2020-05-07

Termal çirklənmə



Termal çirklənmə ətraf mühitin fiziki çirklənməsinin bir növüdür. Təbii səviyyəni aşan temperatur səviyyəsinin artması ilə xarakterizə olunur. Bütün ekosistemə zərərli təsir göstərir.

Yaranma səbəbləri

Bir çox ərazilərin şəhərləşməsi nəticəsində qübbə görünüşə sahib "istilik qapağı" meydana gəldi. Bu növ çirklənmənin əsas mənbələri yüksək temperatura qədər qızdırılan havanın tullantıları ilə əlaqələndirilir. Ayrıca, isti su çirkab sularının su qəbuledicilərinə atılması hidrosferə mənfi təsir göstərir. İstilik çirkliliyinin şiddətli olması "İstixana effekti"nin yaranması ilə müşayət olunur.

Təsir növləri

Termal çirklənmənin təsiri hidrosferə, atmosferə və litosferə yayılır. Onların hər birini daha ətraflı nəzərdən keçirək:

Hidrosferə təsir

Bütün elektrik stansiyalarının fəaliyyəti içindəki kondensatorları və turbinləri sərinləmək üçün kanaılizasiya sularının istifadəsi ilə əlaqələndirilir. Müəssisələrdən isti maye də suya daxil olur. Bu səbəblərə görə suyun temperaturu orta hesabla 8 dərəcəyə qədər yüksələ bilər.

Atmosferə təsir

Böyük sənaye komplekslərinin işləməsi atmosferin vəziyyətinə ciddi təsir göstərmişdir. Ən böyük təsir enerji, metallurgiya, neft emalı və nəqliyyat ilə əlaqəli müəssisələrdir. (red. Eləcə də, kömür və daş kömürün də təsiri neftlə bərabər ön sıralardadır.) Onların fəaliyyəti nəticəsində, 120 dərəcəyə qədər istilənən qazlar atmosferə daxil olur. Nəticədə hava istiləşir və bu ərazilərə yaxınlıqda yaşayan bitki örtüyü və başqa canlılar çox sıxılır.

Torpağa təsir

Torpağın temperatur səviyyəsinin artmasının əsas səbəbi sənaye müəssisələrinin və evlərin yeraltı kommunikasiya sisteminin inkişafıdır.
İstehsal müəssisələrinin mənfi təsirini azaltmaq üçün işlər diqqətli görülməlidir, çünki onun təsiri bütün ekosistemin pozulmasına səbəb olur.

Ətraf mühitə antropogen təsir

Hidrosferin çirklənməsi sualtı heyvanların tam deqradasiyasına səbəb olur. Temperatur artdıqca, suyun oksigenlə doyması azalır. İsti suda oksigen çox kiçik dozalarda və daha yavaş həll olur. Ayrıca, sənaye tullantıları nəticəsində suda çox miqdarda karbon qazı və hidrogen sulfid toplanır. Belə şərtlər mavi-yaşıl yosunların böyüməsini təhrik edir. Onların fəaliyyətləri planktonla qidalanan faydalı yaşıl yosunların inkişafına mane olur. Ən başlıcası, temperaturun yüksəlməsi şəraitində balıqlar əziyyət çəkir, bu mühitə uyğunlaşmaqda çətinlik çəkirlər.
Atmosfer çirklənməsi, buludların artmasına, eləcə də, hava hərəkətinin şaquli olduğu, yağıntıların artdığı və rütubətin artdığı termal adaların inkişafına səbəb oldu. Yerli iqlim dəyişkənliyi termal çirklənmə əlamətlərindən biridir.
Litosferin çirklənməsi, temperaturun qəfil dəyişməsinə uyğunlaşmayan bütün digər növləri sıxışdıran istilik sevən bitki növlərinin sürətli inkişafına səbəb olur. Termal çirklənmənin təsiri çəmənliklərə, meşələrə və ətraf şəhərlərə xüsusən mənfi olması ilə səciyyələnir. Kənd təsərrüfatı sahələrinin məhsuldarlığı kəskin aşağı düşür.

Tərcümə edən: Rövşən Nəzərov

Комментариев нет:

Отправить комментарий