Torpaq – uğrunda ölən varsa, Vətəndir... Bu ifadəni doğulduğumuzdan bəri hər yerdə və hər kəsdən eşidirik. Axı “Topraq” nədir ki, onu bütün şairlər, yazıçılar vəsf eləyir, bəstəkarlar onun haqqında möhtəşəm musiqilər bəstələyirlər. Onu insanlar üçün müqəddəsləşdirən şey nədir?
Elm adamları torpağın tərkibini, əmələgəlmə prosesini və s. öyrənmişlər. Buna baxmayaraq, dünyanın istənilən yerində insanların torpağa olan münasibəti aşiqin məşuqa, rahibin tanrıya, Şeytanın pisliyə olan sevgisi kimidir. Hər bir xalqın torpaqla bağlı inancı, adət-ənənələri, mifologiyası vardır.
İlk öncə, torpaq
haqda fikirlərimi bölüşüm. Torpaq heç də Dokuçayev və digər alimlərin verdiyi tərif
qədər bəsit deyildir. O bir enerji “anbarı”dır. Yer kürəsində həyatın
başlanğıcı və sonu buradır. Bəli, başlanğıcı. Bildiyimiz kimi həyat sudan
başlayıb. Amma, burada diqqətdən qaçan bir şey
vardır. Həyatın, təbiətin ilk canlıları məkan olaraq suda yaranıb, lakin,
həmin canlılar suyun səthinə yaxın olan və Günəş şüalarının düşə bildiyi
torpaqda yaranıb.
Canlılar ölür, onlar torpağa qarışır, enerjiləri
“anbara” yığılır. Və yenidən enerji bir formadan başqa formaya çevrilərək yeni
canlı əmələ gəlir. Bu çox möhtəşəm prosesdir. Buna görə də,
torpaq həmişə elmin əsas öyrəndiyi obyektdir. Bu proses qarşısında həmçinin,
insanların hər mexanizmə bir inanc və ya miflə yanaşmaları da bir ayrı möhtəşəmlikdir.
Belə ki, qədim dövrlərdən bəri insanlar təbiətin ən böyük neməti olan torpaqla
birbaşa əlaqədə olmuşlar. Onlar bitkilərin əmələ gəlməsini, onların məhv
olmasını, yeraltında yaşayan canlıları araşdırdıqca müxtəlif görüşləri yaranmışdır.
Torpaqla bağlı olan təbii hadisələrə tanrılar uydurulmuş və onlara qurbanlar
verilmişdir. Məsələn: Mesopotamiya
mifologiyasında tanrılar tərəfindən yaradılan ilk insan Adapa olub.
"Adapa" akkad dilində adam, kişi deməkdir. Monoteist üç dindəki Adəm,
yəni, adam bu
mifologiyanın törəməsidir. Günah, meyvə, cənnətdən qovulma - hamısı hələ monoteist dinlərdən
neçə əsr əvvəl var imiş. İnsanın torpaqdan, palçıqdan yaranması da, çox güman ki, yerin, torpağın müqəddəs
və bərəkətli, məhsuldar olması ilə bağlı idi. Həm də insan torpağa bağlı olması
əfsanənin diniləşmiş forması idi.
YING YANG |
Torpağın
yaradıcı funksiyası insanları özünə çəkmişdir. Buna görə də,
insanlar artıq əvvəlki kimi yığıcılıqla yox əkinçiliklə məşğul olmağa
başladılar. Onlar ən münbit yerlər olan çay sahili, meşə və meşəətrafı ərazilərdə
özlərinə lazım olan istənilən bitkini əkirdilər. Beləliklə,
insanlar torpaqla əlaqəsi sıxlaşdıqca ona bağlanırdılar. Daha geniş yerlər fəth
etmək və daha münbit torpaqların kəşf olunması üçün demək olar dünyanın hər
yerinə yayıldılar. Vavilovun 7 mədəni əkinçilik mərkəzi adlandırdığı ərazilər
içərisində ən qədimi Şərqi Afrika, Cənub Qərbi Asiya - əsasən də,
Misir və Mesopotomiya, Şərqi Çin və Cənubi Asiya və ya Hindistan əraziləridir.
Həmin ərazilərdə məskunlaşan insanlar
artıq torpaqla bağlı biliklər əldə etmiş və o biliklər əsasında torpaqla
necə istifadə etmək qaydaları formalaşdırmışlar. Bunların içərisində əsas yeri
Babil padşahı Hammurapinin 262 maddəsindən ibarət qanunları tutur. Belə
ki, bu qanunların bəzi maddələri bir başa
torpaqla bağlı olmuş və ona əməl etməyən şəxslərə ağır cəzaların verilməsi nəzərdə
tutulmuşdur. Torpaqları korlayan istənilən şəxsə hətta ölüm cəzası verilə bilərdi.Hamurapi
Belə
qanunlar zaman-zaman çoxalsa da,
insanların sayı get-gedə artması torpaqla bağlı bəzi məsələlərdə dəyişikliyə səbəb
oldu. Artıq münbit torpaqları əldən vermək istəməyən tayfalar bir-biri
ilə savaşırdılar. Qədimdən bəri davam edən torpaq uğrunda müharibələr insanlar
üçün müqəddəs savaşa döndü. Artıq, uğrunda
savaşdıqları, öldükləri bu ANA TORPAQ onlara VƏTƏN oldu. Qədimdən bəri davam edən
bu müharibələrdə milyonlarla insan öldü, neçə xalqlar məhv oldular, neçə-neçə
dövlətlər, imperiyalar dağıldı. Müharibələrdən qalib olan xalqlar geniş torpaqlara
malik oldular.
