2020-07-04

İçməli su ehtiyatlarının tükənməsi


Planetin su ehtiyatları yenilənir və nədənsə bəşəriyyət bu mənbənin tükənməz olduğuna inanır. Lakin bu belə deyil. Bu ehtiyatların tükənməsinin səbəbi su ehtiyatlarının azalmasıdır və Yer kürəsindəki bəzi yerlərdə bu çox kəskindir. İçməli və texniki məqsədlər üçün istifadə edilən su bəzi ölkələrdə və ya onların bölgələrində getdikcə əlçatmaz hala gəlir.

Bunun səbəbkarı isə əksər hallarda insan və onun fəaliyyətidir.
Səbəbləri
Su ehtiyatlarının tükənməsinin baş verməsi bir sıra amillərə bağlıdır:
·        su mənbələri (yeraltı və yerüstü) qeyri-bərabər paylanır, bu da sıx məskunlaşan yerlərdə suyun daha intensiv istifadəsinə səbəb olur;
·        nəqliyyat və istifadə zamanı (sənaye və ya fərdi) bir çox su itirilir;
·        su istehlakı dünya əhalisinin artması ilə birlikdə artır;
·        suyun keyfiyyətinin azalması və çirklənməsi, su mənbələrinin tıxanması.
Şərti olaraq su ehtiyatlarının tükənməsinin səbəblərini təbii və antropogen olmaqla 2 yerə ayırmaq olar.
Birincisi, ehtiyatlara və suyun keyfiyyətinə qlobal təsir göstərmir, çünki bunlar epizodikdir, yerli xarakter daşıyır. Bunlara vulkan püskürmələri, zəlzələlər, daşqınlar və digər təbii fəlakətlər daxildir.
Antropogen amillər isə daha ətraflı nəzərdən keçirilməlidir. Bunlara daxildir:
v səthdən və yerin dərinliklərindən su alma;
v müxtəlif məqsədlər üçün yeraltı mədən prosesində suyun geri çəkilməsi;
v yaşayış binalarının və enerji obyektlərinin (Atom Elektrik Stansiyaları AES və İstilik Elektrik Stansiyaları İES) tikintisi;
v neft emalı, maşınqayırma, metallurgiya, kağız, qida və s. sənaye müəssisələrinin fəaliyyəti
Sonuncu təkcə su ehtiyatlarının tükənməsi ilə əlaqəli deyil, həm də okean sularını güclü şəkildə çirkləndirir.
Dünya okeanının çirklənməsi
Hər il dünyada dənizlərin çirklənmə dərəcəsi artır. Onun əsas mənbələri bunlardır:
Ø dəniz və çay sahillərində yerləşən müəssisələrin çirkab suları;
Ø neft emalı məhsulları;
Ø radioaktiv maddələr.
Gündəlik istifadə olunan və sənaye çirkab suları bəzən hətta təmizlənməmiş formada su obyektlərinə axıdılır. Bu müntəzəm olaraq və hər yerdə baş verir.
Ən təhlükəlisi, neftin daşınması və saxlanması üçün nəzərdə tutulan saxlanc vasitələri yuyulan zaman suya daxil olan neftlə çirklənmədir. Ayrıca, neft quyularında, tankerlərdə, neft boru kəmərlərində qəza vəziyyətində neft sızması, təsir almış ərazidəki bütün dəniz canlılarına ölümcül təsir göstərir.
Radioaktiv çirklənmə nüvə sınaqları və ya sualtı qayıq və gəmilərdə baş vermiş qəzalar nəticəsində baş verə bilər ki, bu da nüvə reaktorlarının istismarı səbəbi ilə baş verir. Təəssüf ki, dənizlərin və okeanların çirklənməsi bu üsulla da qida zənciri boyunca canlı orqanizmlərin toxumalarında radioaktiv maddələrin toplanması ilə xarakterizə olunur.
Su ehtiyatlarının tükənməsinin gətirdiyi fəsadlar
Səth və yeraltı sular əsasən insan fəaliyyəti nəticəsində səbəbindən tükənir, bu da izaholunmaz dərəcədə çox götürərək mənfi nəticələnəcək qədər normadan artıq istismar səbəbindən olur.
