2020-05-24

İqlim dəyişikliyi Antarktida qarını yaşıllaşdırır!


Alimlər ətraf mühitə olan  zərərin təsirindən narahatlıqlarını ifadə edirlər.
Bir qrup alim tərəfindən hazırlanan yaşıl yosunların iri miqyaslı xəritəsi Antarktikada bir ilkdir.
Antarktikada qar yaşıla çevrilir! Reuters xəbər agentliyinin məlumatına görə alimlər Antarktikada geniş yaşıl bölgə müşahidə etmiş və Antarktika yarımadasındakı bu hissənin iri miqyaslı xəritəsini hazırlamışlar. Yaşıl yosunların həddindən artıq çoxalması - yosun “çiçəkləməsi” - Antarktika qarının yaşıl rəngli olmasının ehtimal edilən səbəbi kimi tapılmışdır. 

İndi, Avropa Kosmik Agentliyinin (ESA) Sentinel 2 peyki tərəfindən yerində edilən müşahidələrlə 2 il ərzində toplanmış məlumatlardan istifadə edilərək Kembric universitetindən olan araşdırma komandası və Britaniya Antraktika Araşdırmaları Antarktika yarımadasının sahillərində ilk yosun “çiçəkləməsi” xəritəsini hazırladı və Reuters hesabatına əlavə etdi.
 Rabitə jurnalının 21 may buraxılışında bir hüceyrəli yosunların çox olduğunu,  qarı parlaq yaşıl rəngə çevirdiklərini və kosmosdan görülə bildiyini irəli sürdü.
Bir qrup alim tərəfindən hazırlanan yaşıl yosunların iri miqyaslı xəritəsi Antarktikada ilkdir. Xəritə ağ qitənin iqlim krizi səbəbilə yaşıla çevrilmə sürətini dəyərləndirmək və potensial olaraq digər növlərə yaşayış təmin edə bilmək üçün təməl olaraq istifadə ediləcək. Yosunlar artıq kiçik göbələk sporları və bakteriyalar ilə sıx əlaqələr qurmuşlar.
Mamırlar və şibyələr Antarktikada dominant fotosintezedici orqanizmlər olaraq qəbul edilir, lakin 1.9 kv. kilometr əraziyə yayılmış 1.679 yosun “çiçəyi” olan yeni xəritələmə  qitənin atmosfer tutumunun karbondioksid ələ keçirməsindəki əsas komponentdir.

Tərcümə edən: Qəndab Məmmədova

Комментариев нет:

Отправить комментарий