2020-04-23

İnsan ekologiyası və Maslounun ehtiyaclar ierarxiyası


İnsan ekologiyası insanlarla təbiət arasındakı əlaqənin öyrənilməsidir. Bu sahədə çalışanlar, insanların ekosistemlərə inteqrasiya olunduğuna inanır, insanların ətraflarına necə sıx bağlı olduqlarını və mühitə necə təsir etdiyini öyrənirlər. Ekosistemlərin tədqiqatları adətən növlər və təbiət arasındakı əlaqələri nəzərdən keçirir. Lakin insanlar, bəzən məqsədyönlü şəkildə əhatə dairəsindən kənarda qalırlar, çünki bəzi tədqiqatlar saf ekosistem tədqiqatını təmin etmək istəyir. İnsan ekologiyası, digər tərəfdən, insanların təbii ekosistemin qeyri-təbii bir hissəsi kimi xaric edilməməsi fikrini təbliğ edir. İnsanlar bu gün baş verən ekosistem dəyişikliklərinə ən çox təsir etdiklərini qəbul edirlər. İnsanlar bütün digər növlərdən fərqlənir. Bu ekologiya sahəsi, insanların təbii dünya ilə şüurlu hədəflərini ifadə edən mürəkkəb varlıqlar olduğunu öyrədir. Bir insanın davranışına bilik və dəyərlər, inanclar və şüurlu məqsədlər təsir göstərir. 

İnkişaf etməkdə olan mədəniyyətlər və inkişaf etməkdə olan cəmiyyətlər, təbiətə nisbətən öz dəyər və məqsədlərini qururlar.Münaqişələr, birlikdə işləməklə yanaşı, fərdlər və qruplar arasında mürəkkəb qarşılıqlı əlaqə yaradır. İnsan ekologiyası ətraf mühitin insanlara necə təsir etdiyini də araşdırır. Ətraf mühit tez-tez insanları ixtira etməyə, sonra uyğunlaşmağa və yaşamaq strategiyalarına məcbur edir. Ekoloji tədqiqatın bu istiqaməti ətraf mühitin qorunması üçün səylərin, məsələn, insan dəyərləri və cəmiyyətlərin dəyər fərqlərinin nədən ibarət olduğunu soruşur. Bu dünyanı sinerji olaraq görməyin bir yoludur. Bu sahədəki elm adamları insanların narahatlıqlarını qəbul edir və bunların nədən qaynaqlandığını anlamaq istəyirlər. Əlavə araşdırmalar onları tez-tez dəyərlərin və emosiyaların qlobal mühitə necə təsir etdiyini soruşmağa vadar edir. İctimai və siyasi anlayış psixologiya, etika və ilahiyyatla əlaqələndirilə bilər. Digər sahələrdən tapılan məlumatlar çox vaxt insan ekologiyası tədqiqatlarına inteqrasiya olunur. Biologiya, antropologiya, siyasət və psixologiya kimi sahələrdən məlumat almaq metodologiyanın fənlərarası nüfuzuna öz töhfəsini verir. Bu, insan dəyərlərinin və fərqli dəyərlərə sahib insanların daha yaxşı anlaşılmasına səbəb ola bilər. Ətraf mühitin idarə olunmasının insan aspektlərinə diqqət yetirərək, bir insan ekologiyası tədqiqat qrupu bir ekosistemdəki insanlar arasında qarşılıqlı əlaqəni müşahidə edir. Tədqiqatın müəyyən sahələri məhsuldarlığın dayanıqlığına, yığım metodlarına və ya siyasi cəhətdən xalqların populyasiyasında bioloji müxtəlifliyə yönəldilə bilər. Bu sahə dünyanın hər yerindəki yerli icmalarla işləyərək, insanlara fayda gətirən planlar hədəfləyir.

Maslovun ehtiyaclar ierarxiyası psixologiyanın təməl nəzəriyyələrindən birirdir, lakin bu sadəcə abstrakt maraqlardan daha çoxudur.
Abraham Maslow
1943-cü ildə Abraham Maslow tərəfindən yaradlmış bu nəzəriyyə sizin gündəlik həyatınız üçün işlək ola bilər. İdeya ondan ibarətdir ki, bizim ehtiyaclarımız həyatda qalmaq üçün lazım olan ən sadə şeylərdən, alturizm və mənəviyyat kimi ali hədəflərə qədərdir. ierarxiya tez-tez piramida kimi təsvir edilir, belə ki, əgər piramidanın təməlindəki ehtiyaclar ödənilmirsə, deməli, ali hədəflərə çatmaq olduqca çətindir. Açıq desək, əgər sən ac və ya sığınacaqsızsansa həmyaşıdlarının hömətini qazanmaq kimi ali səviyyəli ehtiyaclara çatmaq çox çətindir ( demək olar ki, mümkünsüzdür). Snickers reklamında deyildiyi kimi, “ac olanda sən o sən deyilsən”.
Maslovun ierarxiyası həmçinin tipik ilkin dünya problemlərinin necə göründüyünə cavab verməyə kömək edir: əgər ehtiyacım olan hər şeyə sahibəmsə, niyə hələ də xoşbəxt deyiləm? İerarxiyanın təklif etdiyi cavab ondan ibarətdir ki, təməl ehtiyaclarınız qarşılanmışdır, ancaq bəlkə də daha ali ehtiyaclarınız isə yox. Bu düşündürücü bir fikirdir və ierarxiyanın niyə ancaq psixoloqlar üçün deyil, həmçinin təhsildə, idarəetmədə və s. məşhur vasitə olaraq qaldığını görmək asandır.


