Əgər şəhəri 95 sm-dən (3 yaşlı uşağın hündürlü-yündən) görə bilsəydiniz nəyi
dəyişərdiz?
Urban95 bu suala şəhər planlaşdırıcılarına, şəhər dizaynerlərinə və digər urbanistlərə onların işlərinin uşaq inkişafına necə təsir etməsini anlamaqda kömək etməklə cavab verməyə çalışır. Biz, həmçinin, onlara azyaşlı uşaqları olan ailələrin yaşamalarının, oynamalarının, qarşılıqlı əlaqələrinin və şəhərlərarası hərəkət etmələrinin yaxşılaşdırılması üçün səmərəli üsulları müəyyən etməyə də kömək edirik.
Ən gənc şəhər sakinləri üçün həyata yaxşı başlanğıc şəhərin edə biləcəyi ən yaxşı sərmayələrdən biridir.
Arxa plan
Şəhərlərdə milyarddan artıq uşaq yaşayır və urbanizasiya prosesinin
sürətlənməsi bu rəqəmin daha da artacağı deməkdir. Uşaqlar, körpələr və
baxıcılar şəhərin unikal istifadəçiləridir. Onlar vacib xidmətlərin əlçatan
olduğu, böyüklər ilə tez-tez, isti, həssas qarşılıqlı münasibətlərin mümkün
olduğu, oynamaq və kəşf etmək üçün həvəsləndirici fiziki mühitlərin bol olduğu
təhlükəsiz, sağlam ətraf mühitə ehtiyac duyurlar.
Uşaq dostu şəhərlər üçün 3
dərs
1. Baxıcılar üçün dizayn: Uşaqlar və körpələr özləri şəhərdə gəzə bilmirlər. Onlara baxanlar hara
gedəcəklərinə və nə qədər qalacaqlarına qərar verirlər. Bu baxıcıların rahat və
təhlükəsiz hiss etmə ehtiyacları var.
2. Yaxınlıq önəmlidir: İctimai nəqliyyatın yaxşı səviyyədə olması piyada olaraq getdiyiniz yerə
təhlükəsiz, rahat və tez çata bilməyiniz qədər vacibdir. Bu barədə “15
dəqiqəlik məhəllə” (ingiliscə 15-minute neighbourhood) konseptini araşdıraraq
ətraflı öyrənə bilərsiniz.
3. Uşaqları “universal dizayn prinsipləri” kimi düşün: Dizayn perspektivindən baxıldıqda uşaqların, körpələrin və onların baxıcılarının müdafiəsizliyi, asılılıqları, kəşf etməyə və oynamağa olan güclü istəkləri o mənaya gəlir ki, əgər məkan onlar üçün təhlükəsiz, təmiz və kifayət qədər maraqlıdırsa, demək hər kəs üçün belədir.
Bu şəhərlər üçün nə mənaya
gəlir?
Uşaqların
və ailələrin iştirakı çox vaxt şəhərin canlılığının və dinamikliyinin ölçüsüdür.
Dünyanın hər yerindən olan şəhər ailələri, xüsusilə, kasıblıq içində, yaxud,
qeyri-rəsmi yaşayış məntəqələrində yaşayanlar daha əlçatan olan xidmətlərdən,
nəqliyyatdan, balaca uşaqların oynaması və ailələrin toplaşması üçün
təhlükəsiz, təmiz, yaşıl məkanlardan faydalanırlar.
Lakin,
ailə mərkəzli şəhər planlaşdırılması və dizaynı yalnız daha çox oyun
meydançaları tikməkdən ibarət deyil. Ailələr qeyri-mütənasib olaraq, zəif
ictimai nəqliyyat, eləcə də, qida, sağlamlıq və uşaq baxımı “səhraları” ilə qarşılaşırlar.
