Enerjinin formaları |
Fizikada
enerji iş görmə bacarığıdır. O potensial, kinetik, termal, elektrik, kimyəvi,
nüvə və digər formalarda ola bilər. Üstəlik, enerji- istilik və iş otürülmə
proseslərində bir cisimdən digərinə keçir. Ötürüldükdən sonra, enerji öz təbiətinə
görə təyin olunur. Beləliklə, istilik termal enerjiyə çevrilərək, iş görülərkən
özünü mexaniki enerji şəklində göstərə bilər. Bütün enerji formaları hərəkət ilə
bağlıdır. Misal üçün, verilmiş hər hansı cisim əgər hərəkət edirsə onun kinetik
enerjisi var. Yay kimi gərilə bilən bir alət tarazlıq vəziyyətində olsa belə hərəkət
yaratma potensialı var, quruluşuna görə potensial enerji ehtiva edir.
Eynilə,
nüvə enerjisi nüvənin atomunda olan subatomik quruluş hissəcikləri sayəsində
potensial enerjidir. Enerji nə yarana, nə də yox ola bilər, o ancaq bir cisimdən
digərinə keçə bilər. Bu prinsip enerji konservasiyası və ya termodinamikanın
birinci qanunu kimi tanınır. Misal üçün, qutu yüksəkdən sürüşərkən bucağın yüksək
yerləşməsindən yaranan potensial enerji hərəkət enerjisi və ya kinetik enerjiyə
çevrilir. Qutu sürtünərək durma nöqtəsinə çatdıqda, hərəkətdən yaranan kinetik
enerji termal enerjiyə çevrilir. Enerji bir formadan digərinə müxtəlif yollarla
ötürülür. Misal üçün, istifadə oluna bilən mexaniki və ya elektrik enerjisi bir
çox növ alətlər tərəfindən istehsal edilir, bura yanacaq yandıran istilik
maşınları, generatorlar, batareyalar, yanacaq hüceyrələri və
maqnetohidrodinamik sistemlər daxildir. (1)
Alternativ
enerji mövcud populyar enerji formaları, mənbələri və ya texnologiyalarından fərqli
olaraq qeyri-ənənəvi enerji formaları, mənbələri
və ya texnologiyaları terminidir. Bu gün,
ümumi olaraq, o populyar fosil yanacaqlarından əldə olunan alternativ
enerji konteksində istifadə olunur, beləliklə ekoloji cəhətədən üstün günəş,
su, külək, biokütlə, geotermal, okean termal və dalğa hərəkəti kimi mənbələrdən
ibarətdir. Alternativ enerji termini, həmçinin təbii resursların tükənməsi və ətraf
mühitə əhəmiyyətli dərəcədə zərər vurmayan mənbə və texnologiyalardan əldə
olunan enerji üçün istifadə olunur. Bu şəkildə o “bərpa olunan enerji” və
“yaşıl güc” kimi terminlərə sinonim kimi istifadə olunur. Alternativ enerji mənbələrinin
inkişafı ətraf mühitin qorunmasını nəzərə alaraq insanların artan
ehtiyaclarının qarçılanmasını vəd edir. Bu şəkildə, Dayanıqlı İnkişaf Məqsədləri ilə
inteqrasiya olunur. Alternativ enerji üçün çox sayda tərif var (ümumi nümunələr
üçün aşağıdakı cədvələ baxın).
ABŞ
Ətraf Mühitin Mühafizəsi Agentliyi
|
Qeyri-ənənəvi
mənbələrdən
alınan enerji (sıxılmış təbii qaz, günəş, su, elektrik, külək).
|
İqlim
Dəyişikliyi
üzrə Hökumətlərarası Panel (IPCC) Üçüncü Qiymətləndirmə Hesabatı
|
Qeyri-təbii
yanacaq mənbələrindən istifadə olunan enerji.
|
Collins
İngilis lüğəti
|
Həmçinin
adlanır: yenilənə bilən enerji. Təbii mənbələrdən alınan enerji formaları (günəş,
külək, dalğalar).
|
Təsadüfi
Ev
Lüğəti
(Random House Dictionary)
|
Kömür,
neft və təbii qaz kimi ənənəvi təbii yanacaqların günəş, külək, nüvə enerjisi
kimi enerjilərlə əvəz olunması.
|
Princeton
WordNet
|
Təbii
ehtiyatlardan istifadə etməyən və ya ətraf mühitə zərər vurmayan mənbələrdən əldə
edilən enerji.
|
Alternativ enerji mənbələri, formaları və texnologiyaları
Bu
gün alternativ enerji hesab olunan enerjilər arasında aşağıdakılar var:
1. Günəş
2. Külək
3. Geotermal
4. Su
gücü və ya su elektrik stansiyası
5. Biokütlə
a. Bioyanacaq
(bio spirtlər, biodizel, bioqaz və digər bioyanacaqlar)
b. Tullantılar
c. Oduncaq
6. Dalğa
gücü
7. Digər
alternativ enerji
a. Hidrogen
yanacağı
b. İşıqlandırma
c. Atom
Enerjisi
Mənbə:
Tərcümə edən: Qəndab Məmmədova
Комментариев нет:
Отправить комментарий