2020-04-20

Urbanizasiya və onun mərhələləri


1900-cü illərin əvvəllərindən başlayaraq Böyük Britaniya və Birləşmiş Ştatlar şəhərləşmiş xalqlara çevrilməyə başlamışdı, o zamandan bəri dünya üzərində şəhərləşmə sürətlə baş verir. Bu gün 200 il əvvələ görə bir neçə faizlə müqayisədə dünya  əhalisinin 50%-i şəhərləşmiş ərazilərdə yaşayır.

Şəhərləşmə istiqamətlərini öyrənən sosioloqlar inkişaf etmiş şəhərlərin üç tarixi mərhələdən keçdiyini qeyd edirlər: sənaye öncəsi (pre-industrial), sənaye (industrial) və metropolitan-meqalopolitan mərhələ.

Sənaye öncəsi (pre-industrial) şəhərlər


İnsanlıq tarixinin böyük bir hissəsində, hər kəsin bildiyi qədərilə, insanlar ruzi axtarmaq üçün gəzirdilər. Onlar yeməli bitkilər toplayanda, balıqçılıq və ovçuluq edəndə, bizim əcdadlarımız heç vaxt bir ərazidə kifayət qədər qida tapa və uzun zaman periodunda özlərini təmin edə bilmirdilər. Nəticədə, onlar müvəqqəti qalacaq yer tapana qədər hərəkət etməli olurdular.
Sadə alətlər, təsərrüfat və heyvanların necə artırılması haqqında informasiyalar kimi son texnoloji irəliləyişlər insanlara bir yerdə məskunlaşa bilmələri üçün imkan yaratdı. Onlar bəlkə də yalnız bir neçə yüz insanın yaşaya biləcəkləri kəndlər inşa etdilər və sonrakı 5.000 il üçün heç bir artıq ehtiyat olmadan yanlız özlərinə kifayət edəcək qədər qida istehsal etdilər.
Təxminən 5.000 il əvvəl insanlar suvarma, metalqayırma və heyvan vasitəsilə kotan kimi innovasiyalar yaratdılar. Bu inkişaf fermerlərə təcili ehtiyaclarından əlavə artıq miqdarda məhsul istehsal etməyə imkan verdi. Yaranan qida artıqlığı nəticəsində bəzi insanlar digər yollarla öz həyatlarına rəhbərlik etdilər. Məsələn: dulusçuluq, toxuculuq və digər qeyri-təsərrüfat sahələri ilə məşğul olaraq onları sata bildilər və ya qida ilə başqalarına dəyişdilər. Nəticədə, insanlar təsərrüfatdan ayrıldı, ticarət inkişaf etdi və şəhərlər formalaşmağa başladı.
Sənaye öncəsi şəhərlər- ilk münbit torpaqlar çay vadiləri boyunca Orta Şərq, Misir və Çində yayılmışdır, onlar bugünki şəhərlərlə müqayisədə olduqca kiçik idilər. Sənaye öncəsi şəhərlərin çoxunda 10.000 nəfərdən daha az əhali yaşayırdı. Digər Roma kimi şəhərlərdə bir neçə yüz min nəfər əhali yaşamış ola bilər.
Sənaye öncəsi şəhərlər bugünki şəhərlərdən əhəmiyyətli dərəcədə fəqlənir. Yaşayış və ticarət bölgələri bugünki kimi kəskin şəkildə ayrılmamışdı. Baxmayaraq ki, insanlar eyni şəhər ərazisində eyni ticarət istiqamtində yaşayırdılar, tacir və sənətkarların çoxu evdə işləyirdi. Şəhərdəki insanlar bir birlərindən sinif, etnik mənsubiyyət və dinlərinə görə ayrıldılar, sosial hərəkətlilik və ya digər qruplarla əlaqə ya çox az, ya da heç yox idi. 

