A.A. Baqamol adına Milli Tibb Universiteti, Kiyev, Ukrayna.
Ən vacib
müasir demoqrafik meyllərdən biri şəhər yaşayış məskənlərinin sürətli genişlənməsidir.
Urbanizasiya proseslərinin əsasını iqtisadiyyatın müxtəlif sahələrinin
inkişafı, sənaye potensialının qurulması, yeni sənaye sahələrinin yaradılması,
inteqrasiya əlaqələrinin möhkəmləndirilməsi, geniş nəqliyyat şəbəkəsinin
formalaşmasıdır ki, bu da ictimai həyatda şəhərlərin rolunun və buna görə də, kənd
yerlərindən şəhərlərə işçi axınının artması, şəhər əhalisinin artmasına səbəb
olur.
Beynəlxalq
standartlara görə, Ukrayna əhalisinin əksəriyyətinin şəhərlərdə yaşadığına görə
şəhərləşmiş bir ölkə hesab olunur. 2009-cu ildə şəhər sakinlərinin nisbəti
68,1% -ə çatdı. (red. 2014-cü ildə 68.69%, 2016-cı ildə 68.9%)
Urbanizasiya
proseslərinin mənfi ekoloji nəticələri kimi şəhər əhalisi arasında yüksək səviyyədə
ekoloji asılı patologiyaya səbəb olması göstərilir. Şəhər sakinlərinin özünəməxsus
ritmi, intensivliyi, fiziki fəaliyyətinin yetəricə olmaması, qeyri sağlam
qidalanma, pis vərdişlər və s. nəticəsində somatik, psixi və psixoloji cəhətdən
bir çox sağlamlıq pozğuntuların inkişafına səbəb olur. Ümumiyyətlə, Ukraynanın
şəhər əhalisinin xəstələnmə səviyyəsi 30,8%, yəni xəstəliklərin yayılması kənd əhalisinə
nisbətdə 24,0% daha çoxdur. Bronxial astma xəstəliyi şəhər sakinlərində kənd
sakinlərinə nisbətdə 1.7 dəfə çoxdur. Kənd
sakinləri ilə müqayisədə şəhər sakinləri arasında bədxassəli yenitörəmələrə
daha çox rast gəlinir. 2009-cu ildə şəhər sakinlərinin onkoloji patologiyasına
rast gəlinməsi hər 100 min nəfərə 348, kənddə isə 296.3 təşkil etmişdir.
Ukraynada kişilərin üçdə birindən çoxu (37%) və qadınların demək olar ki,
yarısı (48%) oturaq həyat tərzi keçirir. Xüsusi araşdırmaların məlumatlarına
görə, 25-30 yaş arası Ukrayna əhalisinin 30% -i
və 45-50 yaş arası əhalinin təxminən 50% -i qeyd olunana patalogiyadan əziyyət
çəkir. Göstəricilər əhalinin yaşlı qruplarında ən yüksək göstəricilərə çatır.
İctimai
sağlamlığın qlobal problemi isə, xüsusilə şəhər əhalisi arasında yayılan pis vərdişlərin,
ən çox da siqaret və alkoqol istifadəçilərinin yayılmasıdır.
Nisbətən
kiçik ərazilərdə inkişaf etmiş nəqliyyat əlaqələri və nəqliyyat vasitələrinin
parkı ətraf mühitin çirklənməsi riskini və yol qəzalarının ehtimalını artırır.
Ukraynada yol qəzaları nəticəsində alınan travmaların səviyyəsi artmağa
meyllidir. 2000-2007-ci il aralığında yol-nəqliyyat hadisələrinin sayı hər 10
min nəfərə 6 nəfərdən 8,8 nəfərə qədər artmışdır.
Əhali
sağlamlığının formalaşmasında urbanizasiya amilinin əhəmiyyətini nəzərə alaraq,
Ümumdünya Səhiyyə Günü 2010 bu məsələyə həsr olunmuşdur. Bu tarixdə qlobal miqyasda
keçirilən tədbirlər, o cümlədən Ukrayna şəhərlərində sağlamlığın qorunması,
elmi əsaslı bir şəhərsalma strategiyasının formalaşdırılması və şəhər sakinlərinin
həyat və sağlamlıq keyfiyyətinin yaxşılaşdırılması məsələlərinə diqqəti cəlb
etməyə kömək etdi.
Комментариев нет:
Отправить комментарий