsi yarada bilər. Bəzi su hövzələri müntəzəm olaraq motor tarfikinə sahibdir. Bu su obyektləri neftin davamlı çirklənməsi səbəbindən suyunda konsentratlı neft çirklənməsinə meyllidirlər.
5.      Bacarıqsız işçi qüvvəsi: peşəkar, diqqətsiz və bacarıqsız işçi qüvvəsi də neft çirklənməsində risk faktoru ola bilər. Onlar təhlükəli olan xam nefti yükləmək və ya boşaltmaq zamanı bacarıqsız iş görə bilərlər. Həmçinin ekipaj üzvləri arasında xam neft tankerləri ilə işləyərkən qısa yolları tətbiq etmək, təmizləmək, yükləmək, nəzarət etmək və boşaltmaq üçün qanuni protokola əməl edilməməsinə tez-tez rast gəlinir.
6.      Xətaları yoxlamamaq: Dənizdə bir səyahət zamanı yaşıl siqnal vermədən əvvəl hər hansı zədəli avadanlıq və ya gəmi hissələrini yoxlamaq lazımdır. Hər hansı potensial uğursuz hadisə dərhal ələ alınmalı, üstündən keçilməməlidir. Hətta bir dəqiqəlik gecikmə pis nəticələr doğura bilər. Xarab motorlar dənizin ortasında əhəmiyyətli dərəcədə neft çirklənməsinə səbəb ola bilər.
7.      İnsan nəzarətindən kənarda təbii səbəblər: Fırtına və sunami kimi təbii fəlakətlər də bir çox neftin dağılmaları və gəmi qəzalarına səbəb olmuşdur. Bu, insan nəzarətindən kənardır və dəniz suyuna maksimum ziyan vurur. İqlim şəraiti dəniz həyatı haqqında danışarkən keçilməz bir faktordur.
8.      Əməliyyatlarda neft dağılmaları: hər hansı bir gəmidə mühərrikin altına olan boşluq hissə var. Bu yağlı və çirkli suyu toplamaq üçündür. Gəmi heyəti tərəfindən doldurulduqdan sonra yağ və su ayrılır. Yağlı tullantıların təyin olunmuş bir saxlama tankına yığılması ehtimal edilir. Qalan su (əhəmiyyətsiz miqdarda neft izləri olan) bir yağ-su ayırıcısından keçdikdən sonra okeana buraxılır. Bu geniş prosedur, yalnız qalıq yağın xaricə buraxılmasını təmin etmək üçün edilir. Beləliklə, bir gəminin ətrafında bir neft təbəqəsi tapılarsa, bu, gəminin qanuni qaydalara əməl etmədiyini və icazə veriləndən daha çox neftin okeana atdığını göstərir.
9.      Çənlərin təmizlənməsi: gəmilərin neft çənləri təmizlənərkən okean suyuna neft dağılmaları riski yüksəkdir. Yeni xam neft gəmiyə yüklənmədən əvvəl adətən gəmi ekipajı yük çənini təmizləyir. Neft çənini kimyəvi maddələr və su ilə hər tərəfli təmizlədikdən sonra, qalan neft qalığı gəminin əsasında ən aşağıda yerləşən suya axıdılır. Bu su adətən su-yağ ayırıcısına göndərilir. Bununla yanaşı bəzi ekipaj üzvləri qalan yağ qalıqlarını okean suyuna axıtma meyillidirlər. Bu tamailə qanuna ziddir və heç bir halda təşviq edilməməlidir.
10.  Torpaq çirklənməsindən qaçınmaq: insanların qurudakı fəaliyyətləri həmçinin suyu da neftlə çirkləndirə bilər. Qurudakı nəqliyyatın neft sızdırması dənizlər, okeanlar və digər su hövzələri ilə yuyulma nəticəsində neft çirklənməsi baş verə bilər.