Sənaye şəhərləri


1700 və 1900-cü illər arasında şəhərlərə köçən insan sayı artdı, nəticədə şəhər inqilabı (urban revolution) baş verdi. Misal üçün, 1700-cü ildə Britaniyalı insanların 2%-dən azı şəhərdə yaşayırdı, lakin 1900-cü ildən etibarən onların əksəriyyəti şəhərlərə köçdü.  Birləşmiş Ştatlar və bəzi Avropa ölkələri tezlikə sənaye inqilabı tərəfindən idarə edilən oxşar səviyyədə şəhərləşmə əldə etdilər. Sənayeləşmə kənd təsərrüfatının mexanikləşməsini təmin edərək tarladakı iş miqdarını limitləşdirdi. Bu işçi qüvvəsinin itkisi onları şəhərə iş tapmaq üçün getməyə məcbur etdi. İşçilərin kənddən şəhərə bu miqrasiyası daha sonra sənaye şəhərlərinin (industrial city) genişlənməsinə gətirib çıxardı.
Sənaye şəhərləri özündən əvvəlki həmkarından daha geniş, populyasiya sıxlığı və müxtəlifliyi daha çox oldu. O müxtəlif keçmişli, maraqları və bacarıqları olan müəyyən bir sahədə işləyən və birlikdə yaşayan insanları əhatə edirdi. Sənaye şəhərləri, həmçinin müxtəlif biznes və zavodları dəstəkləyən ticarət mərkəzi kimi xidmət göstərirdi. Son olaraq digər ölkələrdən olan çox sayda immiqrantları daha yaxşı iş tapmaq və ya işləmək ümidilə, “yenidən başlamaq” üçün cəzb edir.

Metropolis və megalopolis şəhərlər


1900-cü illərin əvvəlində daha böyük və daha böyük sənaye şəhərləri xaricə yayıldıqca metropolislər formalaşdı (böyük şəhərlər, şəhər ətrafı da daxil ayrı idarə olunan şəhərlər).  Bəzi ətraf ərazilər özləri ayrı şəhər halına gələrkən əsas şəhərlə (parent city) güclü geoqrafik, iqtsadi və mədəni əlaqələrini qoruyurlar. Bir çox metropolitan şəhərlərdə 1 milyon və daha çox yaşayış məntəqəsi var.
İqtisadi sıxıntılar artdıqca 1900-cü ilin ortalarından sonra bir çox ailələr şəhər içlərindən ətraf ərazilərə köçdü.  Avtomobil alma imkanı bu köçü dəstəklədi. 1970-ci illərin başlanğıcında bir çox ətraf ərazilər böyük ölçüdə “yataq otağı icmaları” kimi formalaşdı. Bunun mənası sakinlərin iş və alışveriş məqsədilə şəhərə getdikləri və axşam geri qayıtdıqları demək idi.
Bu gün şəhər ətrafı ərazilər artmağa və inkişaf etməyə davam edir. Bir çoxu özləri iqtisadi mərkəz halına gəlir. Ofislər, xəstəxanalar və zavodlar alış-veriş mərkəzləri, idman kompleksləri, əmlak məntəqələri ilə birlikdə mövcuddurlar. Bu yolla bir çox şəhər ətrafı ərazilər mahiyyətcə kiçik şəhərlərə çevrilməyə başlayırlar. Demoqrafik olaraq, şəhər ətrafları şəhərlərə nisbətən daha zən
gin əhali cəzb etməyə çalışır. Buna baxmayaraq, hər şəhər ətarfı ərazi eyni deyil. Bir ətraf ərazidə belə müxtəlif etnik və dini köklərə sahib ailələr movcuddur.
Bütün bu böyümə səbəbindən bir çox şəhərətrafı bölgədə hava və suyun çirklənməsi, nəqliyyatın sıxlığı kimi problemlər yaranmışdır. Bu problemlərdən xilas olmaq üçün bəzi insanlar kənd ərazilərinə köçməyi seçirlər. Digərləri binaları və məhəllələri təmir və yenidən quraraq şəhərlərinə qayıtmağı seçirlər. Şəhər yenilənməsi (urban renewal) kimi maraq (həmçinin gentrifikasiya adlanır) bəzi gecəqondu məhəllələrində yaşamaq, işləmək və ailə qurmaq üçün uyğun yerlərə çevrilir.
Megalopolis olaraq bilinən geniş şəhər kompleksi, şəhərətrafı ərazilər böyüməsi və digər şəhərətrafı bölgələrlə birləşməsidir. Yəni bəzi şəhərətrafı qəsəbələr və şəhərlər o qədər böyüdü ki, faktiki olaraq davamlı bir bölgə yaratmaqla digər şəhərətrafı ərazilər və şəhərlərlə birləşməyə başladılar. Meqalopolisin bir nümunəsi, Bostondan Vaşinqtona qədər uzanan  yüz minlərlə kilometrlik fasiləsiz şəhərləşmədir. Tipik megalopolis, sözün həqiqi mənasında milyonlarla insandan ibarətdir.

Mənbə: cliffsnotes.com
Tərcümə edən: Qəndab Məmmədova 

Комментариев нет:

Отправить комментарий