Drenaj sistemi nədir, hansı drenaj növləri mövcuddur?
Drenaj
sistemləri qrunt və yağış sularının mənfi təsiri probleminin həllidir - bu
yeraltı və ya hər hansı bir binanın altında və ya yaxınlığında yığılan yeraltı
suları toplayan və filtrfən keçirib toplayan mühəndislik həllidir. (red.
Ümumiyyətlə, kollektor və drenaj sözlərinə urbanizm və torpaqşünaslıqda tez tez
rast gəlinir və funksiyası da istər yağış, istər qrunt suyu səbəbindən torpaqda
lazımından artıq suvarma zamanı yığılmış sular, eləcə də kanalizasiya və digər
arzuolunmayan suların toplanması və kənarlaşdırılması üçün istifadə olunana
konstruksiyadır. Kollektorun əsas funksiyası toplayıcı, drenaj isə kənarlaşdırcı
funksiyanı yerinə yetirir.)
Torpaq
sahəsində bataqlıqlaşmış torpaq varsa, bitkilərin normal əkilib becərilməsi
üçün artıq suyun çıxarılmasını asanlaşdıran hidravlik qurğu yaratmaq lazımdır.
Bu kompleks drenaj sistemidir. Onun gördüyü iş sayəsində yerüstü suyun həddindən
artıq yığılmasının qarşısı alınır və torpağın bataqlaşma prosesi də aradan
qaldırılır. Drenaja ehtiyac olub-olmadığını təyin etmək üçün hidroloji amillər
nəzərə alınmalıdır.
Drenajlar
yerüstü, dərin və şaquli drenaj növlərinə bölünürlər.
Drenaj
sistemi, nəmdən və ya drenaj sahəsinin bütün ərazisi boyunca qoyulan bir-birinə
bağlı və bina boyunca və ya ətrafında yerləşdirilmiş drenaj borularının geniş
yayılmış bir sistemidir. Qrunt boyunca axan su drenaj sisteminə daha sonra
boruya daxil olur. Boru divarlarında diametri 1,5-5 mm olan çox sayda dəlik
var. Dəliklər bir-birindən kiçik bir məsafələrlə drenaj borusunun demək olar
ki, bütün sathi üzərində var. Bir qayda olaraq, drenaj ətrafı ərazinin
doldurulması üçün çınqıl və qumdan istifadə olunur. Drenaj boruları tərəfindən
toplanan su, su drenaj sisteminin bir hissəsi olan su qəbuledicisinə və ya
xüsusi su saxlama quyusuna daxil olur. Əgər drenaj quyusundan istifadə ediləcəksə,
onu drenajın ən aşağı nöqtəsində qazmaq lazımdır, ərazi relyefinin xüsusiyyətlərini
nəzərə almaq da məqsədə uyğundur, lakin
bir qədər yüksəklik fərqi ilə drenaj quyusu torpaq sahəsinin hər yerinə yerləşdirilə
bilər. Həddindən artıq torpaq suyu (üst qatda yığılmış su) yalnız bağın bitkilərinə
deyil, həm də evin təməlinə, həm də döşənmiş yollara zərər verə bilər. Binanın
fundamentində artıq miqdarda su toplana bilər. Qışda donma, fundamentə və ya
yollara zərər verə bilər. Bütün növ drenajlar belə proseslərə müqavimət göstərir.
Yaxşı qurulmuş bir drenaj sistemi yeraltı suların evin fundamnti səviyyəsinə
qalxmasına imkan vermir.
Hidroizolyasiya
və havalandırma sistemi ilə birlikdə yüksək keyfiyyətli hazırlanmış drenaj
binanın zirzəmisini kif göbələyinin, permafrostun, (uzunmüddətli soyuq ərazilər
üçün nəzərə almaq lazımdır) yüksək rütubətin, subasmanın meydana gəlməsi ilə əlaqəli
olan zərərlərdən qoruyur. Düzgün hazırlanmış drenaj sistemi zirzəmilərin və yer
səthindən altda olan mərtəbələrin su altında qalmasının qarşısını alır. Ərazidəki
drenaj sisteminə laqeyd yanaşmaq da düzgün deyil, çünki yüksək rütubət torpaq
havasının pozulmasına və onların bataqlaşmasına səbəb ola bilər. Bir çox bitkilər
yüksək nəmlik səbəbi ilə məhv olmaq xüsusiyyətinə malikdirlər.
Sahənin
istifadəsinə başlamazdan əvvəl lazımlı drenaj növünü seçmək və əvvəlcədən
drenaj sistemi qurmaq (yerləşdirmək) barədə düşünməliyik.