Düşünülmüş şəhər planlaşdırılması və dizaynı bu kimi problemlərin həllində və uşaqların həyatlarına
yaxşı bir başlanğıc verməkdə mühüm rol oynayırlar. Bunu aşğıdakıları təklif
etməklə təmin edirlər:
·
Piyada,
qarışıq istifadə olunan məhəllələr gənc ailələrin ehtiyaclarını
15 dəqiqə ərzində təmin edirlər;
·
Canlı,
yaşıl ictimai məkanlar evə yaxın olmaqla, balaca uşaqlara təhlükəsiz
kəşf etməyə icazə verdikdə onların baxıcılarına rahatlıqlar təklif edir;
·
Təhlükəsiz
nəqliyyat marşurtları və tranzit sistemləri ailələr üçün azyaşlı
uşaqları ilə səyahət etməyi asan, əlçatan (qiymət cəhətdən) və əyləncəli edir;
·
Sağlam
mühit hava
keyfiyyətinin təhlükəsiz səviyyəsi və aşağı səs çirklənməsi təmin edir;
·
Canlı
icma həyatı ailənin rifahını dəstəkləyir.
Əlavə olaraq, ailə dostu şəhər planlaşdırılması və dizaynı şəhərin iqlim davamlılığını artıra, nəhəng iqtisadi və digər faydalar gətirə, eləcə də, siyasi qüvvələri birləşdirməyə meylli sərmayə platformalarınını təklif edə bilər.
Urban95 diqqət sahələri
1.
Şəhər məkanının, torpaq istifadəsinin,
infrastrukturun və xidmətlərin planlaşdırma, dizayn və tənzimləməsi daxil
olmaqla, ailə dostu şəhər
planlaşdırılması və dizaynı
2.
Hava keyfiyyətinin yaxşılaşdırılması və təbiətə
çıxış daxil olmaqla, uşaqlar üçün sağlam
mühit
Urban95 prinsipləri
Məlumat əsaslı qərar qəbulu:
Biz intuisiyaya yaxud, təkcə, müşahidəyə etibar etməklə, müqayisədə
məlumata əsaslanan qərar qəbuluna inanırıq.
Davranış elmi:
Biz qayğı və digər insan davranışlarının arxasında dayanan elmin müdaxilə
dizaynını çevirə biləcəyini müəyyən etmişik.
İşçi qüvvəsinin inkişafı: Layihənin
ön hissəsində nəzarətçilərin, inzibatçıların
və digər şəxslərin təliminə və rifahına olan diqqət nəticələri
yaxşılaşdıra və uzunmüddətli perspektivdə müsbət dəyişiklikləri təmin edə
bilər.
Urban95 şəhərləri
Bhubaneşvar, Hindistan
Hindistanın
“ağıllı şəhərlər” missiyası 2016-cı ildə dəstək alacaq namizədlərin
sıralamasını elan etdikdə, Orissa ştatının paytaxtı olan Bhubaneşvar şəhəri
siyahıya başçılıq edirdi. Fond şəhər rəhbərliyi və Hindistanın Milli Şəhər
Məsələləri İnstitutu ilə işləyərək, Bhubaneşvarın yalnız ağıllı şəhər deyil,
Hindistanın ilk uşaq dostu ağıllı şəhəri olmasına çalışır. Bhubaneşvar 2016-cı
ildə Fondun Urban95 təşəbbüsünün ilk tərəfdaş şəhərlərindən biri oldu.
Şəhər
Hindistanda olan bir çox şəhərlər kimi sürətlə böyüyür və qənaətbəxş olmayan
infrastruktura malik qeyri-rəsmi, gecəqondu yaşayış məntəqələrində cəmlənmiş
xaotik inkişafa səbəb olur. Azyaşlı uşaqların üzləşdiyi problemlərə açıq
defaksiya (buna yaxınlıqda tualetlərin olmaması səbəb olur); parkların əlçatan
olmaması; səkilərin, küçə işıqlarının və yolu keçmək üçün təhlükəsiz yerlərin
çatışmazlığı; bəzi məhəllələrdə uşaqların ən yaxın məktəbə getmək üçün ictimai
nəqliyyatdan istifadə etmək ehtiyacının olması (bu uşaq dostu deyil) aid edilə
bilər.
