2020-04-29

Alternativ enerji 2-ci hissə: biokütlə və bioyanacaq


Biokütlə


Biokütləyə canlı orqanizmlərdən əldə edilən materiallar aiddir. Çox vaxt xüsusi olaraq, liqnosellüloz biokütlə adlanan bitkilər və ya bitkilərdən alınan materiallar aiddir. Enerji mənbəyi kimi, biokütlə ya birbaşa, ya da dolayı yolla bioyanacaq formasına çevridikdən sonra istilik əldə etmək üçün istifadə olunur. Biokütlənin bioyanacağa çevrilməsi müxtəlif metodlarla əldə edilə bilər, geniş şəkildə sinifləşdirilməsinə termal, kimyəvi və biokimyəvi metodlar daxildir. 

Bu çevrilmə nəticəsində yanacaq bərk, maye və ya qaz formasında ola bilər. Bioyanacaq, oduncaq və tullantı biokütlənin enerji mənbəyi kimi 3 əsas kateqoriyasıdır. Bu gün oduncaq ən geniş biokütlə enerji mənbəyi olaraq qalır (Scheck and Dugan 2012), buna misal olaraq meşə qalıqları (ölü ağaclar, budaqlar və ağac kötükləri kimi), həyətdəki ağac kəsikləri, oduncaq hissələri və hətta bələdiyyənin bərk tullantıları aiddir. Sənaye biokütləsi, çətənə, qarğıdalı, qovaq, söyüd, şəkər qamışı, bambuk, evkaliptdən yağ xurmasına (palma yağı) qədər çox saylı bitki növlərindən yetişdirilə bilər. Bitki enerjisi xüsusi olaraq yanacaq kimi istifadə olunması üçün əkilən taxıllardan istehsal edilir ki, bu da hər hektara kiçik enerji ilə yüksək biokütlə verən bitkilərdir. Bu bitkilərə bir neçə misal buğda və samandır. Taxıl nəqliyyat üçün maye yanacaq kimi istifadə olunarkən, saman yandırılaraq istilik və ya elektrik əldə etmək üçün istifadə olunur. Bitki biokütləsi həmçinin kimyəvi üsullarla sellülozadan qlükozaya parçalanaraq nəticədə ortaya çıxan şəkər daha sonra birinci nəsil yanacaq kimi işlədilə bilər. Biokütlə metan qazı kimi digər enerji formalarına və ya etanol və biodizel kimi nəqliyyat yanacağına çevrilə bilər.  Çürüyən tullantılar, təsərrüfat və insan tullantıları- bunların hamısı “tullantı qazı” və ya “bioqaz” da adlanan metan qazı istehsal edir. Qarğıdalı və şəkər qamışı kimi taxıllar nəqliyyat yanacağı olan etanol istehsal etmək üçün fermentasiya edilə bilər. Digər bir nəqliyyat yanacağı olan biodizel bitki və heyvan yağları kimi məhsullardan istehsal edilə bilər.
Qida olmayan və qarğıdalı kimi quruda becərilən növlərdən 5 və 10 dəfə daha çox miqdarda istehsal oluna bilməsi üçün yosun kimi bitkilərdən istifadə haqqında çox saylı araşdırmalar var. Bunlar istehsa edildikdən sonra etanol, butanol və metanol kimi bioyanacaqla bərabər biodizel və hidrogen istehsal etmək üçün istifadə edilə bilər.
Elektrik istehsalı üçün istifadə olunan biokütlə bölgəyə görə dəyişir. Odun kimi meşə məhsulları ABŞ-da yayılmışdır. Kənd təsərrüfatı tullantıları Mauritius (şəkər qamışı qalığı)  və Cənub-Şərqi Asiyada (düyü qabıqları) geniş yayılmışdır. Touq kimi qanadlı heyvan qalıqları İngiltərədə yayılmışdır.
Biokütlədən yenilənə bilən enerji istehsalı ciddi ekoloji problemlər doğuracaqdır. Misal üçün, cari ilkin enerji tələbatını təmin etmək üçün biokütlə enerjisi istehsalını 7 dəfə, iqtisadi və enerji artım proqnozlarını nəzərə alaraq 2100 ilə 40 qat artırmalı idi (Huesemann and Huesemann 2011). Artıq insanlar dünyada bütün fotosintetik sabit karbonun 30-40% -ə uyğundur ki, bu da əlavə biokütlə yığımının genişlənməsinin ekosistemlərə təsir göstərəcəyini, bəzi hallarda həyati qida mənbələrindən məhrum olan heyvan növlərinin azalmasına və məhv olmasına səbəb olduğunu göstərir (Rojstaczer et al. 2001; Vitousek et al 1986). Hər il ABŞ-da bitki örtüyünün enerji tutumunun ümumi miqdarı təxminən 58 kvad (61.5 EJ) təşkil edir, bunun təxminən yarısı kənd təsərrüfatı bitkiləri və meşə məhsulları kimi yayılmışdır. Qalan biokütlə ekosistem funksiyalarını və müxtəlifliyini qorumaq üçün lazımdır (Pimentel et al. 1994). ABŞ-da illik enerji istifadəsi təqribən 100 kvd, biokütlə enerjisi yalnız çox kiçik bir hissəni təmin edə bilər. Dünyadakı cari enerji tələbatını yalnız biokütlə ilə təmin etmək üçün Yer kürəsinin səthinin 10% -dən çoxu tələb olunur ki, bu da bütün dünya kənd təsərrüfatında istifadə olunan sahə ilə müqayisə edilə bilər (yəni 1500 milyon hektar), bu biokütlənin daha da genişlənməsini göstərir. 

