Şəkil 1 |
Təsəvvür edin ki, şəhərdə gəzirsiniz
və hava çox istidir. Edəcəyiniz ilk iş yəqin ki, sərin bir məkan tapmaq olardı.
Yüksək ehtimalla da qapalı məkana üstünlük verərdiz. Bəs temperatur yüksək olsa
belə, şəhərdə gəzərkən sərin açıq hava məkanlarının olması daha yaxşı
olmazdımı?
Əlbəttə olardı. Belə mühitin
yaradılması üçün atılmalı olan addımlardan mühüm əhəmiyyət kəsb edəni şəhər ərazisində yaşıllığın artırılmasıdır. Yəqin
ki, bir çoxunuz aşağıdakı şəkli (şəkil 1) görmüsünüz.
Bu şəkil ağacların təkbaşına ətrafı nə qədər sərinləşdirə bilməsinin
bariz nümunəsidir.
Şəhərlərdə ağacların olmasının
müsbət cəhətlərindən bəziləri aşağıdakılardır:
Ø
Havanı
təmizləyir;
Ø
Temperaturu
tənzimləyir (bura evdə istifadə olunan kondisionerlərin sərf etdiyi elektrik
enerjisinə 50%-ə qədər qənaət aiddir);
Ø
Ağacların
artırılması biomüxtəlifliyin artmasına səbəb olur;
Ø
İstirahət
məkanları artır;
Ø
Böyümüş
bir ağac hər gün 22 kq CO2 (karbon qazı) miqdarını azaldır;
Ø
Ağacların
stressi azaltması sübut olunub və s.
Şəhərlərin yaşıllaşdırılması dedikdə, təkcə ağaclarla kifayətlənmək olmaz. Həmçinin, müxtəlif
yerlərdə əkilən bitkiləri, eyvanlarda yetişdirilən dibçək güllərini, bəzək
məqsədilə istifadə olunan təbii yaşıllıqları da nəzərə almaq lazımdır.
Yuxarıda qeyd olunanlar və başqa
səbəblər haqlı olaraq şəhərlərin yaşıllaşdırılmasına olan marağın artmasına gətirib
çıxarır. Ekoloji araşdırmalar nəticəsində, şəhərlərin təbiətinin bioloji müxtəlifliklərin qorunmasına
böyük töhvə verdiyi müəyyənləşdirilib. Həmçinin, şəhərlərin qeyri-şəhər
əraziləri ilə müqayisədə təhlükədə olan növlərin daha çox hissəsini dəstəklədiyi də müəyyən olunub.
Yaşıl sahə getdikcə istilik adası effektinin
təsirini azaltmaq üçün faydalı vasitə kimi tanınır. “İstilik adası effekti”
insan fəaliyyətinə görə ətraf ərazilərdən daha isti olan bölgələri xarakterizə
etmək üçün istifadə edilən termindir. Beləliklə, bu, şəhərlərə iqlim dəyişikliyinə
uyğunlaşmağa və iqlim dəyişikliyinin nəticələrini azaltmağa kömək edir.
Şəkil 2 |
Şəhər istiliyinin azaldılması Avstraliya hökumətinin
ölkədəki şəhərlər üçün “ağac örtüklərin hazırlanması” planının arxasındakı əsas
məqsəddir. Ağaclar betondan daha sərin olduğu və şiddətli istilərin qarşısını
aldığı, eləcə də, istilik səbəbilə yarana biləcək xəstəlikləri azaltdığı məlumdur. Hətta
bəzi şəhərlərdə beton divarlar boyunca bitkilərin yetişdirilməsi həm görünüş
cəhətdən, həm də istiliyin azaldılması baxımından əhəmiyyətli rola malikdir. Bir
vaxtlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası bu baxımdan çox gözəl nümunə
idi. 1960-cı illərin əvvəllərində binanın birinci mərtəbəsinin daima nəm olması,
o zamankı rəhbərliyi binanın perimetri boyu xüsusi “daş sarmaşıqlar”ın
əkilməsinə sövq etdi. Bununla da, binanın ümumi fasadı tam yaşıl örtüklə əhatə
olundu. Binanın belə görkəmi həm şəhər sakinləri tərəfindən, həm də şəhərə
gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanırdı. Təəssüf ki, 2010-cu ildən
başlayaraq binanın sarmaşıqları azalmağa başladı və 2012-ci ildə aparılan təmir
işlərindən sonra “yaşıl bina” boz görkəmdə qaldı. (şəkil 2)
Şəhər yaşıllığı istirahət üçün xoşagələn məkan
təmin edir. Yaşayış səviyyəsini və yaşıl məkanları artırmaq şəhərləri
yaşamaq və işləmək üçün daha arzuolunan yerə çevirir. Araşdırmalar nəticəsində
müəyyən olunmuşdur ki, iş yerləri ətrafında yaşıl məkanların olması işçilərin
məhsuldarlığını artırır.
Şəhər yaşıllığına artan maraq yaşıl sahələrə
uzun müddətdir ehtiyac duyan cəmiyyətlər üçün maraqlı imkanlar təqdim edir.