İstər
Azərbaycanın tarixindən, istərsə də
dünya tarixindən bildiyimiz kimi, hər bir güclü dövlətin ən qüdrətli
hökmdarları torpaqla bağlı qanunnamələr qəbul edir və torpaq islahatları həyata
keçirirdilər. Bu da, torpaqların düzgün və səmərəli
istifadə olunması üçün idi. Amma, buna
baxmayaraq, orta dövrdə torpaqların kütləvi korlanması baş verirdi. Belə ki,
torpaq uğrunda (müharibələrin baş vermə səbəblərinin 70%-i dini münaqişələrdir)
dövlətlər arasındakı müharibələr, torpaqların tapdalanması, meşələrin kəskin
qırılması, top və digər güclü silahların istifadəsi və s.lər əsas səbəblərdir.
Qədimdən
bəri, Şərqlə-Qərb
istənilən sahədə bir birindən fərqlənirlər. Xırda ərazilərdən ibarət olan
Avropa dövlətləri bir-birilə
müharibə etsələr də, onların əhalisi rəqabət sayəsində texnoloji, elmi və digər
sahələr üzrə inkişaf edirdilər. Şərq dövlətləri isə,
nisbətən geniş torpaqlara malik olsalar da, elə necə deyərlər “öz yerlərində
sayırdılar”. Bu səbəbdən, hazırki
dövrdə də, müşahidə etdiyimiz iqtisadi,
elmi, mənəvi gerilik də Şərq dövlətlərini Qərbdən asılı salmağa imkan verir.
Beləliklə,
mən fikirlərimi xülasə şəklində desəm, ağıllı insanlar heç vaxt torpaq uğrunda
ölmürlər, onlar Vətən uğrunda yaşayırlar. Onlar uğrunda yaşadıqları Vətən üçün
tər tökürlər, inkişafa çalışırlar, gələcək nəsilə bədbəxtlik yox xoşbəxtlik bəxş
edirlər. Torpaq uğrunda ölən Şərq insanları kimi elə ancaq “yerimizdə
sayacağıq”. Qərb insanları kimi qanunlara riayət etməli, insanlığın tələb
etdiyi qaydalara əməl etməliyik, Şərq ölkələri kimi dini rituallar, adət-ənənələrə
əməl etsək, onda ölkəmiz quru çöllərə dönər. Torpaq uğrunda ölərək Vətənə olan
borcumuzu ödəyə bilmərik, onu yaşadacaq işləri görmək üçün yaşamalıyıq. Ölməklə,
biz ancaq enerjimizi torpağa veririk. Elə buna görə də,
haqlı olaraq deyirlər ki, qəbirstanlıq ən münbit torpaqlara malik yeganə
yerdir. Bizim əsas məqsədimiz torpaqlardan səmərəli, düzgün istifadə etmək üçün
gərəkli olan hər cür texnoloji yeniliklər yaratmaq və insanları həm torpaqdan
necə istifadə etməklə bağlı maarifləndirmə işləri görməyimiz olmalıdır.
Uşaqlarımızı torpağa sevgi ilə, böyük hörmət ilə böyütməliyik. Düzünü desək,
hazırki dövrdə,
Vətənə sevgi heç də onun uğrunda ölməklə göstərilməməlidir. Onun dövrü orta əsrlərdə
qaldı. Biz ilk növbədə təhsilimizi inkişaf etdirməliyik, daha sonra
elmi-texnoloji yeniliklər gətirə biləcək mütəxəssislər yetişdirməliyik. Təhsil
inkişaf etdikcə, insanların həm həyat səviyyəsi
artacaq, həm də mənəvi yüksəklik onları torpaq üçün daha məsuliyyətli olmağa cəlb
edəcək.
Belə
maraqlı vəziyyət vardır ki, görmüsünüz: uşaqlar yerdə torpaqla oynayanda anaları
onları döyür. Amma, torpaqla oynayan elə
böyüklərin özləridir. Amma burda hər cürə oyun var. Uşaqlarınkı daha safca,
daha maraqlı olur. Amma, böyüklərin
torpaqla oynaması hər cür vəziyyətlə nəticələnir.
Özümüz
düşünək!!!
Müəllif:
Mehrac Maqsudlu
Комментариев нет:
Отправить комментарий