ABŞ-dan olan Team Better Block qeyri-kommersiya təşkilatı,
2010-cu ildə qurulmuşdur, şəhər məkanı, küçə və yerli icma təhlükəsizliyi
problemlərini taktiki urbanizm və "placemaking" layihələri vasitəsilə
həll edir. Komanda yaşayış sahələrinin yenidən qurulması və yenidən
planlaşdırılması üçün öz metodologiyasını hazırlamışdır və daim təkmilləşdirir.
Bu günə qədər, Team Better Block portfelində ABŞ, Kanada, Avstraliya və digər
ölkələrdə şəhər məhəllələrinin müvəffəqiyyətlə dəyişdirilməsi üçün 200-dən çox
layihə hazırlamışdır. 2017-ci ildə Better Blokunun təşəbbüskarları və idarə edənləri
Andrew Howard və Jonathan Bradick "Urban Forum Kazakhstan"-ın dəvəti
ilə "Şəhərlər və İnsanlar" təhsil proqramının bir hissəsi olaraq
Almatı və Astanaya dəvət olundular.
“Heç vaxt şübhə etməyin ki, düşünən və fədakar
kiçik bir qrup dünyanı dəyişə bilər. Əslində bu dəyişiklikləri məhz onlar gətirirlər.”
Marqaret Mead
Better Block?
”Better
Block” layihəsi, 2010-cu ilin aprelində, bir qrup daşınmaz əmlak sahibləri,
sosial işçilər və sadəcə qonşular boş ərazilərlə tərk edilmiş zonanın bir hissəsinə
yeni həyat vermək qərarına gəldikdə başladı. Küçənin özü olduqca geniş idi,
ancaq qonşuluqda yaşayan insanlar burada çətin ki xüsusi bir üstünlüyük tapa
bilərdi. Yerli icmaların əməyi ilə bu küçə hər yaşda olan insanlar üçün xoş gəzinti,
rahat və maraqlı bir məkana çevirdi. İşıqlandırma, velosiped yolu, ağaclar, küçə
kafeləri, müvəqqəti mağazalar ərsəyə gəldi. Layihə şəhərə böyük xərclər etmədən
küçələri necə canlandıra biləcəyini, kiçik sahibkarlar üçün maneələri aradan
qaldırmağı və küçələrin multimodal istifadəsi üçün şərait yaratmağı göstərdi.
Bütün rayonlar daha etibarlı, daha çiçəklənən və iqtisadi cəhətdən aktiv ola
bilər. O vaxtdan bəri Team Better Block ayrı-ayrı şəhər bloklarının fiziki
infrastrukturunun və iqtisadi profilinin müvəqqəti dəyişdirilməsi üçün qısamüddətli
yerli layihələrin planlaşdırılması və yaradılması ilə icmaları cəlb edir.
Komanda tərəfindən keçirilən seminarlar cəmiyyətə ictimai yerləri yaratmaq və
yaxşılaşdırmaq üçün mövcud mənbələrdən necə istifadə etmək barədə fikirlərin
ortaya çıxmasına kömək edir. Better Blok sakinləri əlləri ilə fiziki əşyalar
düzəltməyə və onları üictimai məkana yerləşdirməyə təşviq edir. Beləliklə, icma
üzvlərinin öz ərazilərini necə görmək istədikləri barədə ümumi bir fikri
reallaşdırmaq üçün ortaq təcrübə əsasında möhkəm əlaqə qururlar.
İctimai məkanların
aktivləşdirilməsi
Sosioloq
William White, təxminən on il Nyu Yorkun ictimai yerlərini araşdırdı və
"insanları ən çox digər insanların cəlb etdiyi" qənaətinə gəldi.
İnsanların bir araya gəlmələri üçün rahat vaxtlarını keçirə biləcəyi yerə
ehtiyac duyurlar - həm sadəcə olaraq oturmaq, həm bir işlə məşğul olmaq və ya nəyəsə
baxmaq, həm də yemək və içmək üçün. Placemakingin formulu rahatlıq, fəaliyyət və
yemək üçbucağında cəmləşmişdir. Artıq on ildir ki, Better Block, bu formulu
müxtəlif ölçülü şəhərlərdə sınaqdan keçirir, yerli layihələrin məzmununu və
onlarda istifadə olunan materialları məkan kontekstinə uyğunlaşdırır. Müdaxilələr
yarmarkalar, basketbol meydançaları, əl əməyi hovuzlar, velosiped yarışları, rəqs
məclisləri, barlar və tərk edilmiş yanacaqdoldurma məntəqəsini mini-golf
meydançasına çevrilməsi şəklində keçdi. Məsələ burasındadır ki, placemaking
prinsiplərini tətbiq etsəniz və yerli icmalara layihəni özləri etmək imkanı
versəniz, hər hansı bir yer daha yaxşı hala gətirilə bilər.
Müddəti məkanlar
Evdə
şokolad peçenyelərini bişirən və ancaq evdə deyil, hər kəs üçün satmağa
başlasalar, mega-populyar olacaq dostlarınız varmı? Bəlkə də həmişə həyata
keçirməyi xəyal etdiyiniz, lakin risk etmək üçün cəsarət tapmadığınız biznes
ideyanız var. Bu, müvəqqəti iş formatının populyarlığını izah edir - bir günlük
dükan və ya kafe.
