2021-12-13

Şəhərdə ağaclara qulluq


Berlin Avropanın ən yaşıl şəhərlərindən biridir. Təxminən, üçdə birini parklar və yaşıllıqlar əhatə edir və küçələr boyu 430,000-dən çox küçə ağacları sıralanır. Ən geniş yayılanı cökə ağaclarıdır, onların ürək şəkilli  yarpaqları şəhərin hər yerindən görünür. Onlar hətta, adını böyük mərkəzi bulvara (Unter den Linden) veriblər.

Berlinin minlərlə küçə ağaclarının bir neçəsinin 70-dən çox yaşı olmasına baxmayaraq, küçə cökələri Los Ancelesin palmaları yaxud Tokyonun sakuraları qədər şəhər mənzərəsinə malikdir. 1940-cı illər ərzində küçə ağaclarının 60 faizi İkinci Dünya Müharibəsi zamanı olan hücumlarla məhv edildi. Müttəfiqlərin bombardmanından xilas olan ağaclar sonrakı dondurucu qışda odun üçün kəsildi.

Müharibədən sonra xarabalıqların yerin meşələrin salınması bərpa və həyat fəaliyyəti aktına çevrildi.  İlk cökə ağacı 1949-cu ildə bələdiyyə sədri Ernest Reuter tərəfindən Qərbi Berlinin Sovet blokadası zamanı Tiergarten parkında əkilib. Yaşıllaşdırma cəhdinin mənəviyyat üçün o qədər vacib olduğu qərarına gəlindi ki, əsas qida və yanacaq ehtiyatları ilə birlikdə şəhərə ABŞ hava qüvvələri tərəfindən 200,000-dən çox ting gətirildi.

İndi Berlində bərpa olunmuş ağacların sayı yenidən risk altındadır. Bu dəfə isə, xroniki (uzunsürən) quraqlıq səbəbindən. Onları xilas etmək üçün yeni online tətbiq proqramı işə salınıb.

Gieß den Kiez (Məhəlləni sulayın) cəlbedici platformadır. Bu platforma istifadəçiləri yerli ağaclara diqqət yetirməyə və ehtiyac olduqda onlara bir vedrə su tökməyə yaxud şlanq ilə sulamağa dəvət edir. Xəritədə növ, yaş, su ehtiyacı və yağıntı miqdarı barədə yenilənmiş informasiya ilə birlikdə 600,000 fərdi ağac barədə məlumat verilir. (həm küçə, həm də park ağacları olmaqla)

Prototip Berlin Senatı və Berlin Texnologiya Fondu (Technologiestiftung Berlin) tərəfindən maliyyələşdirilən tədqiqat və inkişaf mərkəzi olan CityLAB Berlin-də hazırlanıb. Julia Zimmerman da komandanın üzvüdür və deyir ki, biz insanlara real həyat problemləri üçün hansı rəqəmsal həllərin mövcud olmasını göstərmək istəyirik. Bir çox istifadəçilər üçün xəritə onların öz küçələri üçün tamamilə yeni perspektivlər verir. “Bu, mənim saytda etdiyim ilk iş oldu Julia əlavə edir qapımın ağzında böyüyən ağacları yoxlamaq.

Lakin, bu sadəcə yenilik deyil. Nəsillər boyu ilk dəfədir ki, Berlində ağacların sayı azalır. Əsas səbəb ekstremal hava şəraitidir. İlk dəfə 2017-ci ildə Xavier siklonu şəhərdə olan minlərlə ağacı kökündən çıxartdı, yaxud onlara zərər verdi. Daha sonra xroniki quraqlıqlar gəldi. Həm 2018, həm də 2019-cu illərin yay və yaz aylarında  yüksək temperatur və minimum yağıntı miqdarı qeydə alındı.

Ətraf mühit qrupundan BUND-Berlin-in üzvü olan Christian Hönig izah edir ki, bu hal çox təcilidir. Çox quraq keçən son illər ərzində (2018-ci ildən bəri) illik kəsilən küçə ağaclarının sayı təxminən 20 % artıb. Küçə ağacları şəhərə çoxlu sayda faydalar gətirir. Onlar temperaturu tənzimləyir, havadan gələn tullantıları təmizləyir və yaşadığımız yeri formalaşdırır. Onlar həm də yaşadığımız məkanı formalaşdırır” – Kristian deyir – “memarlıq kimi...

Şəhər ağaclarına qulluq etmək, heç də ucuz başa gəlmir. Berlin Senatına əsasən,  bir ağacı əkmək və ilk iki il ərzində saxlamaq 2000 avroya başa gəlir. Əgər temperatur yüksək olarsa, cavan ağaclar gündə 50 litr su tələb edir.

Lakin, temperatur yüksəldikcə, həm cavan, həm də yaşlı ağacların əldə edəbiləcəkləri hər cür köməyə ehtiyacları yaranır.  Bu məqamda Gieß den Kiez ortaya çıxır. Qonşuların məhəllələr sulama işlərini öz öhtəliyinə götürməsi, şəhər ağaclarına qulluq baxımından əsaslı dəyişikliklərə səbəb olacaq.


Berlində olan hər bir ağac xəritələnib. Bununla daistifadəçilər hər ağacın nə qədər sulanıb və nə qədər suya ehtiyacı olduğunu görür (Gieß den Kiez”-dən ekran görüntüsü).


 Prototip 2020-ci ilin may ayında istifadəyə verildi və ilk 6 həftədə 1,000 unikal istifadəçi qeydiyyatdan keçdi və 7,000-dən artıq individual ağac sulandı. Julia gülərək deyir ki, “İlk həftələr tamamilə çılğın idi, koronavirusa baxmayaraq, insanlar həm özlərinə, həm də ətraf-mühitə, təbiətə mən düşündüyümdən də çox zaman ayırdılar. İstifadəçilərin sayı hələ də, gündən-günə olaraq artır və icma qrupları sulama fəaliyyətlərini yerli hakimiyyət orqanları ilə əlaqələndirmək üçün  platformadan istifadə edirlər.

Amerikada da bir sıra şəhərlərdə buna yaxın olan platformalar mövcuddur və şəhərlərdə yaşıllığın qayğısına qalmaq uğrunda aparılan mübarizədə daha çox könüllü toplaya bilir. Bu cür layihələr sayəsində hökumət və yerli camaat əməkdaşlıq edib şəhərin yaşıllığının qeydinə qalırlar və bunu ancaq mövsümi quraqlıq zamanı yox, mütəmadi olaraq edirlər.

 

Mənbə: nextcity.org

rcümə edən: Gülümsərov Anonim

Комментариев нет:

Отправить комментарий