2020-04-17

Geodeziya - nədir, onun tədqiqat sahəsi, vəzifələri və quruluşu


Geodeziya - torpaq yeri, onun ölçmə metodları haqqında bir elmdir. Geodeziya insan fəaliyyətinin praktik bir qolu kimi formalaşdı və qədim dövrlərdən bəri istifadə olunur. Zamanla gələn bacarıqlar təcrübə və davamlı biliklərə keçdi. Ancaq bu bilik sistematik inkişaf etməmiş, həmişə strukturlu deyildi və əgər belə demək olarsa nəzəriyəqədərki formada idi. Qədim Yunanıstandan başlayaraq ümumi ilkin biliklər əsasında ilkin elmi qaydaları meydana gəlməsini əvvəlcədən müəyyən edən mücərrəd və nəzəri düşüncə yaranır. Bunlardan birincisi, yerin ölçülməsi haqqında biliklər əsasında yaranan həndəsə elmidir. Təbii ki həndəsəni, illərlə tərifini dəyişəcək gələcək geodeziya elminin atası adlandıra bilərik.

Riyaziyyat elminin ortaya çıxması müşahidələr metodları və riyazi abstraksiyalarla yeni anlayışlar irəli sürməyə, onlardan aksiomalar çıxarmağa, bunun əsasında digər yeni mövqelərin və anlayışların məntiqi düşüncə ilə əsaslandırılmasına imkan verdi. Beləliklə də, geodeziyada bütün hesablama proseslərini təmin etmək üçün gələcək “riyazi aparat” meydana çıxmağa başladı.
Geodeziya sözü öz mənşəyini Qədim Yunanıstandandan götürüb və iki hissədən ibarətdir: "Geo" - "yer", "daesio" - "bölmək". Hərfi tərcümədə "torpaq yerinin ayrılması" alırıq.


Maraqlı faktlar və geodeziyanın inkişaf mərhələləri

Pifaqor

Planetimizin sferik forma olması modelini irəli sürən ilk insan qədim yunan riyaziyyatçısı və filosofu Pifaqor idi (e.ə. 570 - 490). Gün ərzində Yerin öz oxu ətraında və bir il ərzində Günəş ətrafında  fırlanması barədə fikri Polşa astronomu Nikolay Kopernik (1473-1543) tərəfindən elmi şəkildə təsdiqləndi. Onun heliotsentrik sistem haqqında doktrinası öz sahəsində ilk elmi inqilabın idi. (red. O dövrə kimi xristian kilsəsi və ümumiyyətlə hakim inanac bundan ibarət idi ki, yer mərkəzdədir və onun ətrafında günəş də daxil olmaqla digər səma cisimləri fırlanır, yəni geosentrik və ya yermərkəzçi sistem. Ondan da əvvəl Yerin düz olması fikri əsas idi.)
Kopernik

Görkəmli hadisələrdən biri də fars astronomu, riyaziyyatçısı, tədqiqatçısı və filosofu Əl-Biruninin (973-1048) fəaliyyəti hesab edilməlidir. O, geodeziya sahəsində, Yerin radiusunu təyin etmək üçün hesablamalar apardı. Əl-Biruni, uzunluğu 110,278 km olan 32 paralel şimal enliklərində bir dərəcə bucaqlı bir meridianın qövsünün uzunluğunu təyin edərkən heyrətləndirici hesablama nəticələrini əldə etmişdi. Müasir ölçmələr ilə 110.895 km xətti qövs dəyərləri əldə edildi. (red. o dövrün hesablama alətlərinin indikindən qat-qat zəif və xəta payının yüksək olmasını nəzərə alsaq, möcüzəvi dərəcədə dəqiq göstəricidir)
Əl-Biruni



Yerin forma və ölçülərinin müəyyənləşdirilməsində bu parlaq nəticələr, onun səthindəki ölçmələr geodeziyanın inkişafının ilk dövründə alimlərin tədqiqat mövzuları ilə xarakterikdir.
Geodeziya elminin təkamülündə ikinci mərhələnin başlanğıcı dəniz səyahətlərinin və coğrafi kəşflərin dövrü hesab olunur: Xristafor Kolumb tərəfindən Amerikaya dörd ekspedisiya (1492-1504), Hindistana üç dəniz səyahəti edən Vasko da Qamma (1497-1524) və dünya ətrafındakı səyahəti ilə Fernand Magellan (1519-1522).