Maslovun ehtiyaclar ierarxiyasının səviyyələri


1.      Fizioloji ehtiyaclar

İeararxiyanın ən təməl səviyyəsi fizioloji ehtiyaclardır. Bunlar, bizim olmadan asanlıqla yaşaya bilməyəcəyimiz ehtiyaclardır: hava, qida, içki, istilik, yuxu və sığınacaq. Burada iyerarxik nizam ən əsas ehtiyaclardan ən inkişaf etmiş ehtiyaclara qədər dəyişir. Əlbəttə, qida və sığınacaq olmadıqda sosial aidlik hiss etmək sadəcə çox çətindir. Məsələn, yeniyetmələr arasında yuxu məhrumiyyəti istisna deyil, normal haldır. Sorğularda gənclərin 50%-dən 90%- qədəri bu ehtiyaclarının ödənilmədiyini bildirir. Əgər siz siyahıda daha yuxarıda olan ehtiyacların ödənilməsi ilə mübarizə aparırsınızsa, bütün əsas fizioloji ehtiyaclarınızın qarşılandığını düşünməyə dəyər.

2.      Təhlükəsizlik ehtiyacı

Təhlükəsizlik ehtiyacı təməl sağlamlığımız və rifahımızla əlaqəli olaraq fizioloji ehtiyacın ardından gəlir. Bu şiddətdən qorunmaq kimi fizioloji təhlükəsizliklə həmçinin, maliyyə təhlükəsizliyi, şiddətli hadisələrdən qorunma və asanlıqla əldə edilə bilən səhiyyə xidmətinin təhlükəsizliyi ilə əlaqəlidir. Ümumiyyətlə, təhlükəsizlik ehtiyaclarınızı ödəmək, mütəmadi olaraq heç bir şeydən qorxmamağınız deməkdir: qəzakeçirməkdən və ya təhlükəli xəstəliyə tutulmaqdan, maddi çətinlinliyə düşməkdən və ya fiziki hücumdan qorxmursunuz. Lakin bu ehtiyacıları ödəmək yalnız, sosial normaları olan, təhlükəsiz bir ölkədə yaşamaqdan ibarət deyil. Məsələn, iş yerində və ya məktəb bağçasında zorakılıq, təhlükəsizlik ehtiyaclarınızın qarşılanmadığı mənasını verə bilər.

3.      Sosial aidlik

Bu ehtiyacın yenilənmiş versiyası, bəlkə də əhatə dairəsini daha yxşı ifadə edə biləcək “aidlik və sevgi” olaraq təsvir edilir. Bizim başqaları ilə dostluq, ailə və emosional əlaqələrə ehtiyacımız var. Müxtəlif insanlar müxtəlif cəmiyyətlərdə bu ehtiyacı müxtəlif yollarla ödəyə bilərlər. Bəzi insanlar üçün onların sosial aidlik ehtiyacı geniş ailələrlə, digərləri üçün kilsə cəmiyyətləri fəaliyyətlərinin təşkil olunması, başqaları üçün isə dostluq və romantik əlaqələr şəbəkəsi ilə ödənilə bilər. Həmçinin qeyd etmək lazımdır ki, bu ehtiyac bizə əsas ehtiyaclarımızın çatışmazlığını aradan qaldırmağa imkan verə bilər- müharibə bölgələrində (təhlükəsizlik çatışmazlığı) və ya aclıqda (qida çatışmazlığı) çətinlik çəkən insanlar tez-tez başqaları ilə münasibətlərinin möhkəmliyini davam etdirməyə müvəffəq olurlar.

Maslou piramidası

4.      Qiymətləndirilmə

Maslow qeyd  edir ki, qiymətləndirmə iki formada olur. “Daha aşağı” forması başqaları tərəfindən qiymətləndirilməkdir. Bizim həmkarlarımız, yaşıdlarımız və dostlarımız tərəfindən bizə və gördüyümüz işə hörmət edilmə ehtiyacımız var. Başqalarının qiymətləndirilməsinə olan ehtiyac adətən bir iş yeri timsalında ifadə edilir, ancaq dostların hörmətinə sahib olmaq daha vacibdir. Qiymətləndirilmənin “daha yüksək” forması özünü qiymətləndirmə və ya özünə hörmətdir. Bu ona görə alidir ki, özünü qiymətləndirmə bacarığı olan insanlar digər insanların onlara qarşı bunu etmədiyi halda bu ehtiyaca sahib olurlar. Hər iki formanın olmaması sizi işə yaramaz və çarəsiz hiss etdirə bilər. Aidlik və qiymətləndirilmə ehtiyacı birlikdə psixoloji ehtiyaclar olaraq qruplaşdırılır.

5.      Özünü reallaşdırma

Maslovun orijinal ierarxiyasının zirvəsi özünü aktuallaşdırmaqdır. Bu bəlkə də müəyyən etmək üçün ən çətin səviyyədir, çünki fərqli insanlar üçün fərqli şeylər deməkdir. Geniş şəkildə, sizin üçün vacib olan bütün sahələrdə öz potensialınızın tam həcmində yerinə yetirilməsindən söhbət gedir. Bu başqalarının fikirlərindən asılı olmadan, sizin üçün ən vacib olanı bilmək, buna nail olmaq və bundan məmnunluq tapmaqdır. Bu özünüdərk halqası ierarxyanın yüksək səviyyəsini əhatə edir və ierarxiyadakı digər ehtiyaclardan fərqli olaraq, insanın təməl ehtiyaclarını ödəmədən əldə edilə bilməz. Maslow, özünü tanıtmağa nail olmağın nadir olduğunu hiss etmişdir, çünki insanların hədəfləri nadir hallarda həyatlarına uyğun gəlir.

Mənbə: 
1. oxford-royale.com
Tərcümə edən: Qəndab Məmmədova

Комментариев нет:

Отправить комментарий