2020-04-16

Parazit göbələk sinir sistemini iflic etmədən qarışqaları zombi edir

           Yeni bir araşdırmanın nəticələri göstərdi ki, çoxalmaq üçün qarışqaları istifadə edən parazit gövələk "Ophiocordyceps unilateralis", həşəratların sinir sisteminə nəzarəti ələ keçirmədən davranışlarını idarə edir. Qarışqanın bədənini idarə göbələk mitseliləri (red. bitkilərdə "kök" funkisyasını daşıyan orqanı əvəz edir və ya "göbələk telləri") həşəratın əzələlərinə nüfuz etməsi ilə baş verir.





           Bildiyimiz budur ki, yuxarıda göstərilən göbələyin yaşayış arealı Braziliyadır. Parazitin sporları yarpaqkəsən qarışqaların bədəninə nüfuz edir. Artıq yoluxmuş bir böcək koloniyanı tərk edir, təxminən 25 sm hündürlükdə bir bitkiyə qalxır, çənələri ilə mərkəzi yarpaq damarına möhkəm yapışır və sonra ölür. Bir müddət sonra, göbələk qarışqanın bədənindən böyüyür. Parazitin papağında isə sporlar var. Yoluxmuş böcəklərin koloniya üzvlərinin yaşayış yerinə yaxın öldüyünü nəzərə alsaq, göbələklərin sporları dağılır və bununla da digər qarışqalara yoluxur.
    Pensilvaniya Universitetinin entomoloqu (red. həşəratları öyrənən elm) David Hughes, göbələklərin qarışqalarla qarşılıqlı təsirini araşdırırdı. Tədqiqatın bir ildən çox müddətdə aparıldığını qeyd etmək lazımdır. Təcrübənin məqsədi o qədər fərqli orqanizmlərin qarşılıqlı təsir mexanizmlərini öyrənmək idi. Entomoloq köməkçisi Maridel Frederiksen yoluxmuş qarışqalardan unikal kəsim hazırlamağı bacardı. Bu hissələrin qalınlığı bir insanın saçının qalınlığından min dəfə azdır. Kəsimlərin ətraflı öyrənilməsi sayəsində bir tədqiqatçı qarışqa toxumalarının üçölçülü modellərini qurdu. Belə qiymətli məlumatlarla elm adamları böcəyin bədənində göbələyin yayılmasını izləyə bildi.

Əvvəla parazit göbələyin bəzi hüceyrələri qarışqa hemolimflərində (red. açıq qan dövranı sisteminə malik onurğasız canlıların damarlarında və hüceyrəarası boşluqlarında dövr edən maye) bölünməyə başlayırlar. Bir müddət sonra bu hüceyrələr birləşir və nəticədə tək bir orqanizm əmələ gəlir. Əmələ gələn orqanizmin quruluşunu qurbanın əzələ toxumasına nüfuz edən borular şəbəkəsi şəklində təsəvvür etmək olar. Ancaq maraqlıdır ki, göbələk mitseliləri (filament) qarışqanın sinir sisteminə təsir etmirlər. Gələcəkdə elm adamları məhz bu fenomenin səbəbini müəyyən etməyə çalışırlar.


Mənbə: sbio.info
Tərcümə edən: Rövşən Nəzərov





Комментариев нет:

Отправить комментарий