Bu dövrdə geodeziyada ən vacib ixtiralar meydana gəlir:
·         italyan Galileonun müşahidə borusu (1609);
·         holland Sneliussun trianqulyasiya metodu (1614);
·         fransız Picard tərəfindən cihazlarda iplər şəbəkəsinin ilk istifadəsi;
·         qütblərin sıxılmasının nəzəri cəhətdən əsaslandırıldığı və miqdarıın təyin olunduğu ingilis Nyutonun elmi işinin işıq üzü görməsi.
Üçüncü dövr bir çox geodeziya vəzifələrinin həlli ilə xarakterizə olunur:
v  Yer ellipsoidinin ölçülərini tapmaq;
v  geoid müəyyən olunması;
v  ölçülərin müxtəlif ən az kvadrat üsullarla riyazi işlənməsi;
v  yeni geodeziya alətlərinin, geofizika, qravimetriya elmlərində yeni sahələrinin meydana çıxması;
v  Yer kürəsinin fiziki səthinin formasını müəyyənləşdirir.
Müasir dövrdə geodeziya sənayesində əhəmiyyətli bir irəliləyiş peyk texnologiyalarının istifadəsi, qlobal naviqasiya yerləşdirmə sistemlərinin, yeni fiziki ölçmə metodlarının, coğrafi məlumat və kompüter sistemlərinin meydana çıxmasıdır. 
Geodeziya nəyi öyrənir?
Müasir geodeziya özlüyündə, elm və təhsil əlaqələri, istehsal və texnoloji proseslər nəticəsində fiziki və hüquqi şəxslər, dövlət qurumları və müxtəlif təşkilatlar arasında Yer səthinin öyrənilməsi, istifadəsi nəticəsində yaranan çoxşaxəli bir sahədir.
Geodeziya elminin öyrəndiyi mövzular aşağıdakılardır:
Ø  ölçülərini dövri olaraq müəyyənləşdirməklə Yerin forması;
Ø  ölçmələri yerinə yetirməklə Yerin fiziki səthi;
Ø  yer səthində baş verən geodinamik proseslər;
Ø  Yerin cazibə qüvvəsinin müxtəlif nöqtələrdə dərəcəsinin təyin edilməsi;
Ø  çox yönlü sistemli planetar problemlərin həlli üçün vahid məkan mövqeyi üçün tələb olunan nöqtələr və istinad sistemlərinin, dövlətin və planetin bütün ərazisi üzrə koordinatların yaradılması;
Ø  yer səthində koordinat sistemləri birliyinin formalaşması üçün geodeziya şəbəkələrinin qurulmasının riyazi metodları;
Ø  geodeziya ölçmələrinin fiziki və riyazi üsulları;
Ø  sahə ölçmələrinin işlənməsi üçün riyazi metodlar və onların nəzəri bərabərliklərin hesablaması.
Geodeziyanın əsas vəzifələri
Vahid təsərrüfat subyektini, iqtisadiyyatın hər hansı bir sahəsini onlarda praktik geodeziyanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Düzünü desək, onların çoxu belə bir əlaqədən xəbərsizdirlər. Əsas odur ki, geodeziya sahəsi tələbatlıdır və bir çox praktik məsələləri həll edir:
ü  müxtəlif səviyyələrdə geodeziya məntəqələrinin şəbəkəsini yaratmaq və bununla dövlət koordinat sistemini formalaşdırmaq, topoqrafik çəkilişlərdən kartoqrafik işlərdə istifadə etmək;
ü  xəritələrin və topoqrafik planların hazırlanması;
ü  maddi istehsal obyektlərinin inşasında geodeziya proseslərini təmin etmək;
ü  qrunt deformasiyalarının, torpaq uçqunluqlarının, bünövrə qabığının və tikinti konstruksiya kreninin geodeziya üsulları ilə müəyyənləşdirilməsi;
ü  mədənlərdə, karxanalarda və poliqonlarda yeraltı və açıq dağ işlərinin aparılması üçün geodezik-markşeyder  xidmətləri;
ü  təbii ehtiyatların və faydalı qazıntıların tədqiqi və kəşfiyyatı;
ü  yer quruluşu və kadastr uçotu aparmaq;
ü  bütün təyyarələrin, gəmilərin və nəqliyyat vasitələrinin yer, hava, quru və dəniz naviqasiyasını təmin etmək.
Geodeziyanın strukturu
İnsan fəaliyyətinin müxtəlif sahələrdə təkmilləşməsi, elmi, texniki və texnoloji tərəqqi ilə geodeziya elmi inkişaf etdi. Daxilində yeni istiqamətlər meydana gəldi. Buraya problemlərini həll edən bir çox elmi və praktik sahələr daxildir. Bura aiddir:
§  torparafiya, əvvəllər adi geodeziya;
§  ali geodeziya (nəzəri);
§  tətbiqi (mühəndis) geodeziya;
§  kartoqrafiya;
§  fotoqrammometriya;
§  geodeziya astronomiyası;
§  kosmik geodeziya;
§  hərbi topoqrafiya;
§  dəniz geodeziyası;
§  markşeyder işi;
§  qravimetriya;
§  geodeziya avadanlıqlarının hazırlanması;
§  ölçü vahidliyinin metroloji təminatı.
Geodeziyanın digər elmlərlə əlaqəsi
Hazırda onlar o qədər genişdir ki, hamısını sadalaya bilmərik. Şübhəsiz ki, geodeziyanın meydana gəldiyi və qırılmaz əlaqəsi olan ilk elm həndəsədir. Sonra, geodeziyanın təmasda olduğu bütün digər ümumi fənləri sadalayaq:
Geoid

o   riyaziyyat (hesablama, həndəsə);
o   astronomiya;
o   coğrafiya;
o   fizika (mexanika, optika);
o   geofizika;
o   geologiya;
o   fotoqrafiya
o   topoqrafik təsviretmə;
o   informatika;
o   coğrafi informasiya sistemləri;
o   kartoqrafiya;
o   kompüter sistemləri.
Geodeziyada hüquqi münasibətlər
Geodeziyada onlar federal qanunların, kodların, konsepsiyaların, fərmanların, dövlət və sənaye standartlarının, əmrlərin, göstərişlərin, qaydaların, normaların və qaydaların bir çox hüquqi aktları əsasında fəaliyyət göstərirlər.

Mənbə: geostart.ru
Tərcümə edən: Rövşən Nəzərov 

Комментариев нет:

Отправить комментарий