Yaşıl şəhər gündəliyini
açmaq
Yaşıl şəhərlərə olan bu həvəs təbiətə dair
ənənəvi baxışların tam əksinə dayanır. Ənənəvi baxış qorunmağa layiq
ekosistemlərin şəhərdən kənarda, milli parklarda və çöllük ərazilərində
tapılması idi. Biz yeni gündəliyi səmimiyyətlə qəbul edirik, lakin həmçinin, inanırıq ki, istiliyin
azaldılması üçün yalnızca örtük hədəfləri kimi instrumental tədbirlərə
fokuslanmaq vacib deyil. Biz təcrübəli yanaşmalar haqqında
unutmamalıyıq.
İnstrumental yanaşmalardakı risk insanlar və
təbiət arasındakı bölünməyə etiraz edilə bilinməməsidir. Bu, insanların yaşayış
yerləri və həyat üçün vacib olan daha geniş ekoloji proseslərlə əlaqəsini
məhdudlaşdırır. Təcriddə olan instrumental hədəflər də şəhərin yaşıllaşmasını
qeyri-siyasi cəhd kimi təqdim etmək riski daşıyır. Lakin biz bilirik ki, bu
belə deyil. Nyu Yorkun “High Line” layihəsi kimi yaşıllığın artırılması
layihələrində biz bunu müşahidə etmişik. Zəngin şəhər ətrafı ərazilər davamlı
olaraq ən çox yaşıllıq olan yerlərə malik olurlar.
Təbiəti şəhərə gətirmək başqadır, bunu mədəniyyətimizə və
gündəlik həyatımıza gətirmək isə tamam başqa.
Ekologiyanı anlamaq (canlı
bir mənada)
Şəhər yaşıllaşdırılması insanlar və ətraf mühit
arasındakı əlaqəni yenidən müəyyənləşdirmək üçün fürsət yaradır. Ən ciddi
iddialar Antropogen dövrü ilə əlaqəlidir.
Biz insanların və qeyri-insanların (bitkilər də
daxil olmaqla) şəhərlərin aktiv sakinləri olmasına diqqət çəkərək, insanları
şəhər təbiətilə qarşılıqlı əlaqədə olmağa cəsarətləndirməkdən daha çoxunu
təbliğ edirik. Belə yanaşmanın işləməsi üçün insanların ətraf mühiti qavrayış
forması ilə bizim ətraf mühitlə olan təcrübələrimiz əlaqəli olmalıdır.
Sadə şəkildə desək, yaşıl şəhərlər sadəcə sahə, ağac
örtüyü və yaxınlıq (baxmayaraq ki, onlar mühümdürlər) barədə ola bilməz. Biz insanları
“ekologiyaların bir parçasına çevirən” şəxsi, aktiv və davamlı qarşılaşmaları
dəstəkləməyik və anlamalıyıq ki, həmin ekologiya şəhərin yaşıl sahələrindən
kənarda da mövcuddur.
Siyasətdən uzaqlaşmaq
olmaz
Şəhər yaşıllaşdırılmasının siyasət və idarəetmə
ölçülərini nəzərə almaq vacibdir.
Əgər instrumental istiqamətləndirmə geniş
yayılarsa, şəhərlərimiz “yaşamağa daha münasib” ola bilər,
(ən azından bəziləri
üçün, xüsusi məkanlarda və qısa zamanda) lakin bizim cəmiyyətlər daha sosial və
ekoloji, yaxud dayanıqlı olmaya bilər. Buna görə də şəhər ekologiyasına yenilənmiş
marağın ölçüsünü anlamalı və tənqid etməyə olan ehtiyacı vurğulamalıyıq. Bu
marağın mövcud siyasi iqtisadiyyatla əlaqəli olub-olmadığını nəzərə almalıyıq.
Kimdən və necə yaşıllaşdıra biləcəyimizi soruşmaqla,
yerli
sakinlərin danışıqlarından həllinə
ehtiyac duyulan problemlərin
etirafına və şəhər məkanının
yaradılmasında iştiraka yol aça bilərik.
Şəhər yaşıllaşdırılmasına təcrübi yanaşmaq insandan daha artığının
ehtiyaclarına gözlərimizi açmağa kömək edə bilər. İnsanmərkəzli mənfəət üçün
yaşıl məkanların yetişdirilməsindənsə, bir sualı ortaya qoyuruq: “şəhər
yaşıllaşdırılmasının iştirakçıları kimlərdir?”. Bu, şəhərlərdə bitkilər və
digər yaşayan orqanizmlərlə birlikdə məskunlaşdığımızın sübutunun bir
yoludur.
Siyasi inkişafın maraqlı sahəsi olan “oynaq
ictimai məkan” (ingiliscə playful commons) ideyası şəhər yaşıllaşdırılması üçün
məhsuldar ola bilər. Bu, təsirli və təcrübi qarşılıqlı təsirlərə daha açıq olan
idarəetmə yanaşmasına misal ola bilər, hansı ki, cəmiyyət ictimai məkanların istifadəsində,
lisenziyalaşdırılmasında və dizaynında iştirak edir.
Bu yanaşmanı şəhər yaşıllaşdırılmasına tətbiq
etməklə həm insanlar, eləcə də qeyri-insanlar üçün uzun müddətli ekoloji cəhətdən ədalətli və dayanıqlı şəhər
modelləri yaradıla bilər.
Müəllif: İlqar Cəfərov
Mənbə:
Комментариев нет:
Отправить комментарий