Bioyanacaq


Bioyanacaq biokütlənin enerji mənbəyi kimi istifadəsinin üç əsas kateqoriyasından biridir (digərləri oduncaq və tullantılardır).  Bioyanacaq biokütlədən istehsal edilən bərk, maye və ya qaz yanacaqdır. Başqa sözlə, bu yanacaqlar yaşayan və ya yaxın zamanlarda yaşamış olan orqanizmlərin geoloji cəhətdən karbon enerjisi təşkil edir. Wilkie (2013) tərəfindən deyildiyi deyildiyi kimi, “son zamanlarda canlı maddələrdən (biokütlə) əldə edilən hər hansı bir yanıcı maddə bitkilərdən əldə edilən etanol, bitki və heyvan yağlarından biodizel və bioqaz da daxil olmaqla bioyanacaq olaraq qəbul edilir.
Maye bioyanacaqlar arasında bioetanol kimi biospirtlər və biodizel kimi yağlar vardır. Qaz halındakı bioyanacaqlar arasında bioqaz, tullant qazı və sintetik qaz vardır.
Biospirtlər. Ən çox yayılmış etanol və daha az yayılan propanol və butanol olan bioloji istehsal olunan spirtlər şəkər və ya nişastanın (ən asan) və ya selülozun (daha çətindir) mayalandırılması yolu ilə mikroorqanizmlərin və fermentlərin təsiri ilə istehsal olunur. Alkoqol yanacaqları buğda, qarğıdalı, şəkər çuğunduru, şəkər qamışı, bəkməz və spirtli içkilərin (kartof və meyvə tullantıları və s.) istehsal edilə biləcəyi hər hansı bir şəkər və ya nişastadan alınan şəkərin mayalanması ilə istehsal olunur. Bu spirtlər kimyəvi üsulla da istehsal olunur. Bioloji materiallardan və ya bioloji proseslərdən əldə edildikdə, onlar biospirt (məsələn, "bioetanol") kimi tanınırlar. Bioloji olaraq istehsal olunan və kimyəvi olaraq istehsal olunan spirtlər arasında kimyəvi fərq yoxdur. Etanol yanacağı və ya bioetanol, xüsusilə Braziliyada, eyni zamanda ABŞ-da və başqa yerlərdə dünyada ən çox yayılmış bioyanacaqdır. Etanol saf formada nəqliyyat vasitələri üçün yanacaq kimi istifadə edilə bilər, lakin ümumiyyətlə nəqliyyat vasitələrinin emissiyasını yaxşılaşdırmaq üçün benzin əlavəsi kimi istifadə olunur. Qabaqcıl texnologiyanın inkişaf etdirilməsi ilə selülozik biokütlə, məsələn ağaclar və otlar, etanol istehsalı üçün yem ehtiyatı kimi istifadə olunur. Selülozik etanol kimi selüloz yanacaq növləri 2013-cü ildə ticarət miqyaslı bitkilərdə istehsal olunmağa başlandı. Ən çox metanol (ən sadə spirt) təbii qazdan, müasir metanol da birbaşa katalitik sənaye prosesində istehsal olunur. Bununla birlikdə metanol da çox oxşar kimyəvi proseslərdən istifadə edərək biokütlədən (biometanol kimi) istehsal edilə bilər. Butanol biokütlədən ("biobutanol"), həmçinin qaz yanacaqlarından ("petrobutanol" kimi) istehsal edilə bilər, lakin biobutanol və petrobutanol eyni kimyəvi xüsusiyyətlərə malikdir.
Biodizel. Biodizel bitki yağlarından, heyvan yağlarından və ya təkrar emal edilən yağlardan hazırlanır. Biyodizel saf formada nəqliyyat vasitələri üçün yanacaq kimi istifadə edilə bilər, lakin ümumiyyətlə dizel işləyən vasitələrdən olan hissəciklərin, karbonmonoksidin və karbohidrogenlərin səviyyəsini azaltmaq üçün dizel qatqısı kimi istifadə olunur. Biodizel transesterifikasiyadan istifadə edərək yağlardan istehsal olunur və Avropada ən çox yayılmış bioyanacaqdır.
Bioqazın əldə olunma mexanizmi
Bioqaz. Biometan, poliqon qazı, bataqlıq qazı və digester qazı kimi də tanınan bioqaz, müxtəlif bakteriyalar tərəfindən biokütlənin (qeyri-təbii üzvi maddələr) anaerob deqradasiyası nəticəsində əmələ gələn qazların (əsasən metan və karbon qazı) toplusudur. Bioqazın ilkin komponenti bioqazın həcminə görə 50-90% təşkil edən metan qazıdır. İsveçdə təbii qaz vasitələrini işlətmək üçün istifadə olunan qazın yarıdan çoxu bioqazdır (Wilkie 2013). Yağ qiymətlərinin artması və enerji təhlükəsizliyinə ehtiyac olduğu üçün bioyanacağın populyarlığı artır. 2010-cu ildə dünyada bioyanacaq istehsalı 105 milyard litrə (28 milyard ABŞ dolları) çatdı ki, bu da 2009-cu illə müqayisədə 17% çoxdur (Worldwatch 2011). Qlobal etanol yanacağı istehsalı 2010-cu ildə 86 milyard litrə (23 milyard ABŞ dolları) çatdı, ABŞ və Braziliya dünyanın ən yaxşı istehsalçıları olaraq qlobal istehsalın 90% -ni təşkil etdi. Dünyanın ən böyük biodizel istehsalçısı Avropa Birliyidir, 2010-cu ildəki bütün biyodizel istehsalının 53% -ni təşkil edir (Worldwatch 2011). Bioyanacaqlar 2010-cu ildə (REN21 2011) dünyanın nəqliyyat yanacağının 2.7% -ni təmin etmişdir.

Tərcümə edən: Qəndab Məmmədova

Комментариев нет:

Отправить комментарий