2020-04-18

İşıqla çirklənmə


İşıq çirklənməsi, süni şəhər işıqlan-dırmasının gecə səmasına antropogen təsiridir. Bu, süni işıqlandırmanın lazımsız və biliksiz istifadəsinə səbəb olan bir sıra problemləri əhatə edən olduqca geniş bir termindir. İşıq çirklənməsi sənayeləşmə inkişafının ziyanlı təsirlərindən biridir. Böyük şəhərlərdə geniş yayılmışdır.

İşıqla çirklənmənin növləri

Ümumilikdə 5 növ işıq çirkliliyi fərqləndirilir. Onların hər birini ətraflı nəzərdən keçirək:

İşıqlanmanın pozulması

Evlərə daxil olan və yuxusuzluq probleminə səbəb olan arzu olunmayan işığın səbəb olduğu olduqca geniş yayılmış bir problemdir. Dünyanın bir çox ölkəsi insanların sağlamlığa zərərli təsirindən qoruyacaq şəhərin xarici işıqlandırması üçün standartlar hazırlayır.

Həddindən artıq işıqlandırma

İşığın bu qədər səmərəsiz istifadəsi neft ehtiyatlarını yalnız ABŞ-da hər il bir milyon barel azaldır. Bu, gün ərzində işığın istifadəsi, yanlış lampalar və süni işığın istifadəsi kimi səbəblərdən qaynaqlanır.

Parlaq işıq

Bu növ işıq çirklənməsi cəmiyyət üçün, xüsusən də yaşlılar üçün təhlükə yaradır. Göz bəbəyində parlaq işığın meydana gəlməsi görmə kontrastlığında ciddi pozuntulara səbəb ola bilər. Eləcə də onun zərərli təsiri yollarda da problem yaradır. Məsələn, əgər parlaq anında günəşə baxsanız, sizdə müvəqqəti görmə çatışmazlığı əmələ gələ bilər.
Nizamsız ışıq
Problem bir insana təsir edən şəhər işıqlarının çox miqdarda yığılmasından qaynaqlanır.
Səmanın işıqlanması
İşıqlandırılmış səthlərdən və səmaya yönəldilmiş işığın əks olunması nəticəsində meydana gəlir. Yer atmosferi ilə yayılır və özünəməxsus gecə parıltısına səbəb olurlar.
Yuxarıda göstərilən işıq növlərinin hamısı təkcə ekosistemə deyil, ümumilikdə insan sağlamlığına da ciddi mənfi təsir göstərir.
Antropogen təsir
İşıq çirklənməsinin təbiətə də təsiri böyükdür. Bu qədər güclü işıqlandırma bir çox köçəri heyvan növünün vaxtı qarışdırmağına səbəb olur, yırtıcı-şikar münasibətlərini dəyişdirir və canlılarda aqresiyaya səbəb olur. Heyvanlar təbiətdə günün vaxtının təbii müntəzəmliklə ölçür və onun süni təsirlərlə pozulması vəhşi təbiət dinamikasına mənfi təsir göstərir. Qlobal istehlakın təxminən 25% -i elektrik enerjisi hesabına yaranır. Bir çox araşdırma işığın güclü təsirinin insanlarda apatiya və yuxusuzluğa səbəb olduğu qənaətinə gəldi. Sirkad ritmlər (red. bioloji saat) pozulur, buna görə yuxu üçün cavabdeh olan melatonin hormonu lazımi anlarda ifraz olunmur, bədəndə miqdarı azalır. (melotonin çatışmazlığı qocalmanı sürətləndiri, insult riskini artırır, kökəlmə və xərçəng xəstəliyi yarada bilir)
İşıq çirklənməsi ilə mübarizə
İşıq çirklənməsi ilə mübarizə prosesi iki istiqamətdə həyata keçirilir: süni işıqlandırmanın məhdudlaşdırılması və şəhərə effektiv işıq paylamasının tətbiqi. Bir çox ölkə vahid şəhər işığını planlaşdırmaq, yeni və mövcud işıqlandırma qurğularına nəzarət etməklə işıqlandırmanın zərərli həddə çatmaması üçün fəal mübarizə aparır. Məsələn, ABŞ-da ilk dəfə gecə səması qoruğu yaradıldı, burada səmaya daxil olan işığın miqdarı ciddi şəkildə tənzimlənir. Norveçdə, yollarda maşın yoxdursa, yolun parlaqlığı azaltmaqla "dinamik işıqlandırma" tətbiq edirlər. Bu mübarizəyə hər kəs mənzildə işığı ehtiyac olmadan istifadə etməməklə öz töhfəsini verə bilər. 

Mənbə: ecoportal.info
Tərcümə edən: Rövşən Nəzərov

Комментариев нет:

Отправить комментарий