Fond
Yeni Dehlidə Milli Şəhər Məsələləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində indi
Bhubaneşvar İnkişaf Təşkilatının bir hissəsi olan Uşaq dostu Ağıllı Şəhər
Mərkəzinin əsasını qoydu və hazırda maliyyələşdirir.
Uşaq
dostu Ağıllı Şəhər Mərkəzi hazırda şəhər planlaşdırıcılarını və bələdiyyə
işçilərini texniki və potensial artırma dəstəyi ilə təmin edir, təlimatlar,
qaydalar və ən yaxşı təcrübələr yaratmaq üçün çalışır. Bu mərkəz şəhər
parklarının uşaq dostu olmaları üçün yenidən qurulması, uşaqların və ailələrin
yaşadıqları ərazilərin və onlar üçün hansı xidmətlərin mövcud olmasının
xəritəyə alınması və məktəblərin yaxınlığında seçilmiş küçələrdə nəqliyyatın
idarə edilməsinin necə yaxşılaşdırılması ilə bağlı layihələr üzərində
işləyir.
Boa Vista, Braziliya
Bizim bələdiyyə rəhbərliyi ilə əməkdaşlığımız 2017-ci ilin sonlarında
başladı. Bu əməkdaşlıq valideyn təlimlərini, erkən uşaqlıq xidmətlərinin
yaxşılaşdırılmasını, eləcə də erkən uşaqlıq xidmətlərinin göstərildiyi məkanların
ətrafındakı bölgələrə yönəlmiş ictimai məkan müdaxilələrini əhatə edir. Bu
müdaxilələrin tərtibatı barədə məlumatlılığın artırılması üçün ailə
mədəniyyəti, hərəkətlilik və ictimai məkanla bağlı imkanlar və problemlər
haqqında diaqnostik təlimlər keçdik.
Biz, həmçinin, hazırda bələdiyyə hökumətinin yaratdığı ağıllı şəhər
platformasına daxil olmaq üçün erkən uşaqlıq göstəricilərinin inkişaf etdirilməsi
üzərində işləyirik.
Boqota, Kolumbiya
Boqota şəhərinin Urban95 məqsədləri aktiv və sağlam yaşamağı
dəstəkləyən ictimai məkanlar yaratmaq və 5 yaşından kiçik uşaqlar, onların
valideynləri, eləcə də, hamilə və
südəmər uşağı olan qadınlar üçün küçə mebelləri dizayn etməkdir.
Pilot layihə olan “Crezco con mi barrio” (Mən məhəllə ilə böyüyürəm) məlumatların təhlili əsasında seçilmiş,
şəhərin cənub hissəsində yerləşən aşağı gəlirli sahədə Sudad Bolivar bölgəsinin
iki məhəlləsindən ibarət ərazidə təşkil edilib. Ərazidə qurulan funikulyor
sahənin yüksək və dib hissələri arasındakı səyahət vaxtını 1 saatdan 15
dəqiqəyə kimi azaldıb.
Şəhər rəhbərliyi sakinləri də istirahət məkanlarının və uşaq baxımı
yerlərinin çatışmazlığı, piyada təhlükəsizliyinin artırılması kimi yerli
problemlərin həllinə cəlb etməyə çalışır. Bu işdə yerli əhalinin ehtiyaclarını
şəhər rəhbərliyindən əvvəl təmsil edən institut olan İcma Fəaliyyət Şuralarının
dəstəyindən istifadə edilir.
Sosial İnteqrasiya Katibliyinin Urban95 direktoru olan Xuan David
Villamarin izah edir ki, “Uşaqlar evin içərisində
oynayırlar, çünki, valideynlər
küçələrin oynamaq üçün təhlükəsiz yer olduqlarını düşünmürlər”.
