2021-02-08

“Yan ov” nədir?



Balıq ovu zamanı hədəflənməmiş dəniz heyvanlarının təsadüfən tutulması və ölümü “yan ov” (bycatch) olaraq bilinir və dünya miqyasında dəniz biomüxtəlifliyi üçün əsas təhlükələrdən biridir.


Niyə “yan ov” baş verir?

Balıqçılıq sənayesinin çox hissəsi tutmaq üçün xüsusi növləri hədəf alır. Təəssüf ki, digər heyvanları yem və ya ov hədəfi cəlb etdikdə, onlar qarmağa və ya tələyə düşürlər və ya sadəcə tutulmaq və ya balıqçılıq vasitələrinə dolaşmaqdan qaça bilmirlər. “Yan ov”un ən geniş yayılmış nümunələrindən biri 1970-ci illərdə Sakit okeanda minlərlə delfinin ton balığı ovu üçün kisəli torlarda hələk olması olmuşdur.

Baxmayaraq ki, o vaxtdan problemin həlli yolları üçün tədbirlər həyata keçirilib, “yan ov” hələ də, zərif mərcanlardan nəhəng balinalara qədər heç bir canlı qrupuna rəhm etməyən, bütün balıqçılıq növləri və dənizlər üçün geniş yayılmış problemdir.


“Yan ov” nə dərəcədə ciddidir?

Bəziləri iddia edirlər ki, “yan ov” dünyanın ovlanan vəhşi dəniz məhsullarə ilə təminatı üçün qəbul edilən nəticəsidir. Lakin, çox vaxt  ölüm göstəricisi o qədər yüksəkdir ki, bu növlərin və onları əhatə edən  ətraf mühitin sağqalması üçün təhlükə yaradır. Hər il ən az 7,3 milyon ton dəniz canlıları təsadüfən tutulur. Bəzi balıqçılıq sahələrində “yan ov”un faizi hədəf ovdan daha çox olur. Məsələn, Meksika körfəzindəki travların arxasında uzanmış torlar ilə tutulan hər krevetin çəkisindən dörd dəfə çoxunu “yan ov” təşkil edir. “Yan ov”un dağıdıcı təsirini göstərən bir çox nümunələr var. 2007-ci ildə dünya yalnız Çinin Yantsızı çayında tapılan şirin su baiji delfinlərinin(və dəniz donuzunun) onilliqlər boyunca dəvam edən təsadüfü qarmağa düşməsi nəticəsində (digər ölüm səbəbləri arasında) tükəndiyini və artıq nəsli kəsilmiş sayıldığını öyrəndi. Meksikanın Kaliforniya Körfəzində, vaquita kimi tanınan başqa bir dəniz donuzunun sayı bir neçə yüz heyvana qədər azaldılıb və hər il çoxlarını torlara dolaşdırmağa və öldürməyə dəvam edir. Şimal-qərb Atlantikada Kanada və ABŞ hazırda, sayı 400-dən çox fərdə yaxın olan Şimali Atlantika sağ balinasının (the North Atlantic right whale) balıqçılıq xətlərində ölümcül dolaşmağı nəticəsində ölməməsinin təmin edilməsi üçün işləyirlər. Bunlar nadir nümunələr deyil, dünyadakı sistemik bir problemin bir hissəsidir. Yan ov həm də balıqçılara ciddi ziyan vurur. Bu ov vasitələrinin zədələnməsi, ovun azalması, balıqçılığın məhdudlaşdırılması kimi nəticələrə gətirir, hansılar ki, onların ekonomik olaraq sağ qalması üçün təhlükə yaradır.



Bununla bağlı nə etmək olar?

Yaxşı xəbər budur ki, təsadüfü ovun növlər üçün yaratdığı təhlükənin həlli yolu mövcuddur. Bir yanaşma yolu, balıq ovunu azaltmaq və ya onu balıqçılıq sahələri ilə hədəf olmayan heyvanlar arasındakı ziddiyyətli nöqtələrdən uzaqlaşdırmaqdır. Balıqçılıq sənayesini aktiv saxlayan, lakin, ovu artıq hədəf olmayan növlərin həyatda qalması üçün təhlükə yaratmadığı səviyyələrə endirən balıqçılıq texnologiyaları və metodları da mövcuddur. Hədəf balıqçılıq sənayesi ilə əməkdaşlıqda ən praktik həll yollarını müəyyən etməkdir.

 

nbə:

1. https://www.bycatch.org/about-bycatch

2. https://en.wikipedia.org/wiki/Baiji


Tərcümə edən: Zəhra Əliyeva


Комментариев нет:

Отправить комментарий