Səthi drenaj |
Səthi drenaj
Səth
drenajı ən sadə drenaj növüdür. Səth drenaj sistemi kanallarda yığılmış artıq
suyu və sahə suyunu toplayır. Atmosfer yağıntıları şəklində tökülən suyun
toplanması və kənarlaşdırılması, həddindən artıq nəmişliyi azaldır. Bu cür bir
sistemi qurmaq ən asanıdır. Bunun üçün geniş miqyaslı yer işləri lazım deyil. Səth
drenajına yağış drenajı da deyilir, nöqtə və xətti sukənarlaşdırıcı sistemlərinin
yaradılması daxildir. Lokal suyun toplanması üçün nöqtə drenajı tələb olunur.
Bura damdan axan suyun toplanması və ya suvarma kranları altındakı su ola bilər.
Xətti drenaj isə böyük bir ərazidə yığılmış artıq suyu toplamaq üçün nəzərdə
tutulmuşdur.
Dərin drenaj
Dərin drenaj |
Ərazinin
dərin drenajı drenaj sistemlərinin üfüqi bir növüdür və qrunt sularının səviyyəsini
azaltmaq və onları sahədən kənarlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Bu tip
drenaj, qar əriməsi və şiddətli yağış zamanı torpaqda toplanan artıq su
problemini də həll edir. Bu cür drenaj ovalığda, həddindən artıq nəmlənmiş yerlərdə
yerləşən ərazilər üçün lazımdır, ancaq yol-cığır şəbəkəsinin çəkiləcəyi və
kompleks abadlıq-yaşıllaşdırma işlərinin aparılacağı gilli və ya gillicəli
torpaqlar olan ərazidə də istifadəsinə ehtiyac var. Bu tip drenaj, müəyyən bir
dərinlikdə xüsusi xəndəklərdə uzanan, daha böyük diametrli bir kollektor
borusuna və ya montaj quyusuna aparan drenajlardan (perforasiya edilmiş
borulardan) ibarətdir. Ərazinin təxminən 15-20 a (red. ar = sot = 100 m2)
hissədən ibarət bir sahəsi varsa, o zaman bir diametrli boru istifadə etmək
mümkündür. Daha böyük bir sahə ilə, artıq kolektor boru və ya hətta bir neçə
quyudan istifadə etməlisiniz. Dərin drenaj praktikada ən geniş yayılmış drenaj
növüdür.
Şaquli drenaj |
Şaquli drenaj
Şaquli
drenaj sistemi, binanın yaxınlığında yerləşən bir neçə quyudan ibarət drenaj
növüdür. Xüsusi nasoslardan istifadə edərək yığılan su ərazidən kənarlaşdırılır.
Drenaj sistemini təchiz etmək o qədər də çətin deyil, lakin layihənin
hazırlanması zamanı bəzi çətinliklər yaranır. Bir layihənin hazırlanması xüsusi
mühəndislik bilik və bacarıqları tələb edir. Buna görə özbaşına drenaj
sistemini tərtib etmək elə də düzgün iş deyil. İşi təcrübəli mütəxəssislərə həvalə
etmək daha düz addım olar. Tədbirlərin düzgün aparılması üçün xüsusi
hidrotexnik avadanlıqlar lazımdır. Bu məsələ drenajın bütün növlərinə aiddir.
Şüa drenajı - Quyu sistemi və drenlərdən -
şüalardan (drenaj borusu) ibarət drenaj növü, binaların sıxlığı yüksək olan ərazilərdə,
əksər hallarda sənaye məqsədləri üçün istifadə olunur.
Taxta drenaj - Torflu torpaqlarda istifadə
olunur. Taxta drenajın istismar müddəti 40 ilə qədərdir. Taxta drenaj su
buraxmır, su boşluqlar vasitəsi ilə daxil olur. Lazım gələrsə, lövhələrə əlavə
olaraq drenaj boruları çəkilə bilər.
Daş drenajı - Gil torpaqlarda, istifadə müddəti
15 ildir, torf torpaqlarında 40 ilə qədər, eləcə də permafrostda istifadə
olunur. Daş drenajı daş, çınqıl, qırılmış kərpiclə səpilən bir xəndəkdir.
Eləcə də,
asbest-sement borularından drenajlar da istifadə edilə bilər, onlarda dəliklər
edilir və ya kiçik uzununa boşluqlar kəsilir, lakin yadda saxlamağa dəyər ki,
müasir sistemlərdə plastik borular daha uzunömürlü, etibarlı, dayanıqlı və
xüsusən də şəhərətrafı ərazilərin drenajı üçün istifadə etmək asandır.
Unutmamaq
lazımdır ki, müəyyən bir drenaj növünün istifadə müddəti eləcə də drenaj üçün
xüsusi filtrin olub-olmamasından asılıdır.
2. дренаж.net/2
Tərcümə edən: Rövşən Nəzərov
Комментариев нет:
Отправить комментарий