İstanbul, Türkiyə
İstanbul şəhərindəki Urban95 əməkdaşlığı 4 bölgə bələdiyyələrinin –
Sarıyer, Maltepe, Sultanbeyli və Beyoğlu – imkanlarını genişləndirməyi
hədəfləyir. Bu iş Türkiyənin ən məşhur iki univeristeti olan Boğaziçi və Kadir
Has universitetləri ilə də əməkdaşlıq çərçivəsində həyata keçirilir. Əməkdaşlıq
özündə aşağıdakı elementləri əhatə edir:
·
Azyaşlı uşaqları olan ailələrə valideyn təlimçisi tərəfindən ev
ziyarətlərinin təşkil edilməsi;
·
Azyaşlı uşaqlar və onların baxıcıları üçün ictimai məkanlar və oyun
meydançaları modellərini inkişaf etdirmək;
·
Ən həssas azyaşlı uşaqları müəyyən etmək üçün yeni xəritə dəsti
hazırlamaq.
Həm ev ziyarətləri, həm də ictimai məkanların yaxşılaşdırılması bu
tədbirlərin azyaşlı uşaqlara, onların baxıcılarına və ikisi arasındakı
qarşılıqlı əlaqələrinə olan təsiri, eləcə də uzun müddətli iqtisadi təsiri
anlamaq üçün qiymətləndiriləcəkdir.
Proqram artıq bələdiyyələr, universitetlər, düşüncə mərkəzləri və
şirkətlər kimi müxtəlif sahələrdən olan 15-dən çox əməkdaşı bir araya gətirə
bilib. Proqramın detalları haqqında istanbul95 linkdən keçid edərək ətraflı məlumat ala bilərsiniz.
Təl-Əviv, İsrail
Bələdiyyə hökuməti, Bernard van Lir Fondu, Blomberq Xeyriyyəçiləri və
Təl-Əviv Fondu arasındakı əməkdaşlıq müqaviləsinə əsasən, azyaşlı uşaqlar
Təl-Əviv şəhərinin Yafo bələdiyyəsi üçün kəskin strateji prioritetə çevrilir.
Təl-Əvivin İsrail və dünya şəhərləri arasında qürurlu bir
reputasiyası var və 2017-ci ildə Fondun Urban95 proqramı ilə əməkdaşlıq etməyə
başlayan ilk şəhərlərdən biri olmuşdur. Proqramın müdiri artıq şəhər
rəhbərliyində müxtəlif şöbələrdən olan həmkarları ilə sıx işləyir.
Stateji əməkdaşlıq Təl-Əviv Blomberq İnnovasiya Komandası tərəfindən
şəhərdə həyata keçirilən artan yaşayış qiymətinə dair araşdırmalardan böyüdü,
hansı ki, uşaq baxımının və erkən uşaq xidmətlərinin qiymətlərini əhəmiyyətli
bir narahatlıq kimi təyin etdi. Fond
həll yolları haqqında ideyalar müəyyənləşdirmək məqsədilə bələdiyyə
heyəti, uşaq baxımı işçiləri və valideynlər üçün araşdırma və görüşləri
maliyyələşdirdi. Bu görüşlər şəhərin icra başçısının və icraçı direktorunun
marağına səbəb oldu.
Əməkdaşlıq hazırda uşaqlar və valideynlər üçün prioritet məsələlər ətrafında növbəti tədqiqatlar aparır. Belə tədqiqatlara oyun meydançaları və parklar kimi ictimai məkanlara investisiya qoyuluşu üçün büdcə xərclərinə təsir etmək, uşaq baxımı idarəetməsi, oyun məkanı dizaynı, ailələr üçün velosiped və gəzinti həlləri kimi sahələrdə yenilikləri sınaqdan keçirmək və şəhərin rəqəmsal platformasına inteqrasiya etməklə valideynlər və uşaqlar üçün tətbiqetmə inkişaf etdirmək aiddir.
Tərcümə edən: İlqar Cəfərov
Mənbə: https://bernardvanleer.org/solutions/urban95/
Комментариев нет:
Отправить комментарий