2020-04-19

Qlobal istiləşmə ilə mübarizədə ətraf mühitə necə zərər vermək olar?


Külək dəyirmanları və elektromobillər ən dəhşətli duman buraxan İES-dən (İstilik Elektrik Stansiyası) daha çox təbiətə zərər verə bilər.


Hakerlər İqlim Dəyişikliyiylə bağlı Hökumətlərarası Panel (IPCC) ilə əməkdaşlıq edən elm adamlarının yeni yazışmalarının bir hissəsini paylaşaraq dünya ictimaiyyətini bir daha "sevindirdi". Yazışmalar qlobal istiləşməyə qarşı mütəşəkkil mübarizənin nəticədə ümumi yoxsulluğa səbəb olacağı diqqətəlayiq bir nəticə ilə tamamlanır.
2030-cu ilə qədər bəşəriyyət istixana qazları tullantılarının verdiyi zərəri aradan qaldrımaq üçün yaşıl texnologiyalara 37 trilyon dollar (yəni 37.000 milyard dollar) xərcləməli olacaq. Bu, ildə demək olar ki, 2000 milyard dollardır.


Hakerlər vacib bir sualı gündəmə qoyurlar: “yaşıl sənaye inqilabının” qiyməti nə qədər olacaq? Axı, "yaşıl texnologiyalar" ənənəvi enerji mənbələrinə əsaslanan texnologiyalardan daha az effektivdir. Onların əksəriyyəti yalnız dövlət büdcələrindən fəal şəkildə subsidiya aldıqları üçün mövcuddur. Əks təqdirdə, onlar ənənəvi enerji mənbələri ilə rəqabət edə bilməzdilər - və bu təbii məhdudiyyətlərlə əlaqədardır.
Məsələn, günorta saatlarında ekvatorda günəş şüalanmasının gücü hər kvadrat metrə 1 kilovattdan artıqdır. Yəni, hətta 50% fantastik səmərəliliyi olan bir fotoelementlər ilə örtülmüş bir avtomobil, 10 at gücündən az gücə malik olacaqdır. Ancaq günəş panellərinin səmərəliliyi daha azdır. Buna baxmayaraq, bir çox dövlət günəş nəqliyyat vasitələri və hətta günəş aviasiyası layihələri üçün qrantlar verir. Baxmayaraq ki, bu hələ ən məntiqli xərclərdir.
Flüoresens lampalar
Ən qorxulusu isə bir şeyə dəyər verərək onu "təmir etmək" üçün tələsəndə başqa bir şeyi "sındırdığımızı" bilməməyimizdir. "Təbiət müdafiəçiləri"-nin əksəri bir çox hərəkətləri edərkən fiziki qanunları ümumiyyətlə nəzərə almır. Məsələn, ətrafdakıları qorumaq adı ilə bütün elektrik cihazlarını yandırıb söndürməyə çağırdığımız məşhur "Yer saatı". Çox gözəl görünür, Ancaq yalnız sözdə... Çünki müasir qlobal elektrik şəbəkələri belə fəaliyyətlər üçün nəzərdə tutulmamışdır. Bu qədər qısa müddətə elektrik enerjisi istehsalını azaltmaq mümkün deyil. O onsuzda istehsalatını davam etdiriləcəkdir. Turbinləri bir saatlığına dayandırmaq olmaz. Yığılmalı olan elektrik enerjisini yığmaq üçün də heç bir yer yoxdur. Nəticədə, karbon qazı atmosferə bu və ya digər şəkildə atılacaq, ancaq bu halda heç bir fayda vermədən atılacaq.
Enerjiyə qənaət edən flüoresent lampalar nə qədər yüksək səsli alqışlar aldı. Ancaq çox keçmədən adi istifadəçilər sual verməyə başladılar: bəs axı, hansı şərtlərlə bu lampalar hansı enerjiyə qənaət edir? Müsbət rəylərlə yanaşı, bu cür işıqlandırma cihazlarının ciddi qüsurları müzakirə olunan çox tənqidi fikirlər də görünməyə başladı.
Sonra məlum oldu ki, ultramüasir LED lampalar da çox çatışmazlıqlara malikdir. Bu, əlbəttə ki, "İlyiç lampasına" (red. adi işıq lampası) qayıtmağın vacibliyini ifadə etmir, lakin hər hansı bir işi planlaşdırarkən bunun nəticələrini daha diqqətlə qiymətləndirməyi də unutmamaq vacibdir. 
İlyiç lampası və LED lampa
Məsələn, külək enerjisinin ekoloji təmizliyi barədə tez-tez eşidirik. Ancaq unutmamaq lazımdır ki, enerjini küləkdən götürsək, onda bir yerdə bu daha da azalacaq. Uzun müddətdir ki, bu enerji itkisinin qlobal miqyasda enerji tarazlığına təsir etməyən dənizdəki bir damla olduğuna inanılırdı. Hələ 2004-cü ildə Amerikalı elm adamları "bu damla" nın miqyası ilə bağlı araşdırmalara başladılar. Ölçmələr və modellər göstərdi ki, ən böyük "Koliforniya külək təsərrüfatları"-nın yerləşdiyi bölgələrdə artma və ya azalma ilə temperatur dəyişikliyinin 2 dərəcə ola biləcəyinin mümkün olduğunu göstrədi. İlk baxışdan az görünə bilər, amma bır sıra hallarda bu rəqəmlər həlledicidir.


