Qoruğun balanslaşdırılmış funksional təşkilatlandırılması |
Ekoturizm
və ya yaşıl turizm antropogen təsirlərə minimum məruz qalmış ərazilərin
turistik obyektlərə çevrilməsi və həmin ərazilərdən dayanıqlı və özünütənzimləyən
turizm obyekti kimi istifadə edilməsidir. Ekoturizm keçən əsrin ikinci
yarısında yaranmış və yetərincə yeni turizm sahəsi olduğu üçün onun dəyişikliyini
və inkişafını göz önündə müşahidə edə bilirik. Ekoturizmin tarixi və qolları
haqda çox məlumat verməyəcəm, daha çox dünən yəni 23 aprel 2020-ci ildə iştirak
etdiyim bir vebinarda öyrəndiklərimi sizinlə bölüşməyə çalışacam.
Özlərinin
artıq 5 kitabdan ibarət bu mövzunu həm ekoloji, həm iqtisadi və s. geniş əhatə
edən kitablar seriyası vardır və 1 linkindən keçid edərək ətraflı məlumat almaq
və kitabları ödənişsiz olaraq yükləyib tanış olmaq olar. (ancaq 1 kitabla bağlı
problem var və o da yaxın zamanda həll olunacaq) Hələ ki özümə də bu kitablarla
geniş tanış olmaq nəsib olmayıb, amma vebinara əsasən oxunulması vacib olan və özümün də
mütləq oxuyacağım kitablar siyahısındadır.
Mövzuda
ilk diqqət yetirəcəyim məsələ ekoturizmin niyə əhəmiyyətli və xüsusən də aktual
mövzu olmasıdır. Hal-hazırda xüsusən də neftin dəyərinin aşağı düşməsi səbəbi
ilə iqtisadiyyatımızda yaranacaq itkilətin kompensasiyası üçün əlavə gəlir mənbələrinin
müəyyən edilməsi vacibdir. İndiki dövr üçün də ölkəmizin də ən fəxrediləsi
xüsusiyyətlərindən biri də onun təbiətidir. Təbiətin müxtəlifliyi və zənginliyi
həm kənd təsərrüfatı, həm də turizm, xüsusilə də ekturizm sahəsinin inkişafına
zəmin yaradır. Eləcə də ölkəmizdə bir çox dəyərli təbiət obyektlərinin səmərəli
qurulması, düzgün müdafiə olunması da onun növbəti nəsillərə ötürüləbilməsi
üçün də vacibdir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təyin olunması |
Vebinar
mövzusunda ilk toxunmaq istədiyim məsələ maarifləndirmədir. Bu məsələnin hansı
mövzularə əhatə etməsi və vacibliyi hələ yazının irəlisində bir neçə dəfə də
ortaya çıxacaq. Burada maarifləndirmə deyəndə vətəndaşlarda dövlət səviyyəsində
qoruq, yasaqlıq, milli park və s. anlayışların düzgün izah olunması və ya ən
azından heç olmasa izah olunmasıdır. Nəinki qeyri ixtisas, hətta ixtisas tələbələrinin
çox vaxt yasaqlığı ümumiyyətlə “şərtləri ağır”, “girişi qadağan” olunan obyekt
kimi, qoruqlara “ödənişli ov yeri”, “şərtləri daha yüngülləşdirilmiş yasaqlıq”
kimi qəbul edirlər, milli parkları isə ümumiyyətlə adi parkdan fərqləndirmirlər.
Hərçənd ki, belə yadda saxlamaq asan görünə bilər, lakin yaratdığı
anlaşılmazlıqlar bununla da azalmır. Buna görə də televiziya səviyyəsində təbiətin
mühafizəsi, bu mühafizənin səviyyələri və ən əsas “necə etmək olar?” sualına
geniş, ətraflı cavab vermək və bunun təbliğatını aparmaq vacibdir.
Eləcə də
müasir ekoturizmdə köhnə dövrlərin tabulaşmış düşüncəsi olan “eyni zamanda təbiəti
qorumaqla, həmin ərazilərdə turizmi inkişaf etdirmək mümkünsüzdür” düşüncəsinin
yanlış olduğunu bildirdilər. Bəli bu ilk başdan çətin görünə bilər, amma düzgün
başlanğıc götürdükdə qalan məsələlər zamanla öz yoluna qoyulur. Təbiətdəki turizm
obyektlərinin təmizliyinin təmin olunması, bu təmizliyin, eləcə də başqa bir
sıra yüksək cərimələrin tətbiq olunması artıq qaydanı bir dəfə pozan şəxsin
ikinci dəfə həmin qaydanı pozmayacağına və digər qaydaları da pozmamışdan qabaq
əməl etməyə vadar edəcək. Burada yenə də düzgün məlumatlandırma məsələsi ortaya
çıxır ki, ekoturizm obyekti boyunca qaydalar aydın və sadə dillə turistlərə
izah olunmalıdır. Bunu həm işlədilən sözlər səviyyəsində, həm də verbal
çadırmada düzgün etmək vacibdir. Yəni, məsələn, çümərlik ərazisində böyük plakatda 1 kilometrdən bir kiçik hərflərlə
“Dənizin 50 metrlik sahil zolağından o tərəfə keçməyin, yerləşdirilmiş qoruyucu
topları keçmək sizin həyaınız üçün təhlükə yaradır” formasında olan geniş
izahatdansa, 100 metrdən bir kiçik plakatda “50 m keçmə” yazısı daha effektiv olacaq. Artıq
qaydanı pozan da cəzalandırılacaq, amma ən azından hər 100 metrdən bir yazını
gördüyü üçün qadağanı bilərək cəzalandırılacaq.