Effektlər:

Neft çirklənməsinin təsiri fəlakətli olur, xüsusən də su flora və faunasına. Aşağıda neft çirklənməsinin  müxtəlif mümkün mənfi təsirləri verilmişdir.
1.      Ekosistemə zərər vurmaq: neft çirklənmələri ekosistemimiz üçün böyük təhlükədir, xüsusilə də su ekosisteminə. Neft dağılmalarının su heyvanlarına təsiri ərazi eləcə də oradakı orqanizmlərin neft çirklənməsinə qarşı həssaslığından asılıdır.  Neft dağılmaları heyvan yetişdirmə populyasiyaları və onların yuvalarına zərər verir. Bu yırtıcı populyasiyaların azalmasına səbəb olur beləliklə, suda qida zənciri və ekosistem balansı pozulur. Su bitkiləri də həmçinin neftlə zəhərlənmiş mühitdə yaşaya bilmir və həyat dövrlərinin yetkin mərhələsindən əvvəl ölürlər.
2.      Dəniz biomüxtəlifliyinə təsir: dəniz biomüxtəlifliyi neft çirklənməsindən böyük təsir görür. Neft dağılmaları dəniz quşlarına potensial zərəvermə səbəbi ola bilər. Onların lələkləri yağlı su ilə örtülür və suda lələklərinin üzmə xassəsinə mane olur. Bu, onların suda boğulma şanslarını artıra bilər, çünki üzmə qabiliyyətləri xeyli azalır. Həmçinin, sudakı heyvanlar, quşlar və məməlilər yağlı suyu içərək zəhərlənməyə meyillidirlər. Neft sızıntıları balıq və çanaqlı dəniz heyvanları üçün də təhlükəlidir. Su samuru kimi heyvanlar neft çirklənməsi nəticəsində izolyasiya sistemlərini poza bilərlər, bu onların bədən temperaturlarına mənfi təsir göstərə bilər. İnsan fəaliyyətinin dəniz biomüxtəlifliyini daim pozduğu təəssüf doğurur.
3.      İqtisadi itki: yüksək konsentrasiyada neft dağılmaları  baş verərsə, nə qədər investisiya  sərf olunmasından asılı olmayaraq təmizlənməsi çox çətindir. Yağın tökülməsini təmizləmək üçün çox miqdarda pul xərclənməlidir və bundan sonra nəticə 100% qənaətbəxş olmaya bilər. Neftin çirklənməsi əhəmiyyətli iqtisadi itkilərə mütənasibdir. Həm də xam neftin tökülməsi böyük itkidir, çünki xam neft qiymətlidir və çox bahadır.
4.      Su temperaturunun dəyişməsi: suyun səthində olan yağ təbəqəsi günəş şüalarından daha çox istilik qəbul etməyə və suyun temperaturunu artırmağa meyllidir. Bundan əlavə, günəş işığının suyun dərinliklərinə qeyri- bərabər temperatur paylanması ilə suyun dərinliklərinə çatmasına mane ola bilər. Bu su obyektlərinin təbii hidrodinamikasını dəyişdirə bilər ki, bu da suyun müəyyən dərinliklərində az oksigen tədarükünə səbəb ola bilər.
5.      Sahil ərazilərinə təsiri: sahil ərazilərindəki sahil xətləri və qumlu çimərliklər də neft sularının çirklənməsinin dolayı yolla qurbanı ola bilər. Neftlə çirklənmiş su, ümumiyyətlə, hündür dalğalar tərəfindən sahil boyu süpürülür. Bu da çimərlikləri çirkli və insan üçün təhlükəli edir. Beləliklə, sahil əraziləri neftin dağılmalarıi səbəbindən davamlı olaraq çirklənir.
6.      Su keyfiyyətinin pisləşməsi: neft çirklənməsi suyun keyfiyyətini uzunmüddətli əsasda pisləşdirir. Sahil xəttlərində dalğalar neftli suyu bulanıq bir yağlı su emulsiyasına çevirə bilər (burada daim mexaniki qarışdırma qüvvələri səbəbindən neft və su vahid təbəqə kimi mövcuddur). Bu, suyun keyfiyyətini daha da aşağı salır.
7.      Turizm sahəsinə təsiri: neft dağıntıları və neft çirklənməsi turizmə böyük təsir göstərir. Çimərliklərdə və sahillərdə neft çirkliliyinin artması səbəbindən qayıq, üzgüçülük, dalğıc, macəra idmanları kimi turistlərin istirahət fəaliyyəti diqqətdən kənar qalır. Təmiz və sağlam olmayan su turistləri kənarlaşdıracaq.
8.      Sənaye problemləri: Bir çox sənaye müəssisələri, təbii su obyektlərindən təmiz suyu soyutma məqsədi ilə istifadə edir. Elektrik stansiyaları, nüvə stansiyaları və duzsuzlaşdırma stansiyaları kimi sənayelər səth sularından daimi su təchizatı kimi istifadə edir. Bu sənaye sahələrinin, eyni zamanda, neftin çirklənməsi səbəbindən yağlı və çirklənmiş su istifadə etmək təhlükəsi yarana bilər. Bu, boruların çirklənməsinə səbəb ola bilər və effektiv təmizlənməyə mane ola bilər.



