
1. Şirin su imkanlarını artırır
Siz
bilirsinizmi yalnız 1 funt (0.45 kq) mal əti istehsal edərkən, istehsalın əvvəlindən
sonuna qədər 2.400 qalon (1 ingilis qalonu= 1.20095 litr, 1 ABŞ qalonu=
0.832674 litr) su tələb olunur? Mal-qara digər canlılardan daha çox suya
ehtiyac duyur və onlar qarşısını
ala bilməyəcəyimiz çox miqdarda tullantı hazırlayaraq suyu çirkləndirir.
Digər tərəfdən, 1 funt buğda üçün sadəcə 25
qalon su tələb olunur. Bəzi sadə riyazi hesablamalar qida istehsalçıları və
istehlakçıları arasında dəyişikliyə böyük ehtiyac olduğunu göstərir. Bütün
dünyada yüz milyonlarla insan üçün təmiz suyun əlçatan olmaması, quraqlıq və su
qaynaqlarının düzgün idarə edilməməsi daha çox su qıtlığı
yaratdığında dəyişiklik edilməsi vacibdir. əgər mal-qaranın yerinə bitkilər əkilsə,
bizim hər kəs üçün daha təmiz suyumuz olar.
2. Hava
təmizliyi
Biz
planetdəki CO2 emissiyası və kirlənmə nəticəsində yaratdığımız təxribatdan
agahıq. Lakin, fərqində olmadığımız nəhəng hava kirliliyi mal-qaradır. Böyük
miqdarda su tələbatı ilə birlikdə mal-qara, həmçinin atmosferə bütün nəqliyyat
növləri və ya insan tərəfindən atılan CO2-dən daha çoxunu atır.
BMT-nin Əzaq və Kənd Təsərrüfatı təşkilatının hesabatına görə bütün dünyadakı
mal-qara istehsalı insanın istixana effektinin 18%-ni təşkil edir. Bu insana məlum
olan hər hansı bir səyahət formasından daha çoxdur. Medalyonun digər tərəfindən
bitkilər havanı təmizləyir ki, bu da emissiya yaradan mal-qaranın ətraf mühitə
təsirinə ciddi dəyişiklik edəcəkdir.
3. Enerji
istehlakını azaldır
Heyvandarlıq
istehsalında lazımsız enerji istehlakı bir sıra kombinasiyalı faktorla
bağlıdır. Bir heyvanın yetışdirilməsi bir gecədə baş vermir, onları ət kimi
istifadə edənə qədər uzun vaxt tələb olunur. onların həyat müddətlərində, ferma
heyvanları dəyərli torpaqlarda yetişən qida tələb edirlər. Həm torpaq həm də
qida daha dayanıqlı məqsədlər üçün istifadə edilə bilər. Daha sonra, ət məhsullarının
istehlakçıya çatana qədər daşınması və soyudulmasına ehtiyac var. Kəsmə
otağından kiminsə süfrəsinə çatana qədər ətin istehsalı və emalı uzun vaxt tələb
edir. Bitki əsaslı protein ət əsaslı proteinə nisbətən təxminən 8 dəfə daha az enerji istifadə
edərək alınır.
4. Torpaq
keyfiyyətini artırır
Öz
səhvləri nəticəsində heyvandarlıq torpağı zəiflədir və aşındırır. Meşəsizləşmə
adətən daha çox ət ehtiyacımızın nəticəsidir. Ferma heyvanlarına daha çox yer
açmaq üçün hər dəqiqə 7 futbol meydançası qədər ərazini buldozerləyirik, həmin ərazini
doldurmaq üçün isə planetin torpaq kütləsinin 30%-ni istifadə edirik - Asiyanın ərazi
ölçüsünü düşünün. Bu prosesdə təmizlənən ağaclar torpağa davamlılıq və
qidalılıq vermir. Ət əvəzinə müxtəlif bitkilərin yetişdirilməsi torpağı
qidalandırır və daha uzun müddət dayanıqlı edir. Nəticə etibarilə, daha çox
bitki vvə daha az heyvan dünyada daha sağlam torpaq yaradacaqdır.
5. İnsan
sağlamlığını gücləndirir.

6. Bütün
canlılara etik davranışı təmin edir.

Veqanlığa
keçin və dünyanı yaxşılaşdırın
Doğru
seçim aşkardır. Veqanlığa keçid etməyə başlasanız ətraf mühitə və onun bütün
sakinlərinə daha yaxşı davranmış olacağınızı bilirsiniz. Bu dəyişikliyi daha
sağlam, daha təmiz vicdan, daha dayanıqlı və daha yaxşı həyat üçün edin.
Tərcümə edən: Qəndab
Məmmədova
Комментариев нет:
Отправить комментарий