2020-05-03

Teodolit - növləri, işləmə prinsipi, quruluşu və tətbiq sahəsi.



Optik teodolit
Teodolit üfüqi və şaquli bucaqları müəyyənləşdirmək üçün geniş yayılmış ölçü cihazıdır. Tikinti işlərində, geodeziya tədqiqatlarında və topoqrafik çəkilişlərdə istifadə olunur. Onun köməyi ilə, dəqiqələrlə (red. Bucaq dəqiqələri - dərəcənin 60 da 1 hissəsi olan həndəsi vahiddir. Eləcə də, saata uyğun olaraq onun da 60 da 1 hissəsi saniyə hesab olunur.) şaquli və üfüqi bucaqları müəyyən edə bilərsiniz. 
 Cihazın ayrı modifikasiyaları cihazın qabiliyyətini artıran və obyektlərə olan məsafəni təyin etmək üçün istifadə etməyə imkan verən uzaqlıq ölçən aparatla təchiz edilmişdir. Bu konstruksiya əsasında, əsas konfiqurasiyanın istifadəsinin daha az uğurlu olacağı müəyyən çəkiliş şəraitinə uyğunlaşdırılmış digər qurğular hazırlanmışdır.





Teodolitlərin növləri


Dəqiqliyinə görə teodolitlər 3 yerə ayrılır:
1.      Yüksək dəqiqlikli
2.      Dəqiq
3.      Texniki

Yüksək dəqiqlikli teodolitlərdə 1″-ə (1 saniyə) bərabər və ya daha az bir ölçmə xətası olur. Bu tikintisində yüksək dəqiqlik tələb olunan obyektlərdə istifadə olunan bahalı avadanlıqdır. Nadir hallarda istifadə olunur, çünki teodolit tərəfindən yerinə yetirilən işlərin çoxu belə yüksək dəqiqliyi tələb etmir.
Dəqiq teodolitlərdə 10″-dən çox olmayan xəta olur. Bu cür cihazlar çox təlabatlıdır. Satışda olan cihazların böyük əksəriyyəti məhz belə xətaya malikdir.
Elektron teodolit
Texniki teodolitlərdə 60″-ə qədər ölçmə səhvi ola bilər. İlk baxışdan bu çox böyük rəqəm kimi görünür, amma böyük dəqiqliyin o qədər də vacib olmadığı obyektlər də var. Bu cür qurğular yalnız az mərtəbəli tikintilərdə istifadə edilə bilər. (red. Tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi, eləcə də gələcək mütəxəssislərə praktika zamanı  belə cihazların istifadəsi geniş yayılmışdır.)
Teodolit qədim bir cihazdır, buna görə də oxşar əməliyyat prinsipinə sahib olan, lakin struktur baxımından bir-birindən fərqli olan bir neçə modifikasiyanın olması təəccüblü deyil.




Teodolit aşağıdakı növlərə ayrılır:


·         Optik
·         Elektron
·         Lazer
Optik teodolit ilk icad edildi. Onun iş prinsipi linzasına şkala çəkilmiş baxış borusundan istifadə etməkdir. Şkalaya vasitəsi ilə tədqiqat obyektinin şaquli və ya üfüqi nöqtələri arasındakı bucağa əsasən yerinin təyin edilməsi həyata keçirilir.
Lazerli teodolit 
Elektron teodolitlər maye kristal ekran və sensor sistemi ilə təchiz olunur. Quraşdırıldıqdan və bucağı ölçmək lazım olan nöqtələrə təyin edildikdən sonra bucağı müstəqil olaraq müəyyənləşdirir və ekranda rəqəmsal dəyərlə göstərilir. Bu, operatorun işini minimuma endirir, çünki optik cihazların istifadəsindən fərqli olaraq, şkalaya diqqətlə baxmağa ehtiyac yoxdur.
Lazerli teodolitlər ölçmə obyektində görünən lazer şüası ilə nişanlayan cihazla təchiz olunmuşdur. Operator onu lazımi iki nöqtədən keçməsi üçün ayarlayır. Cihazın özü avtomatik olaraq lazer şüasının parıltısı olan meyl bucağını müəyyən edir. Bu cür qurğular məhdud diapazona malikdir, çünki lazer şüası çox yayıla bilmir. Belə qurğular tikinti işlərində istifadə olunur. Sütunlar quraşdırması və körpülərin tikintisi üçün xüsusilə əlverişlidir.
Ən sadə teodolit necə işləyir?
Ən sadə və etibarlı konstruksiyası optik teodolitlərdir. Onların əsas komponentləri bunlardır:
v  Altlıq
v  Korpus
v  Baxış borusu
v  Nişanlama üçün tənzimləmə vintləri
v  Silindrik hissə (baxış boruları ora bərkidilir)
v  Teodolitin alt hissəsinə yerləşdirilən ipdən asılı sərbəst yük
v  Ölçmə mikroskopu
Cihazın korpusu altlığa quraşdırılmışdır. Üzərində ölçmə mikroskopu və onunla birləşdirilmiş baxış borusunu saxlayır. Ölçmə obyektinə hədəf qoya bilməyi üçün hərəkətlidir. Ayrıca cihaz iki səviyyəlidir - silindrik və ipdən asılı sərbəst yük. Birincisi üfüqi, ikincisi isə şaquli vəziyyəti müəyyən etmək üçün istifadə olunur.
Teodeolitin linzasındakı tor
Baxış borusu cihazdan müəyyən bir məsafədə yerləşən obyekti müşahidə etmək üçün istifadə olunur. Boru obyekti 15-50 dəfə böyüdür. Obyekt nə qədər yüksəkdədirsə, cihaz da daha uzaq məsafədə yerləşdirilə bilər. Tor çəkilən baxış burusunun göz qapağına obyektiv quraşdırılmışdır. Şüşə üzərində etibarlı çəkilib, silinmir. Bahalı avadanlıqlarda tor boyanmır, oyma üsulu ilə çəkilir.
Tor tənzimləmə zamanı teodoliti istiqamətləndirmək üçün istifadə olunur. Tədqiqat obyektində üfüqi və şaquli istiqamətdə maraq nöqtələrinin qoyulması məhz buna görədir. Əlbətdə ki, bundan əvvəl cihaz səviyyəyə uyğun olaraq qurulur, çünki quraşdırılması zamanı təhriflərin olması hətta təxmini dəqiqliklə belə məlumat əldə etməyə imkan vermir.
Səviyyələr ölçmə işinə başlamazdan əvvəl cihazı quraşdırmaq üçün hazırlanmışdır. Onların köməyi ilə korpusun üfüqi və şaquli tənzimlənməyə nə qədər uyğunlaşdırıldığı müəyyənləşdirilir. Adətən, cihazlar olduqca dəqiq olan silindrik səviyyələrlə təchiz olunmuşdur. Daha büdcəlı və ya yüngül avadanlıqda dəyirmi səviyyədən istifadə olunur.
Nivelir
Dəyirmi bir səviyyədə cihazı taraz yerləşdirmək üçün hava qabarcığının qabcığın mərkəzində olmasına çalışmaq lazımdır. Cihazın tarazlaşdırılmasına tripod şəklində pozisiyası dəyişdirilə bilən altlıq imkan verir. Tripodun ayaqları olmadan birbaşa cihazı çınqıl və ya digər etibarsız səthə qoymamaq məsləhətdir.
Teodolitin vacib elementi optik cihaz və ya mikroskopdur. Böyük yaxınlaşdırma dərəcəsinə sahibdir və ayırıcı tor şkalası şəbəkəsi ilə təchiz edilmişdir. Bu dərəcə və dəqiqələri göstərir. Daha dəqiq cihazlar saniyələri də göstərir. Bir optik cihaz limb (snayper nişangahındakı kimi çevrə onun mərkəzində “+” işarəsi) adlanan şkala istifadə edir. Baxış borusundakı tor tərəfindən sabitlənmiş iki nöqtə arasındakı meyilliyi dəqiq təyin etməyə imkan verir.

Teodolitin nivelirdən fərqi


Fototeodolit

Tez-tez teodolit nivelir ilə səhv salınır, çünki görünüşünə görə onlar bir-birinə çox oxşayırlar. Əslində bu cihazları ayırmağa imkan verən bir sıra fərqlər var. Əvvəla, məqsədləri ilə fərqlənirlər. Teodolit bucaqları, nivelir isə şaquli yüksəkliyi müəyyən etmək üçün istifadə olunur.
Hər iki cihaz da torla lazımlı nöqtələri seçən operator tərəfindən idarə olunan oxşar ölçü sistemi ilə təchiz olunmuşdur. Teodolitdə baxış borusu üfüqi və şaquli istiqamətlərdə, nivelirdə isə yalnız üfüqi istiqamətdə hərəkət edir.
Teodolit köməkçinin yardımına ehtiyac duymur. Bu cihazla işləmək, operatorun meyl bucağını ölçə bilməsi üçün obyektdəki nöqtələrlə orientasiya ola bilməsinə kifayət qədər görmə ehtiyacı tələb edir. Nivelir üçün uzun xətkeşi dik vəziyyətdə tutacaq, birbaşa baxış borusunun görünən hissəsində durmalı olan bir köməkçiyə ehtiyacınız var.

Dar ixtisaslaşmış teodolitlər


Əslində, teodolit demək olar ki, istənilən mühitdə bucaqları ölçə bilən universal cihazdır. Bununla belə, müəyyən məqsədlər üçün rahatlığı təmin edən inkişaf etdirilmiş yüksək səviyyəli konstruksiyalar hazırlanmışdır. Bu cür qurğular universallığını itirir, lakin bir sıra üstünlüklər qazanır.
Heroteodolit

Fototeodolit

Eləcə də kinoteodolit də deyilir. Bu cihaz teodolit və fotokameranın funksiyalarını birləşdirir. Onun köməyi ilə maraq obyektinin bucağının fotoşəkilləri çəkilir. Fototeodolitlər sınaq zamanı uçan aparatların koordinatlarındakı xətaları düzəltmək üçün də istifadə olunur. Fotoqrafiya avadanlıqları sahəsində müasir texnologiyaların inkişafına baxmayaraq, fototeodolitlər yalnız rəqəmsal kameralar şəklində deyil, həm də kinolentliləri də istehsal olunur.

Heroteodolit

Tunellərin və mədənlərin inşası zamanı oriyentasiya tapılmasının həyata keçirildiyi heroskopik bir cihazdır. Artıq hərbi topoqrafiyada da geniş istifadə olunur, azimutun istiqamətini təyin edilir. İş prinsipinə görə bu qurğu herokompasa bənzəyir.

Mənbə: tehpribory.ru
Tərcümə edən: Rövşən Nəzərov

Комментариев нет:

Отправить комментарий