Profilaktik və nəzarət tədbirləri:

Neftin çirklənməsi ilə mübarizə aparmaq üçün dünyanın hər yerində kifayət qədər profilaktik və nəzarət tədbirlərinin görülməsi vacibdir. Su ən vacib təbii qaynaqdır və keyfiyyəti çox önəmlidir. Beləliklə, suyun təbii saflığını qorumaq prioritet olmalıdır. Neft çirklənməsi əsas su çirkləndiricisi olduğundan, necə idarə etmək və qarşısını almaq üçün bəzi vacib tədbirləri nəzərdən keçirək.
1.      Təcrübəli insanlar: qazma işləri yalnız yüksək ixtisaslı və təcrübəli insanlar tərəfindən aparılmalıdır. Bu, lazımsız neft çirklənməsinin qarşısını alacaq.
2.      Düzgün keyfiyyət yoxlamaları: dənizdəki gəmilər və neft tankerlərii dedikdə keyfiyyətdə güzəştə getmək olmaz.  Onların mexaniki hissələri və avadanlıqlarının hər hansı neft dağılmalarına qarşı təhlükısiz olduğunu sübut etmək məqsədilə keyfiyyət nəzarətindən keçməsi vacibdir. Borular tankerlərə montaj edilərkən daha çox diqqət tələb olunur. Hər hansı bir sızıntı problemi dənizə çıxmadan əvvəl həll edilməlidir.
3.      Effektiv fəlakət idarə etmə planı: Dünyanın bütün ölkələrinin hökuməti neftin çirkliliyinə ciddi yanaşmalı və bu problemlə məşğul olmaq üçün uyğun bir fəlakət idarəetmə planı hazırlamalıdır. Yerli ətraf mühit agentlikləri də çirklənmiş su obyektlərinin bərpası istiqamətində fəaliyyət planlarını inkişaf etdirməlidir. İnsanların sağlamlığına təhlükə yaratmamaq üçün ciddi şəkildə zərər görmüş sahil xətlərinə ictimai giriş məhdudlaşdırılmalıdır.
4.      Bioremediasiya: dəniz mühitində neft dağılmalarını təmizləmək üçün bakteriyaların istifadəsi bioremediasiya adlanır. Bioremediasiya, çirklənmiş suyun təmizlənməsi üçün təbii paçalayıcılardan (dekompozerlərdən) və bitki fermentlərindən istifadə edilən bir prosesdir. Neft və benzinin içərisində olan karbohidrogenlərin bioremediasiyası zamanı müəyyən spesifik bakteriyalar istifadə olunur.
5.      Neft sahələrini müntəzəm olaraq yoxlamaq: yağların tökülməsini izləmək və nəzarət etmək üçün müntəzəm skimmerlərin dəniz suyuna cəlb edilməsi lazımdır. Skimmer çirklənmiş suyun səthindən tökülən nefti təmizləməyə kömək edən gəmilərdir. Bu yolla uzun müddətli zərər verməmək üçün qəza vəziyyətində dərhal tədbirlər görülə bilər. Qəti qaydalarla müəyyən bir əməliyyat ehtiyatsızlığının qarşısını almaq mümkün olsa belə, qəzaları əvvəlcədən xəbər vermək və ya gizlətmək olmur. Beləliklə, təcili yardım qrupunu işə götürmək gediş yoludur.
