2020-04-19

Gaia - mükəmməl ahəng

Mükəmməl ahəng


Bəziləri tərəfindən ələ salınan Gaia nəzəriyyəsi - canlı və cansız komponentlərin Yer üzərindəki həyatı təşkil etmək üçün birlikdə çalışdıqları ideyasıdır.
Yer kürəsi həyat üçün mükəmməl planetdir lakin, Gaia nəzəriyyəsinə görə bu təsadüfi deyil. Həyat izlərinin ilk göründüyü andan etibarən yerin daha rahat bir yaşayış yeri olması üçün çox çalışıldı.
Gaia nəzəriyyəsi yer kürəsinin və onun təbii tsiklinin canlı bir orqanizm kimi düşünülə biləcəyini irəli sürür. Bir təbii tsikl pozulmağa başlayarsa digəri onu geri qaytarmağa çalışır, davamlı olaraq yerdə həyat üçün şərtlər optimallaşır.

Yunan yer tanrıçası adından götürülmüş Gaia nəzəriyyəsi 1960-cı ildə alim Dr James Lovelock tərəfindən irəli sürülmüşdür. Bu zaman, Lovelock Marsda həyatın aşkar edilməsi metodları üzrə NASA üçün işləyirdi. Nəzəriyyə yer atmosferindəki yüksək miqdarda azot və oksigen səviyyəsinin izah olunması məqsədilə meydana gəldi.
James Lovelock
Əvvəlcə Gaia nəzəriyyəsi rədd edildi, daha sonra Richard Dawkins və Stephen J. Gould kimi alimlər tərəfindən ələ salındı. Lakin, son dövrlərdə nəzəriyyə güclü dəlillər ortaya qoydu və Gaia dəstək almağa başladı. Nəzəriyyə yer kürəsini bəzi xüsusiyyətlrini izah etməyə kömək edir, məsələn niyə atmosfer havası əksərən karbon qazından ibarət deyil? Və ya okeanlar niyə duzludur?
Yer atmosferinin ilkin dövrlərində o əsasən vulkan püskürmələri səbəbiylə karbon qazından ibarət idi. Yerdə həyat əmələ gələndə bu balans dəyişdi. Bakteriyalar azot, inert qaz, fotosintez prosesi gedən bitkilər isə oksigen, çox reaktiv qaz çıxardı. O zamandan bəri, təqribən 2.500 milyon il əvvəl, yer atmosferi planet üzərindəki həyatı dəstəkləyəcək lazımı miqdarda azot və oksigenlə doldu. Azot vəziyyətin sabit qalmasına kömək edir, oksigen səviyyəsinin artaraq yanğın törətməsinin qarşısını alır. Bu zaman oksigen mürəkkəb həyatı dəstəkləyir.
Gaia həmçinin okeanların necə tarazlıqda qalmasını izah etməyə kömək edir. Çaylar duzları qayalardan ayırır və okeana aparır, nəticədə okean duzluluğu uzun müddət 3.4% olaraq sabit qalır. Su dövr edərkən, duz okean dibindəki çatlar vasitəsilə yenidən üzə çıxır. Bu proses okeanın duzluluq balansını sabit saxlayır və orada yaşayan həyat formalarının tab gətirə biləcəyi səviyyədə saxlayır. 
Hesab edilir ki bu proseslər əqli ya bir həyat formasının digərindən üstün olduğu şəklində olduğu düşünülmür. Gaia nəzəriyyəsi sadəcə olaraq yerin təbii dövranlarının yer sağlamlığını və yerdəki həyatı dəstəkləmək üçün birlikdə işlədiyi fikrini özündə ehtiva edir.
Lovelock iddia edir ki, insanlar həddini aşaraq Gaian-nın səbrini daşdırırlar. Atmosferi karbon qazı ilə doldurmaqla yanaşı, biz planetin ağciyərlərini (yağış meşələri) məhv edirik və bir çox növ yox olma təhlükəsi ilə üz-üzədir. O düşünür ki, biz daha çox isti dünyaya yönəlirik, ancaq qütb bölgələri əksər yaşayış formaları üçün daha əlverışlidir. Nəhayət, o belə hesab edir ki, Gaia hər şeyi yoxlayacaq, lakin o zaman insan irqi üçün çox gec ola bilər.

Mifologiya


Hesiod nəzəriyyəsində, Gaia Tartaros (yeraltı), Nyx (gecə), Erebos (qaranlıq) və Eros ( sevgi) ilə birlikdə xaosdan ortaya çıxan ilk varlıq idi. O, kişi köməyi olmadan oğulları Uranos (cənnət) və Pontos (okean)-u yaratdı.  Öz oğlu Uranosla birlikdə titanlar, Kronos Rhea həmçinin Okeanos və Tethis –i yaratdı. Lakin Uranos Okeanos və Tethis-ə nifrət etdiyi üçün onları doğulmadan bətnə geri göndərdi, bu Gaiaya böyük zərər vurdu. Hiddətli Gaia oğlu Kronos-a od daşından düzəlmiş oraq verdi və ilk fürsətdə atasından qisas almağı əmr etdi. Kronos anasının dediklərini etdi. Dənizə düşən qan damlalarından Erinnyias (qəzəb) və Meliai ( kül pəriləri) yarandı. Nəhayət dənizdə hərəkət edən hissələrin üzərində əmələ gələn köpükdən sevgi tanrıçası Afrodit yarandı.

Metafizika

Metafizika haqqında oxuyarkən, siz şüurunuzu təcrübənin matris qəfəslərini əmələ gətirən harmonik tezliklər köməyi ilə hər şeyə bağlamağı öyrənirsiniz. Anlayırsınız ki, hər şey şüura malikdir və tək mənbəyə bağlıdır. Beləliklə, yer özü şüura malikdir.
Yer özü yaşayan bir varlıq olaraq 12 ana qəfəs nöqtəsinə əsaslanan çakra sisteminə malikdir. Bu nöqtələrə fiziki ziyarətlər zamanı ruhunuzun niyə bu təcrübəyə çıxdığını və hara getdiyini xatırlamaq üçün çakra sisteminiz aktivləşir, sizə yüksək şüur aydınlığı gəlir.
Yerli xalq, xüsusilə Şamanlar, şəfaçılar- düşüncə və şüurun daha yüksək tezliyi ilə əlaqə qura bilənlər İnsan-Yer şüuru əlaqələrini başa düşdülər. Bir çox yerli amerikan (hindu) kəhanətləri yer tarixində bu dövrü şüurun bir dövrədən digərinə keçməsi, qızıl dövrünə keçidi kimi danışırlar.
Gaia, Yer Anası və ya Şüur Həqiqətinin Yaradıcısı, müqəddəs həndəsə nümunələrinə tabe olaraq, yuxarıdan aşağı yönəlmiş, şüurun bütün səviyyələrində zamanın tsikilləri ilə ötürülən canlı bir orqanizmdir.


Mənbə: 

Tərcümə edən: Qəndab Məmmədova

Комментариев нет:

Отправить комментарий