COVİD-19
pandemiyası dünya ölkələrini narahat edir, qlobal sağlamlıq böhranına səbəb
olur, eyni zamanda dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. Lakin bəşəriyyət
üçün bütün mənfi təsirləri ilə yanaşı ətraf mühitə müsbət təsirləri də
danılmazdır.
Elm
adamlarının böyük fərqin şahidi olduğu sahələrdən biri də havanın keyfiyyətidir.
Müşahidələr göstərir ki, pandemiya, Çin və İtaliya kimi COVİD-19-dan ən çox zərər
çəkən bölgələrdə hava kirliliyinin əhəmiyyətli dərəcədə azalmasına gətirib
çıxarır. John Hopkins Universitetinin ətraf mühitin mühəndisliyi üzrə dossenti
Peter DeCarlo peyklər tərəfidən müşahidə olunan bu hadisənin doğruluğunu təsdiqləyib.
O, həmçinin bildirib: “ Həm Çin, həm də İtaliyanın sənaye ərazilərində azot
dioksid (NO2) miqdarında güclü azalma müşahidə olunur. NO2
nəqliyyat sənayesinin əsas mənbələrindəndir. Bu da çox aydındır ki, bir çox ölkələrdə
səyahət qadağaları, konfranslar və iş görüşlərinin ləğvi hava səyahətlərini kəskin
azaldıb.
Bununla yanaşı sənaye fəaliyyətlərində də azalma müşahidə olunur,
lakin bu nəqliyyatda olduğu qədər deyil. Çünki hələ də elektrik stansiyaları
elektrik energisi istehsal etməli, su təmizləyici qurğular isə su təmizləməyə
davam etməlidir.
Hollandiyanın
Delft Texnologiya Universitetindən Pieternel Levelt və komandası, Çində
izolyasiya tədbirləri qüvvəyə mindikdə, NO2 səviyyəsində əhəmiyyətli
dərəcədə azalmaların olduğunu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 35 faiz
aşağı konsentrasiya səviyyəsinin olduğunu göstərdi. İtaliyanin Milan kimi şəhərlərdən
yuxarıda isə NO2-nin 40 faizədək azaldığını bildirdi. "Əvvəllər
azot dioksidində bu qədər güclü bir azalma görməmişdik. Əvvəlcə bir-iki həftəni
ölçdük, çünki azot dioksidinin azalmasının əsas mənbəyinin hava şəraiti (yağış
və ya külək) olmadığından əmin olmaq istəyirdik. Daha sonra NO2
miqdarını keçən ilin eyni dövrü ilə müqayisə etdik" dedi.
Bir neçə sosial media
istifadəçisi bildirmişdir ki, məşhur Venesiya kanalındakı su, COVİD-19 nəticəsində
demək olar ki, qeyri-adi dərəcədə aydındır( şəffafdır). Kanalların şəkillərini
Facebook-da yerləşdirən istifadəçi Elisabetta Cappellari yazmışdır: "Bəlkə də bu virus Yer anadır, bizə bir müddət zaman
fasiləsi verir... yaratdığımız qarışıqlığı təmizləyərək". Suyun gözlənilməz aydınlığı mütləq suyun keyfiyyətinin
yaxşılaşmasının əlaməti deyildir. Bəlkə də bu fenomenin arxasında duran ən
vacib amil, ekspertlərin fikrincə, gəmi nəqliyyatının fəaliyyətinin dayanmasıdır.
Normalda, kanallarda tez-tez gəmilərin çox olması çöküntüləri hərəkətə gətirir
və suyun bulanıqlığını artırır.
Hazırda qayıq trafikində fasilə olduğundan, çöküntülər kanalların dibində qalır və su normaldan daha aydın görünür, hətta içərisində balıqların üzdüyünün şahidi ola bilərik. Həmçinin, turist sayının və şəhərdə işçi sayının çox azalması kanallara axan tullantıların azaldılması səbəbindən suyun keyfiyyətinin yaxşılaşmasına səbəb ola bilər.
İnsanlar getdikcə öz evlərinə qapandıqları üçün izolyasiya tədbirləri dünyada vəhşi təbiətə də təsir göstərir. Məsələn, Yaponiyada populyar turizm məkanı olan Nara Parkda yaşayan sika maralları, Çin və Cənubi Koreyadan gələn qonaqlara məhdudiyyətlər tətbiq edildikdən sonra qida axtarmaq üçün şəhər yerlərini gəzir. Virginia Tech-də Vəhşi Təbiət Elmləri Dossenti olan Ceyms Parkhurst Newsweek-ə açıqlamasında bildirib: "Restoranların bağlanması və fəaliyyətinin yavaşlaması şəhər mühitində ehtimal olunan qida ehtiyatlarının daha çox azalacağından xəbər verir. Nəticədə zibilxanalar boş qalır və küçələrdə zibil yox olur. Bu cür qaynaqlara güvənərək qidalanmağa gələn heyvanlar indi alternativ variantlar tapmaq məcburiyyətindədir. Qida üçün bu axtarış gücləndikcə əslində bəzi insan-heyvan qarşılıqlı əlaqələrində artım görməyə başlaya bilərik."
Mənbə: Newsweek.com
Tərcümə edən: Qəndab Məmmədova
Комментариев нет:
Отправить комментарий