Yerimizin
səthi 65% dəniz və okean sularından ibarətdir. Su sahəsinin üstünlük təşkil
etdiyinə görə Yer “mavi planet” adlanır. Dünyadakı bütün canlıların həyatında
(və ümumiyyətlə həyatın yaranmasında) suyun rolunu danmaq olmaz. Okeanların vəziyyəti
iqlimə birbaşa təsir edir və onun suları atmosfer yağışının əsas mənbəyidir və
Yerin oksigeninin 50% -ni təşkil edir. Su ehtiyatları hər yerdə insanlar tərəfindən
balıq və dəniz məhsullarının çıxarılması, malların daşınması, səyahət və s. məqsədi
ilə istifadə olunur. Ən təhlükəlisi isə dəniz və okeanların tullantı üçün
poliqon kimi istifadə olunmasıdır.
Okeanların
iri miqyasına baxmayaraq, insan fəaliyyəti suyun təbii tərkibinə və dəniz həyatına
təsir göstərmişdir. Xüsusilə, plastik, neft məhsulları və neft, sənaye çirkab
suları kimi tullantıların davamlı çirklənməsi səbəbindən...
Plastik tullantılar
Hal-hazırda
ən çox yayılmış çirklənmə mənbəyi suya çox miqdarda daxil olan plastikdir.
Plastik hər bir insanın gündəlik həyatında əsas obyekt olmuşdur. Mağazalarda əksər
mallar plastik qablaşdırılır, məhsullar plastik torbalarda, su plastik şüşələrdə
və s... Ən məkrlisi odur ki, plastik tez bir zamanda istehlak olunur və onun su
mühitində parçalanması yüz illərlə davam edəcəkdir. Dənizlərdə və okeanlarda
plastik kiçik hissəciklərə parçalanır, elə suda da qalır və həcmi dayanmadan
artır.
Bığlı balina |
Hal-hazırda
okeanlar və dənizlərdə nəhəng zibil ləkələri var. Bunun çox hissəsi sahil ərazilərindən
gəlir, qalan hissəsi gəmilərdən insanlar tərəfindən atılır.
Plastikin
zərərli olması təkcə etik məsələ deyil. Okeanlara və dənizlərə düşən tullantı dəniz
canlılarının sualtı aləminə böyük ziyan vurur. Hər il 100 minə yaxın balıq və 1
milyon quş plastikdən ölür. Quşlar plastiki qida ilə qarışdıra bilər ki, bu da
mədədə həll olmayaraq sıxışır və uzun
müddət sürən ölümünə səbəb olur.
Ayrıca
olaraq, quşlar plastik üzüklərdə və plastik torbalara ilişir və nəticədə yerindəcə
ölürlər. Kiçik sualtı heyvanlar, plankton və digər orqanizmlərlə qarışaraq,
plastik parçaları udur. Bığlı balinalar çirkli okeanlarda böyük çətinliklə
yaşayırlar. Eləcə də, zibil ilə oynayan suitilər, boyun ətrafına dolaşan
plastik lentlərdə büdrəyir və bədənlərinə xəsarət yetirir. (red. Antarktikda
zonasında pinqvinlər də bu halla tez tez yaşayır, bəzən plasik ömürlük onların
bədəninin bir hissəsinə çevrilir.)
Neft və neft məhsulları
Neft və
neft məhsulları zərərli kimyəvi maddələrdir. Onların əksəriyyəti birbaşa dənizlərə
və okeanlarda istifadə olunur. Buna görə su ətrafında yaşayan bir çox quş növləri
əziyyət çəkir, su səthinə enir, yağla örtülür və nəticədə bədəninin təbii
istilik izolyasiya keyfiyyətlərini itirir. Bu quşlar qan itirmə və
termorequlyasiya pozğunluqları səbəbindən ölür. Ancaq təkcə quşlar mənfi təsirlərə
məruz qalmırlar. Suyun səthində nazik təbəqə əmələ gətirən yağ suyun oksigenlə
doymasına imkan vermir və mikroorqanizmlərin, yəni planktonun ölümünə səbəb
olur. Balıqlar və xərçəngkimilər yağı meydana gətirən bir sıra zəhərli kimyəvi
maddələr səbəbindən zəhərlənirlər.
Xüsusi təhlükə
ifrat miqdarda neft kanserogenini özündə topayan molyusklardır. İnsan bədəninə
daxil olan yeməli molyusklar sağlamlığa ciddi təhlükə yaradır. Neft
tullantılarının bir hissəsi sahil zolaqlarında toplanır, bunun nəticəsində çimərliyə
gələn çox sayda heyvan və insan zərər çəkir. Dəniz sahələrinin neftlə çirklənməsi
son dərəcə ciddi və narahatedici məsələdir.
Kənd təsərrüfatı və sənaye
Sənayedə
və kənd təsərrüfatında istifadə olunan təxminən beş min ton civə okeana daxil
olur. Civə suyun məhsuldarlığını əhəmiyyətli dərəcədə azaldır. Yüksək
konsentrasiyada üzvi maddələrin sintezi kimi xidmət edən və oksigen meydana gəlməsinə
kömək edən yaşıl yosunların sayının azaldır. Fitoplanktonun udduğu ağır
metallar qida zənciri vasitəsi ilə mürəkkəb orqanizmlərə ötürülür. Beləliklə,
balıq və digər dəniz heyvanları zərərli maddələrin son dərəcə zəhərli
konsentratlarını toplayır.
Kənd təsərrüfatında
istifadə olunan pestisidlər son dərəcə böyük əraziləri əhatə edir. Kimyəvi
sabitliyə və geniş yayılmasına görə dənizlərə və okeanlara da daxil olurlar.
Xloroorqanik tərkibli maddələrin toplanması insanların sağlamlığına böyük təsir
göstərir.
Çirkab suları
Bir çox
faydalı və zərərli bakteriya okeanların və dənizlərin səthində toplanır. Çirkab
sularının dənizə nəzarətsiz buraxılması səbəbindən mədə-bağırsaq xəstəliklərinə
səbəb olan müxtəlif patogen bakteriyalar böyük şəhərlərin yaxınlığında tez-tez
görünür.
Nəticə
Bir
insanlıq olaraq yalnız dövlət səviyyəsində qlobal istiləşmə və okeanların müxtəlif
kimyəvi tullantılarla çirklənməsi kimi qlobal problemlərlə məşğul ola bilərik.
Buna baxmayaraq dənizlərin və okeanların plastik çirklənməsi hər bir insanın
ixtiyarındadır. Axı, plastik istehlak şüurundan okeanın və onun sakinlərinin vəziyyətini
müəyyənləşdirir. Çox istifadəyə yararlı çantaları, paketləri istifadə etmək,
plastik əvəzinə şüşə qablar seçmək, birdəfəlik qablardan imtina etmək kifayətdir.
Planetimizin vəziyyəti hər bir insanın hərəkətlərindən birbaşa asılıdır.
Mənbə: ecoportal.info
Tərcümə
edən: Rövşən Nəzərov
Комментариев нет:
Отправить комментарий