Bu yumurta formalı biodeqradasiya oluna
bilən məzar kapsulları siz öldükdən sonra bədəninizin yeni bir ağac “toxumu”
olmasına imkan verir.
Amerikalılar hər il ölüləri dəfn etmək
üçün 4 milyon hektar “hardwood” meşəsini
kəsirlər. Bədənimiz əvvəlcə konservasiya
olunur, taxta və ya metal tabutlara yerləşdirildikdən
sonra orta hesabla ildə təxminən 1 milyon qalon formaldehid ilə birlikdə geniş
sahəli qranit məzar daşları ilə gömülürlər.
Digər münbit ABŞ torpaqları ilə birlikdə
1 milyon hektar ərazi istifadə edən bu qəbiristanlıqlar və ya “xatirə parkları”
adətən həddindən çox suvarılmış və sintetik olaraq mayalanmış qazonlarla
örtülmüşdür.
Lakin ölmək ətrafa bu qədər zərbə vurmaq
məcburiyyətində deyil.
İtaliyan sənətkarları ekoloji cəhətdən təmiz
və bioloji cəhətdən parçalana bilən “tabutlar” hazırladılar, hansı ki, bunlar
siz öldükdən sonra özünüzü ağac kəsməkdənsə ağaca çevirməyə imkan verir.
“Capsula
Mundi”
bədənin fetal vəziyyətdə yerləşdiyi və daha sonra toxum ilə yetişdirilə bilən
daha doğrusu mərhumun ölməmişdən əvvəl seçdiyi yumurta şəkilli kapsuladır.
Daha sonra, kapsul cücərir və
ağaca çevrilir. Dizaynerlər Anna Citelli və Raoul Bretzel “itirdiyimiz bir
insan üçün canlı bir xatirə” deyə
şərh verirlər. Citelli və Bretzel ümid edirlər
ki, bir gün onların kapsulları qəbiristanlıqların soyuq və boz mənzərələrini gələcək
üçün yaşıl, canlı meşələrə çevirəcək.
Bu insan-meşə karbonu sərbəst buraxmaq əvəzinə
məzarlıqlar
və tabutlar üçün təmiz ərazilər və gələcək nəsillər üçün daha sağlam bir mühit
yaradacaqdır.
Əhali
sayı iki dəfə artarsa
meşəlik məzarlar daha da populyarlaşa bilər. Hazırda onlar Şimali Avropanın bir
çox hissələrində qanunidir. Kiçik Capsula Mundi sevilən birinin külünü
basdırmaq üçün əlverişlidir, qeyd etmək lazımdır ki, yandırılmış küllər
sterildir və qida maddələrini yenidən torpağa qaytarmır.
Əgər
həqiqətən bir insanın ağac bəsləməsinə dair şübhəniz varsa, Rhode Islandın qurucusu
Roger Williams və həyat yoldaşı
Mary Saylesin qəbirlərinin üzərində böyüyən alma ağacnın əhvalatına diqqət
yetirin. Ağacın köklərinin onların bədənləri ətarfında böyüdüyünü və insan
skletlərinin şəklini aldıqları aşkar edildi.
Ağac sözün həqiqi mənasında „
insanları yedi“ deyə Lierre Keith „Vegeterian mifi: qida, ədalət və
dayanıqlılıq“ kitabında sümüklərin köklərə yaxşı bir kalsium qaynağı olduğunu
yazmışdır.
Əgər siz də Capsula Mundi
satışa çıxmazdan əvvəl bioloji cəhətdən parçalanan kasket və ya daşıyıcı ilə
maraqlanırsınızsa, “Amazon”da bəzi yaxşı nümunələrini tapa bilərsiniz.
Tərcümə edən: Qəndab Məmmədova
Mənbə: returntonow.net
Комментариев нет:
Отправить комментарий