İnsan fəaliyyəti olduğu yerdə zibil mütləq görünür. Hətta
kosmos da istisna olmayıb. İnsanlıq Yer kürəsinin orbitinə ilk uçan qurğular buraxandan sonra,
ilbəil daha da ağırlaşan kosmik zibil problemi ortaya çıxdı.
Kosmik tullantı nədir?
Kosmik
tullantı dedikdə, antropogen mənşəli və Yer kürəsinə yaxın sahədə, heç bir
tapşırıq yerinə yetirmədən mövcud olan bütün obyektlər başa düşülür. Daha sərt
desək, vəzifələrini yerinə yetirmiş və ya planlaşdırılan fəaliyyətlərini davam
etdirməyə imkanı olmayan kritik nasazlıq əldə etmiş uçan qurğulardır.
Peyklərdən
əlavə olaraq, gövdə parçaları, mühərriklərin hissələri, ayrı ayrı elementlər də
var. Müxtəlif mənbələrə görə, kosmik tullantılara aid edilən üç yüzdən yüz minə
qədər obyekt Yer kürəsinin müxtəlif yüksəkliklərində daim mövcuddur.
Kosmik tullatının nəyi təhlükəlidir?
Yer kürəsinə
yaxın sahədə nəzarətsiz süni elementlərin olması mövcud peyklər və kosmik gəmilər
üçün təhlükəlidir. Ən böyük risk insanlar gəmidə olduqda mövcuddur. Parlaq
nümunə kimi içərisində daimi insan olan Beynəlxalq Kosmik Stansiyanı misal çəkmək
olar. Yüksək sürətlə hərəkət edərək, hətta kiçik hissəcikləri örtük, idarəetmə
elementi və ya enerji təminatına zərər verə bilər.
Kosmik
tullantı problemi Yer kürəsinin orbitində daim artması və yüksək sürətlə hərəkət
etməsi ilə təhlükəlidir. Uzun perspektivdə bu ümumilikdə kosmik uçuşların
mümkünsüzlüyünə səbəb ola bilər. Yəni, orbitin yararsız zibil ilə örtülməsi
sıxlığı o qədər yüksək olacaq ki, uçan qurğular bu “pərdə”ni aşmaq iqtidarında
olmayacaq.
Kosmik dağıntıları təmizləmək üçün nə edilir?
Kosmik tədqiqatların
yarım əsrdən çoxdur ki, fəal şəkildə aparılmasına baxmayaraq, bu gün kosmik
zibillərə qarşı genişmiqyaslı və effektiv mübarizə aparan işlək texnologiya
mövcud deyil. Kobud desək, hər kəs bunun təhlükəsini başa düşür, amma heç kim
bunun necə aradan qaldırılacağını bilmir. Fərqli dövrlərdə kosmosu araşdıran
aparıcı ölkələrin mütəxəssisləri tullantı obyektlərinin məhv edilməsi üçün müxtəlif
üsullar təklif etdilər. Ən populyar olanları bunlardır:
·
“Təmizləyici”
gəminin tərtib olunması. Planlaşdırıldığı kimi, xüsusi uçan qurğu hərəkət edən
cisimə yaxınlaşacaq, onu göyərtəyə daşıyacaq və yerə çatdıracaq. Bu texnika hələ
ki, mövcud deyil
·
Lazerli
peyk. İdeya güclü lazer sistemi ilə təchiz edilmiş peykin buraxılmasıdır. Lazer
şüasının təsiri altında zibil buxarlanmalı və ya heç olmasa ölçüsü azalmalıdır.
·
Orbitdən
zibilin azaldılması. Eyni lazerdən istifadə edərək zibilin öz orbitindən
çıxarılması və atmosferin sıx qatlarına gətirilməsi planlaşdırılır. Kiçik hissəciklər
Yer səthinə çatmamış tamamilə yanmalıdır.
Mənbə: ecoportal.info
Tərcümə
edən: Rövşən Nəzərov
Комментариев нет:
Отправить комментарий