1. Biosentrizm - bu yanaşmanın başlıca şüarı təbiətə qayıdışıdır. Yəni, insan bioloji bir növ olaraq öz gələcəyini təmin etmək üçün təbiətlə harmoniyada yaşamalı, aradakı ziddiyyəti (cəmiyyət-təbiət ziddiyyəti nöqteyi nəzərindən) sıfıra endirmək mümkün olmasa belə, onu minumuma endirməlidir. Nəzərə alsaq ki, digər bioloji növlərin təbiətə təsiri lokal xarakterlidir və sadəcə insan təbiətdə qlobal dəyişikliyin yaranmasına səbəb olur, bu yanaşma gələcəyimizi şəkilləndirə bilər. Biosentrizm son dərəcədə qulağa xoş gəlsə də, digər tərəfdən bu hal-hazırda utopyadır. Yəni, bəşəriyyətin ağlındakı "yüksək mədəniyyət" anlayışına ziddir!
2.
Antropomorfizm -
yanaşmalar içərisindəki biosentrizmə demək olar ki, əks olan və nəticə etibarı
ilə,
sivilizasiyanın
gələcəyini məhv edəcək yanaşmadır. Burdakı əsas ideya: "təbiət insanın
ehtiyaclarını qarşılamağa borclu resurs mənbələrindən ibarətdir" fikridir.
Nəzərə alsaq ki,
bizim tələbatlarımız (ehtiyaclarımız) sonsuzdur, yəni, bu təlabatların sərhəddi
yoxdur və təbiətdə olan əksər maddi nemətlər tükənəndir, bu isə o deməkdir ki,
bir yerdən sonra,
təbiət bizim təlabatlarımızı ödəyə bilməyəcəyi üçün məhv olacaqdır. Bu isə, insan cəmiyyətinin məhvi
deməkdir. Bu yanaşma da bizim gələcəyimizin təminatını vermir.
3.
Davamlı (dayanıqlı)
inkişaf -
insan və təbiət (biosfer) arasındakı münasibətlərin harmoniyasına və təbiət
qanunları ilə əlaqəli şəkildə insanın inkişafının təmin edilməsində özünü göstərir.
Davamlı
inkişaf anlayışının mərkəzində 2 başlıca fikir durur.
a)
Birincisi,
insan təlabatıdır, yəni, bizim üçün həyati əhəmiyyətə malik olan
təlabatların müəyyən olunması və bu təlabatların məqbul hesab edilməsi.
b)
İkincisi,
ətraf mühütin təbii imkanlarından asılı olaraq, təlabatların məhdudlaşdırılması
(qeyri-zəruri təlabatların).
Qeyd
edək ki, davamlı inkişaf özünü 3 səpkidə göstərir: ekoloji, iqtisadi, sosial və
biz tam mənasında davamlı inkişaf konsepsiyası dedikdə bu üç tərəfin birgə
harmoniyasını başa düşməliyik.
Yanaşmalara
münasibəti təbii ki, cəmiyyət müəyyən edir, gələcəkdə bu yanaşmaların sayının dəyişəcəyi
istisna edilmir. Cəmiyyətin öz gələcəyini təmin etmək üçün hansı istiqamətdə
addımlar atması həmin dövrün sosial, iqtisadi, mədəni səviyyəsindən asılı olacaqdır.
Hal-hazırda yaşadığımız dövr "davamlı inkişaf" yanaşması ilə şəkillənir.
Ekoloji təhsil və maariflənmə.
Ekoloji
mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil
olmalıdır.
Ekoloji
təhsilin məqsədi,
təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır. Ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin,
hər planet sakinində ekoloji məsuliyyətin formalaşmasına yönəlmiş fasiləsiz təhsil,
tərbiyə və inkişaf prosesi, planetimizin hər sakininin ekoloji məsuliyyəti başa
düşülür.
Ekoloji
məsuliyyət özünənəzarət, öz hərəkətlərinin ətraf mühitə təsirinin yaxın və uzaq
nəticələrini görmək qabiliyyəti, özünə və başqalarına tənqidi yanaşmaq və s. ilə
bağlıdır. Təbiətə münasibətlə əlaqədar əxlaqi tələblərə riayət edilməsi mümkün
cəzaya görə qorxu və ətraf mühit tərəfindən məzəmmət deyil, möhkəm etiqadın
inkişafını göstərir.
Öz
fəaliyyətlərilə təbii mühitə və insanların sağlamlığına zərərli təsir göstərənlər
zəruri ekoloji hazırlıqdan keçməlidirlər, belə ki, bunu onları vəzifəyə təyin
edən zaman, həmçinin,
attestasiya zamanı nəzərə almaq lazımdır. Belə hazırlığa malik olmayan şəxslər
işə buraxılmamalıdır. Əgər,
nəzərə alınsa ki, insanın istənilən bütün fəaliyyəti qeyri-səmərəli olduqda
onun təşkili ətraf mühit üçün təhlükəli ola bilər, onda aydın olur ki, praktiki
olaraq hər bir işçi dövlət hakimiyyətində və idarədə müvafiq ümumi və
professional ekoloji hazırlığa ehtiyac duyur.
Bununla
əlaqədar olaraq, pedoqoji işçilərin beynəlxalq ekoloji təhsili ümumtəhsil sistemində
aparıcı istiqamət kimi tanıyır, dövlət və hökumətlərə qlobal ekoloji böhran şəraitində
təhsil sahəsində uyğun siyasət hazırlamağı məsləhət görürlər.
Ekoloji
təhsilin iki əsas istiqaməti ayrılır: ətraf mühitin və insanın mühafizəsinin
ümumi ideyaları ruhunda tərbiyə, təbii və antropogen ekosistemlərin varlığının
ümumi qanunauyğunluqları haqqında xüsusi peşəkar biliklərin əldə edilməsi. Hər
iki istiqamət qarşılıqlı əlaqədədir, çünki, onların arasında
ekoloji qanunauyğunluqların dərk edilməsi, yanaşması prinsipləri durur.
Təhsil
sisteminin ekologiyalaşdırılması – ekoloji ideyaların, anlayış, prinsip,
yanaşmaların başqa təlimlərə nüfuz etməsini, həmçinin, ekoloji cəhətdən
bilikli müxtəlif sahə mütəxəssislərinin hazırlanmasını nəzərdə tutur.
Təhsil
sistemi elmi tədqiqatlardan həmişə geri qalır. Çox vaxt həlli operativlik tələb
edən ekoloji problemlərin xüsusiyyətini nəzərə alsaq, bu cür gerilik minimuma
endirilməlidir. Ekoloji təhsil sisteminin bağlayıcı, onun əsas inkişaf amillərindən
biri olmalıdır.
Müəllif: Aqil Əhmədli
Комментариев нет:
Отправить комментарий