2020-05-09

Bakıda karantin dövründə ictimai nəqliyyat



Dünyada vəlvələyə səbəb olmuş koronavirus (COVID-19) infeksiyası dünyadakı səyahətlərə də öz gücünü göstərdi. Ölkələrarası təyyarə uçuşları dayandı, bir çox ölkə sərhədlərini bağladı, sərnişindaşıma minimuma endirildi. Azərbaycanın qonşu ölkələrində də oxşar addımlar atıldı. Gürcüstanda fövqəladə vəziyyət ilə əlaqədar olaraq bütün ictimai nəqliyyatın (şəhəriçi və şəhərlərarası) hərəkəti məhdudlaşdırıldı.


Bakıda da karantin dövrü başlayandan bəri əsas məqsədlərdən biri ictimai nəqliyyatda sıxlığın qarşısını almaq idi. Bunun üçün bir sıra tədbirlər həyata keçirilirdi. Bunların hansının uğurlu hansının uğursuz olduğuna isə özünüz qərar verin.
24 Mart tarixindən etibarən Nazirlər Kabinetinin qərarı ilə metropolitendə sıxlığı azaltmaq üçün əlavə "Ekspres marşrut xətləri" yaradıldı. Bunlara M1, M2, M3, M4, M5, M6, M7 xətləri daxildir. 27 Mart tarixindən etibarən isə başqa bir addım atıldı. Bu addıma görə bir neçə gün metro sadəcə bir neçə saat işlədi. Bununla isə sərnişin sıxlığı nəinki azalmadı, əksinə artdı. Bu qərarın effektiv olmadığını görəndən sonra, 31 Martda metronun fəaliyyəti təmamilə dayandırıldı.
Metronun fəaliyyətinin dayandırılması ilə bütün yük ekspress və müntəzəm marşrut xətlərinin üzərinə düşdü.



Aparılan araşdırmaya görə 1 metro qatarının daşıya bildiyi sərnişin 10-15 avtobusun daşıya biləcəyi sərnişin qədərdir. Buna görə fəaliyyət göstərən ekspress xətlər ən azı 1 dəqiqəlik intervalla çalışmalı idilər.
Bakı-Sumqayıt və Bakı-Pirşağı dəmiryolu sərnişindaşıma qatarlarının fəaliyyəti isə məhdudlaşdırılmadı.

Mənbə: Transport for Baku

8 May tarixindən etibarən metronun fəaliyyətinin bərpasına icazə verildi, amma Moskvadakı üsulun tətbiqi ilə. Belə ki, polis metronun girişində icazələri yoxlayacaq. Moskvada icazələrin yoxlanılmasına görə geniş sıxlıqlar yarandı. Buna görə rəhbərlik bu qərarı tez bir zamanda ləğv etdi.




Müəllif: İlkin Hüseynov

Комментариев нет:

Отправить комментарий