Çox vaxt
şəhərin mədəni və ya ticarət mərkəzi sayılmayan yerləri seçirlər. Qısa vaxt əhatə
etdiyinə baxmayaraq, bu ucuz və aşağı riskli layihələr fəaliyyət və
investisiyalar üçün katalizator olur, bölgənin daha da inkişafına xidmət edəcək
daha ciddi investisiyaların cəlb olunmasına xidmət edir. Potensial yerli sahibkarlar
fikirlərini praktik olaraq heç bir şey qurban vermədən sınamaq imkanı əldə
edirlər. Həftə sonları yerli tədbir keçirmək üçün meriyadan icazə, daimi
lisenziyası almaq üçün vərəq işlərindən fərqli olaraq elə də əziyyətli
olmayacaq. Bu bazarı araşdırmaq, bu işin mal və xidmətlərinin davamlı olaraq
yerli cəmiyyətlə uğurlu olacağını anlamaq üçün bir şansdır.
Massaçusets
ştatının Haverhill şəhərində idarəetmə orqanları fermerlər bazarını Better Blok
layihəsinin həyata keçirildiyi avtopark ərazisinə köçürmək qərarına gəldi,
bundan sonra əldə olunan gəlirlər 50%, satıcıların sayı 80% artdı. Cəmi 2500 nəfər
əhalisi olan bir şəhər - Betheldə (Vermont), Better Blok layihəsindən sonra bir
işləmə mərkəzi açıldı. Norfolkda (Virciniya), layihənin həyata keçirilməsindən
sonra seçilən yer 20 milyon dollardan çox fərdi investisiya cəlb etdi. Hamısı
kiminsə gücünü sınaması, istifadəsiz ərazilər, dayanacaqlar və ya digər boş və
tərk edilmiş yerləri səmərəli istifadə etməyə cəht etməsi ilə başlayır. Yerli
icma özü belə ərazilərə həyat və enerji nəfəsi verir ki, bu da real dəyişikliyə
töhfə verir.
Tıxacın aradan qaldırılması
Küçələr şəhərlərin
ən böyük ictimai məkanıdır, bütün parkların ərazisindən daha çoxdur. Bununla
belə, əksəriyyəti avtomobillərdə hərəkət edən insanların rahatlığı üçün
hazırlanmışdır. ABŞ əhalisinin yarısı yaşı, əlilliyi, imkansızlığı və ya maşın
almaq istəməməsi səbəbindən maşın sürmür. Uşaqların təhlükəsizliyi üçün nəqliyyatın
sürətini ləngitməkdən, müntəzəm maşınların şütüdüyü küçələrdə velosipedçilər
üçün zolaqla təmin etməyə qədər küçə məkanının istifadəsində ədalət və bərabərlik
ideyalarından hər Better Blok layihəsi ilhamlanır. Velosiped yolu çəkmək üçün
iki il araşdırma və təşkili üçün milyonlarla dollar xərcləmə tələb olunmur.
Qonşuların və uşaq boyalarının köməyi ilə velosiped yolu edə bilərsiniz!
2018-ci ildə Team Better Block, velosiped yolu və digər multimodal
infrastruktur xüsusiyyətləri üçün işarələr yaratmaq küçənin iki kilometrində
800 litr quaş istifadə etdi. Boya yuyulacaq, amma Better Blok layihəsinin həyata
keçirildiyi hər şəhərdə daha rahat və inkluziv küçələr uğrunda mübarizəni davam
etdirən liderlər qalacaq.
Better Block sizin şəhərinizdə
Müvafiq
müdaxilələr strategiyası seçin, quruluşunu və logistikasını qurun, birlikdə
fiziki çevrilmə edin - birlikdə çalışın və sehri hiss edin. Yaxşı bir yer,
oraya gələn hər kəs üçün bir şey təklif edən yerdir.
İctimai məkanı
aktivləşdirmək və nəqliyyatın sakitləşdirməsi şəhərlərə və onların sakinlərinə
ümumi mənafe üçün küçələri yenidən düzəltməyə kömək edir. Dəyişməyə ilham verən
tək bir müdaxilə deyil, multimodal bir infrastruktur, istirahət və ünsiyyət
üçün bir yer, insanlara buraya gəlmək və vaxt keçirmək üçün, daha çox biznes
fürsətləri təqdim edəcək bir dünyanın yaradılmasıdır. Təkmilləşdirilmiş məhəllələr
şəhərin abadlığına ilham verir. Better Blok tərəfindən hazırlanan proseslər
vasitəsilə icmalar mövcud resursları cəlbedici ictimai məkana necə çevirmək barədə
fikir formalaşdırırlar. Dəyişikliklər illər və milyonlarla pul xərcləməli olan böyük
planlarla başlamaz. Dəyişiklik icma öz ərazilərinin gələcəyini nəzarətə götürəndə
başlayır. Bir neçə yüz metr kifayətdir ki, şəhərlərin placemaking işlərinə və
küçə məkanlarından istifadə hüquqlarına münasibətini dəyişməyə başlasınlar.
Mənbə: Каталог
проектов Better Blocks “Улучшая города во благо общества квартал за
кварталом”
Tərcümə edən:
Rövşən Nəzərov
Комментариев нет:
Отправить комментарий