Eləcə də
hər hansı bir obyekti zonalaşdırmaq da ərazindən səmərəli və minimum zərərlə
istifadə üçün vacibdir. Böyük bir ərazinin daxilində müxtəlif növ əyləncə
obyektlərini yerləşdirmək ora gələnlərin pul xərcləməsi üçün ən asan üsuldur.
Amma bunu edərkən də elə etmək lazımdır ki, təbiətə də ziyan verməsin. Hər
hansı bir turist istirahət obyektinə gəlib orada ancaq şezlonqu açıb oturmaq
üçün pul verməyəcək. O bunu evdə də ödənişsiz edə bilər. Amma onun istirahər
vaxtını müxtəlif əyləncələrlə, “Mad Max”-dakı kimi kvadrotsiklla qumluqlarda
yüksək sürətlə sürmək olsun, James Bond filmlərindəki kimi katerlə üzmək olsun
və başqa əyləncə növləri ilə qonaqları əyləndirmək olar. Amma bunu etmək üçün
düzgün və savadlı planlama lazımdır. Ərazinin sərt sərhədləri olmalıdır və bu sərhədlər
də gələnlərə izah olunmalıdır. Yaşıllıq yerlərdə kvadrotsikllərin
çoxluğu oranın təbiətinə ziyan vura bilər, dayaz və öz mikrotəbiəti olan yerlərdə
katerlərin olması oranı məhv edə bilər deyə planlama zamanı bu kimi xırdalıqlara dəqiq nəzarət etmək vacibdir. Qaydaları pozanlar isə həmişəki kimi cərimələnir.
Birdən birə bütün məlumatı izah etmək səmərəsiz olar, amma zonadan zonaya keçməklə
məlumatlandırma təbiətə ziyanı minimuma endirmək üçün ən optimal üsuldur. Əyləncə növlərinin
assortimenti müxtəlif yaş qrupları, cinsinə görə hamıya uyğun olmalıdır. Bütün
bunları optimal etməyin ən düzgün üsulu isə funksional zonalaşdırmadır.
Hər hansı
ekoturizm obyektini zonalaşdırmaqla yanaşı bu obyektlərin sayının artırılması
da vacibdir. Ekoturizm obyektlərinin sağlamlıq, istirahət, əyləncə, təhsil və
s. təyinatlı olmaqla müxtəlif növlərini yaratmaq və bununla da gələnlər üçün
seçim etməkdə konkretlik və asanlaşdırma etmək olar. Amerika Birləşmiş
Ştatlarında ekoturizm obyektlərinin 30-a qədər növü var.
Təbiətlə əlaqə təmin olunmalıdır. |
Gözlə
görünən sərhədlərin, hasarların minimuma endirilməsi. Obyektdə sərhədlərin çoxluğu
statistik olaraq təsdiq olunub ki, nəinki təhlükələrdən qorumur, eləcə də təbiətin
landşafrına, onun estektik görünüşünə əhəmiyyətli zərər vurur. İstirahət etmək
üçün təbiəti seçən birinin orada antropogen izləri görməsi də onda əraziyə
qarşı istəksizlik yaradacaq. Buna görə də sadəcə məlumatlandırma və cərimə
metodu ilə insanların hərəkətlərini tənzimləmək lazımdır. Bəzi yerlərdə heç cəriməyə
də ehtiyac yoxdur. İnsana “100 metrlik qayaya çıxma sürüşsən yıxılıb öləcəksən”
demək ona qarşı uşaq kimi davranmaq, yəni hörmətsizlikdir. Əksinə həmin qayanı
alpinistlər üçün uyğun yerə çevirmək olar. İlk baxışdan bu fikir bir az təhlükəsizliyə qarşı etinasız görünə bilər, amma əslində biz bu qaydalarla şəhərdə də rastlaşırıq. Qırmızı
işıq yananda yol boyu hasar peydə olmur ki? (və ya trasda) Heç buna ehtiyac da
yoxdu, çünki həm çox artıq xərcə səbəb olacaq, həm səmərəsiz olacaq, həm də
hamı yolu qırmızı işıq yananda keçməyin təhlükəli olduğunu bilir. Eləcə də biz
bunu təbiətə qarşı da etməməliyik. Qısası, minimum təhlükəsizlik tədbirləri,
maksimum informativlik.
Hasarların
minimuma edirilməsindən əlavə ümumiyyətlə antropogen təsirləri azaltmaq
lazımdır. Əhəmiyyətsiz yollar arada qaldırlmalıdır, mümkün olduğu halda asvalt
yollar cığırlar və qrunt yollarla əvəz olunmalıdır. Eləcə də təbiətlə turistin əlaqəsi təmin olunmalı, gələn şəxslərin onlara yaxınlaşa bilməsi təmin olunmalıdır. (əlbəttə ki, ovlamaq məqsədi ilə yox)
Əlbəttə
ki bu qısa yazıda mən heç vebinar qədər də məlumatverici ola bilmədim. Geniş məlumat
üçün aşağıdakı linkdən keçib kitabları yükləmək olar. Orada həm şəkillər,
qrafik təsvirlər, həm də daha ətraflı məlumat verilmişdir.
1. asi.ru
Müəllif: Rövşən Nəzərov
Комментариев нет:
Отправить комментарий