2020-04-18

Urbanizasiya haqqında 10 maraqlı fakt


      1.      2000-ci ildə dünya əhalisinin sayı 6.1 milyarda çatdı, hər il 1.2% və ya ildə 77 milyon nəfər artım müşahidə olunur.

      2.      2030-cu ilə qədər dünya əhalisinin 85%-nin inkişaf etməkdə olan ölkələrdə yaşayacağı gözlənilir.

      3.      İnkişaf etmiş ölkələrdəki əhali sayının 1950-ci ildən 2030-cu ildədək 32%-dən 15%-ə qədər azalacağı gözlənilir.

      4.      1800-cü ildə dünya əhalisinin yalnız 2%-i şəhərləşmişdi.


      5.      Şəhər əhalisinə hər gün təqribən 180.000 nəfər insan əlavə olunur.

      6.      Hesablanmışdır ki, dünya əhalisinin 1 milyardı yoxsuldur, onların 750 milyonundan çoxu lazım olan sığınacaq və təməl xidmətlərdən məhrumdur.

      7.      1950-ci ildə əhalisinin 10 milyon nəfərdən çox olduğu yalnız bir şəhər var idi: New York.

      8.      Ən böyük kənd populyasiyası Hindistanda, (853 milyon) daha sonra isə Çindədir (666 milyon).

      9.      Şəhərlər istixana qazı tullantılarının 70%-ni ehtiva edir.

      10.  Hesablanmışdır ki, 2000 və 2010-cu illər aralığında inkişaf etməkdə olan dünyada cəmi 227 milyon insan gecəqondu şəraitindən köçürülmüşdür.



Tərcümə edən: Qəndab Məmmədova 

Комментариев нет:

Отправить комментарий