2020-04-28

Norveç həmişəlik benzinlə vidalaşır! Benzin mühərriklərindən tamamilə imtina üçün plan hazırlandı.


Elektrikli nəqliyyat vasitələri 2018-ci ildə Norveçdə satılan bütün yeni avtomobillərin 31 %-ni təşkil etmişdir. Bu, dünyada ən yüksək nisbətdir. Bu kiçik ölkənin ambisiyalı bir məqsədi var - 2025-ci ilədək benzinlə işləyən mühərriklərdən tamamilə imtina etmək ...
Maşınların gələcəyi elektrik mühərrikləridirsə, Norveç bu gələcəyin necə görünəcəyinə yaxşı bir nümunədir. Oslo küçələrini gəzərkən yoldan keçən çox sayda Tesla avtomobili diqqəti cəlb edir. Həqiqətən, Norveç Avropanın ən böyük Tesla alıcısıdır. Keçən il Amerika istehsalı ora 8600-dən çox maşın verdi. Norveç bazarında yeni "Tesla Model 3" çıxdıqda satılan avtomobillərin sayının kəskin artacağı gözlənilir.

Ancaq məsələ yalnız "Tesla"-da deyil. Norveçdə, keçən il daha bir rekord - tullantısı olmayan nəqliyyat vasitələrinin satışı baş tutdu. Buraya yalnız Tesla Model S və ya Nissan Leaf kimi batareya ilə işləyən avtomobillər deyil, həm də hidrogen əsaslı yanacaq elementləri ilə işləyən avtomobillər də daxildir.
2018-ci ildə Norveçdə qeydiyyata alınan bütün yeni avtomobillər arasında demək olar ki, üçdə biri milimal tullantılarına malikdir. Bir il əvvəl bu göstərici 21 faiz idi. Norveç Trafik Məlumat Xidməti (OFV), 2017-ci ilə nisbətən yaşıl avtomobil satışlarının 40 faiz artdığını söylədi. Beləliklə, Norveç yollarında iki milyon avtomobildən 10 faizi ekoloji təmiz avtomobillərdir.
Almaniyanın şimal qonşuları ilə müqayisədə qazandığı uğur o qədər də təəccübləndirici deyil - baxmayaraq ki, Almaniyada 2018-ci ildə minimal tullantıları olan avtomobillərin satışı rekord 43 faiz artdı. Çünki, ümumi saya nisbətdə bu, keçən il satılan bütün avtomobillərin yalnız bir faizini təşkil edəcək.
Norveçin müvəffəqiyyətinin sirri həm milli, həm də yerli tətbiq olunan səxavətli dövlət imtiyazlarıdır. Birincisi, elektromobillərə ƏDV (Əlavə Dəyər Vergisi) və avtomobil alış vergisi verilmir. Beləliklə, Norveç bazarında elektrik mühərrikli Volkswagen eGolf benzinlə işləyən adi Golf versiyasından xeyli ucuzdur.
İkincisi, ölkə daxilindəki bələdiyyələr yaşıl avtomobil sahiblərinə pulsuz park etməyə, avtomobillərini pulsuz elektriklə yükləməyə və hətta bəzi yerlərdə ictimai nəqliyyat üçün xüsusi zolaqlardan istifadə etməyə imkan verir. Eləcə də, Norveçdəki elektrikli nəqliyyat vasitələrinin sahibləri bərə keçidlərində, yol istifadəsində və dayanacaqda endirimlərə malikdirlər.
Nəhayət, Norveçdə adi avtomobillər həmişə olduqca baha olmuşdur. Bu o deməkdir ki, hökumət yaşıl avtomobil modellərini "ucuzlaşdırmaq" üçün ətraf mühiti çirkləndirən avtomobillərə vergini kəskin şəkildə artırmağa məcbur deyildi.
Norveçin Həyat və Texnologiya Universitetinin (NTNU) professoru Marianne Ryghaug deyir: "Norveçin sıfır tullantılı maşın siyasəti siyasətçilərimiz üçün qürur mövzusuna çevrildi. Biz istehsalçıları elektrikləşdirilmiş nəqliyyat vasitələri ilə təcrübə aparmağa təşviq edən məkana çevrilirik. Bu istehsalçıları növbəti yeniliklərə və istehlakçı təcrübəsinin yaxşılaşdırılmasına yönəldir."
Bəlkə də Norveçin elektrikli nəqliyyat vasitəsindəki müvəffəqiyyətinin ən diqqətəlayiq nümunəsi ümumi yeni avtomobil satışlarının 7 faiz aşağı düşməsidir. Yol Hərəkəti Məlumat Xidməti xəbər verir ki, bir çox alıcılar yeni avtomobil alışını özlərinə uyğun elektrikli avtomobil seçə biləcək qədər təxirə salırlar.
Baş nazir Erna Solbergin başçılıq etdiyi hazırkı sağ mərkəzçi hökumət, 2021-ci ildə keçiriləcək növbəti seçkilərə qədər böyük vergi güzəştlərini davam etdirəcəyini vəd etdi. Ancaq bəzi kiçik imtiyazlardan tədricən imtina etməyə ehtiyac olacaq.
Məsələn, Oslo elektromobillər üçün avtobus zolaqlarının istifadəsini məhdudlaşdırmaq qərarına gəldi. Bunun edilməsi ictimai nəqliyyat sürücülərinin çoxsaylı elektrikli nəqliyyat vasitəsinin hərəkətə mane olduğu ilə bağlı şikayət etməyə başladıqlarından sonra zəruri oldu. İndi elektrikli nəqliyyat vasitələrinin sahibləri yalnız salonda sərnişinlər olduqda sərnişinlər üçün avtobus zolaqlarından istifadə edə biləcəklər.
Ən əhəmiyyətli dəyişiklik pullu yollarda pulsuz səyahətin ləğvi oldu. 2019-cu ilin əvvəlindən elektrikli avtomobil sürücüləri adi nəqliyyat vasitələrində tutulan rüsumun yarısını ödəməlidirlər. Bu rüsumun həcmi növbəti 5 il ərzində artmağa davam edəcək.
Əyalət məclisinin üzvü Annette Solli Norveçin ictimai telekanalı NRK-ya bəyanət verdi: "Yollarımızda elektrikli maşınların sayı getdikcə artdığı üçün imtiyazlar da gec-tez azalacaq." Oslo ilə sərhəddə yerləşən Akershus bölgəsindəki elektromobillərin sayı ölkədə ən yüksək göstəricilərə malikdir.
Bununla belə, siyasətçi bu günə qədər bütün imtiyazların ləğvi məsələsinin müzakirə edilmədiyini vurğuladı: "Onların işə yaradığı açıqdır. Minimal tullantıları olan maşınlarımızın sayı daha çoxdur və bu çox vacibdir. Düşünürəm ki, imtiyazların azaltması məqsədimizə çatana qədər davam etməyəcək." Və bu məqsəd çox iddialı səslənir: 2025-ci ilədək ölkə, daxili yanma mühərriki olan yeni avtomobillərin satışından tamamilə imtina etmək istəyir.

Mənbə: ecology.md
Tərcümə edən: Rövşən Nəzərov 


Комментариев нет:

Отправить комментарий