Aktiv su yığımı qrunt sularının uzaqlaşdığı yerlərində onların yerüstü sularla qurulmuş əlaqələrinin pozulması müşahidə olunur. Bu isə aşağıdakı kimi nəticə verir:
o   bulaqların, çayların və göllərin quruması;
o   qrunt sularının kəskin azalması və bunun nəticəsində mümkün korlanmalar;
o   çayın axın sürətinin azalması;
o   səhralaşma (torpaqların səhralaşması);
o   əraziyə xas olan bitkilərin yox olması.
Səthi suyun tükənməsi, onların qeyri rasional və intensiv istifadəsi ilə nəticələnir:
ü kiçik çayların və göllərin yox olması;
ü dəniz səviyyəsinin aşağı düşməsi;
ü içməli suyun miqdarının azalması.
Sonda bu amillərin hamısı təkcə ətraf mühitə deyil, insanın özünə də mənfi təsir göstərir. Düzgün keyfiyyətli su mənbəyinin olmaması onun sağlamlığına təsir göstərərək və onu həyat üçün əlverişsiz ərazidən köçməyə məcbur edə bilər.
Həll yolları
Su ehtiyatlarının tükənməsi problemini birlikdə həll etmək lazımdır. İnsanlar, şəhərlər, ölkələr bu qaynaqları qorumağın vacibliyini bu gün xatırlamalıdırlar, əks halda sabah su çatışmazlığı hər kəsə təsir edəcəkdir.
Bu problemi həll etmək üçün paralel 2 yolla hərəkət etmək lazımdır: su ehtiyatlarını daha səmərəli istifadə etmək və onları ciddi şəkildə qorumaq.
Su ehtiyatlarının rasional istifadəsinə aşağıdakılar daxildir:
1.     Çirklənmənin və su ehtiyatlarının tükənməsinin qarşısını almaq üçün profilaktik tədbirlər;
2.     Yerüstü və yeraltı sularından istifadə edərkən elmi bazanın istifadəsi;
3.     Su ehtiyatlarından qənaətli istifadə ilə bağlı tədbirlər.
Suyun qorunması tədbirləri aşağıdakı prinsipləri rəhbər tutmalıdır:
§  sahəcə daha əhatəli fəaliyyət;
§  ərazinin spesifik xüsusiyyətlərini nəzərə alaraq;
§  çirklənmənin nöcünü, onun mənbəyini nəzərə almaq;
§  təbiətin (xüsusən su ehtiyatlarının) qorunması ilə bağlı mövcud qayda qanunlar və onların əməl olunmasına nəzarət.
Su ehtiyatlarının tükənməsinə qarşı ən təsirli metod profilaktik tədbirlərdir. Səth suları üçün bu, tullantısız istehsal texnologiyalarının tətbiqi, həmçinin istifadəyə yararsız suların keyfiyyətli təmizlənməsi olacaqdır.
Yeraltı sular üçün, vacibdir:
                              I.            Müxtəlif obyektlərin tikintisi zamanı məkanı düzgün seçmək;
                           II.            Qrunt sularının səviyyəsinə nəzarət etmək;
                        III.            Çirklənmə vasitələrini təcrid etmək və çirkləndiricilərin su ilə təmasda olmasının qarşısını almaq.
Su ehtiyatlarının tükənməsi qlobal problemdir. Bu və ya digər dərəcədə hər bir dövlətə aiddir. Buna görə ətraf mühit məsələlərində qanunvericilik tədbirlərinin hazırlanması, tətbiqi və icrası prioritetdir.
Planetin hər bir sakini su kimi dəyərli bir mənbənin düşüncəsiz istifadəsinin təhlükəsini başa düşməlidir, yəni onu öz nümunənizlə qənaət etmək və qorumağa başlamalıyıq.



Tərcümə edən: Rövşən Nəzərov
Mənbə: ecoportal.info

Комментариев нет:

Отправить комментарий