
Ümumdünya ətraf mühitin müdafiəsi günü
XX əsrin ortalarına kimi ətraf mühitin
müdafiəsi məsələsi prioritet deyildi, halbuki, bu dövrə qədər
antropogen fəaliyyət artıq təbiətə ən mənfi təsirini göstərirdi. Yalnız BMT Baş
Assambleyasının 27-ci sessiyasında bu məsələ ilk dəfə ciddi şəkildə qaldırıldı.
Elə onda BMT sistemində yeni bir təşkilat - BMT-nin ətraf mühit
haqqında proqramı (UNEP) yaradıldı. Elə həmin ildə, ətraf mühit üzrə Stokholm Konfransının fəaliyyətə
başladığı gün xüsusi bir bayram - Ümumdünya ətraf mühit günü təsis edildi.
O hər il 5 iyulda qeyd olunur və UNEP tərəfindən maliyyələşdirilir.
Bu bayramın məqsədi Yer planetinin hər
bir sakininə planetin bizim ümumi evimiz olduğunu və onun vəziyyətinin hər
birimizin hərəkətlərindən asılı olduğunu xatırlatmaqdır. Bu gün bütün dünya üzrə
marafon, velosiped gəzintilərindən və konsertlərdən ictimai iş günlərinə qədər
ekoloji aksiyalar keçirilir.
Hər bayram müəyyən bir mövzuya həsr
olunur və öz şüarı altında keçirilir. Ən birinci Ümumdünya Ətraf Mühit Günü
"Yalnız bir Yer" şüarı altında keçirilib. Son illər mövzular daha da
daralıb və hər il bayram ətraf mühitin qorunmasının müəyyən bir aspektinə həsr
olunur, məsələn qlobal istiləşmənin nəticəsi olaraq dəniz səviyyəsinin
qalxması, vəhşi heyvanların qeyri-qanuni ovlanması, meşələrin qorunması, yaşıl
iqtisadiyyat və s.
Lakin ətraf mühitin kövrəkliyini
xatırlamaq ildə bir dəfə yox, hər gün lazımdır. Bayram yalnız problemə diqqət çəkir
amma onu sistemli şəkildə həll etmək lazımdır. Elə buna görə
dünyanın hər yerində planetin təbii sərvətlərinin müdafiəsi və qorunması üçün
aktiv işlər görülür.
Məqsəd və vasitələr
Bugünkü gün də ətraf mühitin müdafiəçiləri
qarşısında heç də az problem durmur. Antropogen fəaliyyət müxtəlifdir və eləcə
də,
onun bizim yaşayış yerimizə təsiri müxtəlifdir.
Ekoloqların bu gün diqqətini
cəmlədikləri əsas məqsədlər
bunlardır:
· su və torpağı zəhərləyən toksik tullantıların buraxımasının məhdudlaşdırılması
· unikal təbii kompleks və ekosistemlərin müdafiəsi üçün qoruqların yaradılması
· yox olmaq üzrə olan növlərin qorunması üçün ovçuluq və balıqçılığın məhdudlaşdırılması, təbiətə minimal zərər verən yeni balıq ovu üsullarının tətbiqi
· zibilin atılmasını məhdudlaşdırmaq və təkrar emal yollarını tapmaq
· su və torpağı zəhərləyən toksik tullantıların buraxımasının məhdudlaşdırılması
· unikal təbii kompleks və ekosistemlərin müdafiəsi üçün qoruqların yaradılması
· yox olmaq üzrə olan növlərin qorunması üçün ovçuluq və balıqçılığın məhdudlaşdırılması, təbiətə minimal zərər verən yeni balıq ovu üsullarının tətbiqi
· zibilin atılmasını məhdudlaşdırmaq və təkrar emal yollarını tapmaq
Yalnız yerli səviyyədə fəaliyyət göstərərək
bu hədəflərə çatmaq çox çətindir. Burada beynəlxalq əməkdaşlığa ehtiyac vardır,
çünki ekologiya heç bir sərhəd tanımır.
Təbiətin müdafiəsi üçün bir çox beynəlxalq
müqavilələr hazırlanmışdır. Yəqin ki, ən məşhuru bütün dünyada iqlimə təsir
edən istixana effektinin yaranmasının qarşısını almaq üçün inkişaf etmiş ölkələri
karbon qazı tullantılarının miqdarına ciddi şəkildə nəzarət etməyə məcbur edən
Kyoto Protokoludur. Bundan əlavə, dənizlərin qorunmasına yönəlmiş Birləşmiş
Millətlər Təşkilatının Dəniz Qanunu haqqında Konvensiyası, atmosferin ozon
qatını çökdürən maddələrin istehsalını və istifadəsini məhdudlaşdıran Monreal
Protokolu, eləcə də canlı təbiət resurslarını qorumaq və rasional istifadə etməyi
hədəfləyən Bioloji müxtəliflik haqqında Konvensiya və daha onlarla əhəmiyyətli
sənəd qəbul edildi.
Rusiya
20-dən çox belə sənəd imzalayıb. Ölkənin ərazisi böyükdür və üzərimizə düşən məsuliyyət
ölkənin miqyasına uyğundur.
Rusiyada
ekoloji qanunvericiliyin inkişafı ilə Rusiya Federasiyası Dövlət Dumasının tərkibinə
daxil olan Ekologiya Komitəsi və Təbiət İdarəetmə və Xammal Komitəsi və Ətraf
mühitin idarə edilməsi və ətraf mühitin qorunması şöbəsi məşğul olur. Bu sahədə
əsas icraedici orqanlar Rusiya Federasiyasının Təbii Sərvətlər Nazirliyi və
Goskomekologiyadır. Koordinasiya fəaliyyətləri Ətraf Mühitin İdarə Edilməsi və
Ətraf Mühitin Mühafizəsi üzrə Hökumət Komissiyasına aiddir.
Ancaq
bütün bu orqanlar tək fəaliyyət göstərmir. Ətraf mühit üzrə qeyri hökumət təşkilatları da onlarla əməkdaşlıq
edir.
Təbiətin müdafiəsi təşkilatları

Greenpeace

UNEP

Dünya Heyvanları Müdafiə Cəmiyyəti
(World Animal Protection)

Əlbəttə ki, bu cür təşkilatlar ancaq bu misallarla kifayətlənmir
- planetin hər yerində əsas məqsədi ətraf mühitin qorunması olan yüzlərlə fond
və birlik fəaliyyət göstərir.
Tərcümə edən: Zəhra Əliyeva
Mənbə: kp.ru
Комментариев нет:
Отправить комментарий