Bu hal, yerüstü hava kütlələrinin hərəkət sürətinin yavaşlaması ilə də izah olunur. Təcrübədə bu, minimum və maksimum temperaturların artmasına səbəb olacaq: aşağı sürətlə hərəkət edən hava yayda daha tez qızacaq və qışda daha tez soyuyacaq. Bununla yanaşı, hava rejimində dəyişikliklərin hər yerdə baş verməsi üçün planet ərazisinin yalnız 10 %-nin ilə külək rejimini dəyişdirmək kifayətdir. Ən pisi isə odur ki, bu günə qədər müasir elm bu effektin qlobal istiləşmə ilə mübarizəyə müsbət yoxsa mənfi təsir edəcəyini söyləyə bilmir.
"Yaşıl nəqliyyat" haqqında danışanda unuturlar ki, elektrikli avtomobil özü enerji vermir. Yalnız onu saxlayır və sonra kinetik enerjiyə keçirir. Enerji isə hələ də istehsal olunmalıdır - nüvə, istilik və ya günəş elektrik stansiyasında. Bizi karbohidrogen və nüvə energetikası olmayan əla elektrikli vadilərə dəvət edirlər. Ancaq burada xoşagəlməz rəqəmlər də ortaya çıxır.
Ümumdünya nəqliyyat parkı təxminən 1 milyard avtomobildən ibarətdir. Tutaq ki, bir avtomobilin ortalama gücü 74 kilovat və ya 100 at gücünə bərabərdir (əslində daha çox, lakin miqyası bizim üçün daha vacibdir). Beləliklə, 73 milyard kilovat. Və Fransanın Observ`ER laboratoriyasına görə, 2005-ci ildə dünyadakı bütün elektrik stansiyalarının ümumi gücü təxminən 2 milyard kilovat idi. Yəni, bütün avtomobil mühərriklərinə quraşdırılmış güc onlara ötürülə biləcək bütün mövcud elektrik stansiyalarının gücündən demək olar ki, 37 dəfə böyükdür.
Bütün bərpa olunan enerji mənbələrinin gücü isə ümumiyyətlə istehsal olunan enerjinin onda birinə yaxınlaşır. Yəni, elektrikli gözəl bir gələcəyə nail olmaq üçün enerjidən istifadənin bütün digər sahələrindən imtina edilsə belə, avtomobillərin sayı ən azı 370 dəfə azaldılmalıdır.
Əfsuslar olsun ki, müasir texnologiyaların ortaya çıxması bəzi incəlikləri dəyişdirə bilər, lakin hal hazırda karbohidrogenlərdən asılılığın əsas mənzərəsini dəyişməyəcəkdir. Üstəlik, akkumlyator batareyalarının istehsal edilməyi üçün müxtəlif nadir faydalı qazıntılardan asılılıq da əlavə ediləcəkdir.
Biz insanlıq, mövcud fiziki və kimyəvi qanunlarla sıxışdırılmışıq və ümumiyyətlə, manevr üçün az yerimiz var. Təəssüf ki, yalnız karbon tetravalentdir, günəş enerjisinin axını da cazibə qüvvəsi kimi sabitdir, dəyişməzdir - bütün bu məlumatlar bizə problemin şərtləri kimi verilir. Həm də özümüzə hesabat verməliyik ki, bizim üçün mövcud olan həllər var, amma dəyişə bilməyəcəyimiz təbii məhdudiyyətlər də var. Və başımızın üstündən tullanmaq cəhdləri isə təbii ki, əldəqayırma fəlakətlə nəticələnəcək.

Tərcümə edən: Rövşən Nəzərov 

Комментариев нет:

Отправить комментарий