6.      24/7 təcili yardım qrupu: hökumət dəniz qəzaları və neft dağılması hadisələrinə hazır 24/7 təcili yardım qrupuna sahib olmalıdır. Effektiv bir komanda, bu cür hadisələrin səbəb ola biləcəyi qarışıqlıqların dərhal təmizlənməsinə kömək edəcəkdir.
7.      Qanunlar və qaydalar: Bir çox qanun və qaydalar uzun müddətdən bəri əksər ölkələrdə tətbiq edilir, lakin yenə də neftin çirklənməsi artmaqdadır. Qanunlar yer səviyyəsində həyata keçirilməlidir və qurğuların boşaldılması və yüklənməsi üçün prosedurların düzgün aparılması və sənədləşdirilməsi üçün mütəmadi yoxlanılmalıdır. Bundan əlavə, fövqəladə hallarda neft dağılmalarını təmizləməyə hazır olmaq üçün istehkam tədbirləri bütün gəmilər üçün məcburi olmalıdır.
8.      Kimyəvi müalicə: su hövzələrinə neft dağılaları kimyəvi yolla təmizlənə bilər. Sorbentlərin (yağı əmən böyük süngərlərdən) istifadəsi neft dağılmalarını təmizləyə bilər. Həmçinin,  kimyəvi dispersantlar, yağı müvafiq kimyəvi tərkib hissələrinə təsirli şəkildə parçalayırlar.
9.      Fiziki metodlar: yağın tökülməsini təmizləmək üçün fiziki metodlardan da istifadə edilə bilər. Vakuum maşınları çimərliklərdən və suyun səthindən tökülən yağı təmizləyə bilər. Çimərliklərdə yağ tökülməsi də okean suyunu çirkləndirə bilər. Beləliklə, çimərlikdəki yağı təmizləmək üçün kürəklər və yol texnikası istifadə edilə bilər. Yağla çirklənmiş qum və çınqıl götürülərək uzaqlaşdırıla bilər ki, sahillərə dəyən dalğalar suyun çirklənməsinə səbəb olmaq üçün yağlı qalıqları götürməsin. "Booms" adlanan üzən maneələr də neftin çirklənməsinin qarşısını almaq üçün istifadə edilə bilər. Bu, ümumiyyətlə suyun kütləvi çirklənməsinə səbəb olmadan toplamaq üçün sızma olan neft tankı ətrafında yerləşdirilir.
10.  Onu narahat etməmək: neft dağılmalarının miqdarı böyük nisbətdə deyilsə və dağılma sahəsinin sahil ərazilərini, dəniz sənayesini və s. çirkləndirmə riski yoxdursa bunu etmək yaxşı olar. Zamanla neft günəş, dalğaların hərəkəti, suyun istiliyi və bakteriyaların birləşməsi ilə təbii şəkildə pozulur. Bu fenomen 'aşınma' adlanır. Səthdəki nazik neft təbəqəsi asanlıqla bu üsulla təmizlənə bilər.
Nəticə: neft çirklənməsi ətraf mühitimiz və ekosistemimiz üçün ciddi bir təhdiddir və təcili olaraq nəzarət edilməlidir. Düzgün uyğunluğu təmin etmək üçün sərt qaydalar və qanunlar müntəzəm olaraq həyata keçirilməli və nəzarət edilməlidir.

Tərcümə edən: Qəndab Məmmədova

Комментариев нет:

Отправить комментарий