Manhattan High Line |
Araşdırma nəticəsində müəyyən olunub
ki, şəhərin gözəlliyi yeni iş və yaşayış yerlərinin cəlb olunmasına, eləcə də, yüksək təhsilli və zəngin əhalinin
gəlməsi kimi müsbət təsirlər göstərir.
Yaraşıqlı və gözəl insanların daha
çox pul qazanmağa meyilli olduqları və karyeralarında daha uğurlu olduqları fenomenini
iqtisadçılar “gözəllik üstünlüyü” adlandırırlar. Bəs şəhərlər üçün də bu keçərlidirmi? İki şəhər iqtisadçısının
araşdırması ilə
razılaşsaq, bəli.
Araşdırma Filadelfiya Federal
Ehtiyat Bankından olan Gerald A.
Karalino və Massaçusets Texnologiya İnstitutundan olan Albert Saiz tərəfindən
aparılmışdır və məqsədi şəhərin gözəlliyi ilə əsas inkişaf göstəriciləri
arasındakı əlaqəni müəyyənləşdirməkdir. İqtisadi inkişaf, əhali artımı və şəhər
rahatlığı (parklardan restoranlara, incəsənət qalareyalarına və muzeylərə qədər
geniş kateqoriyanı əhatə edir) arasındakı əlaqəni öyrənmək üçün bir çox
araşdırmalar aparılmışdır. Lakin bu araşdırma şəhər gözəlliyinin təsirlərini
daha yaxından öyrənməyə fokuslanıb.
Tədqiqatçılar cəlbediciliyi
qeyri-adi üsulla ölçürlər: turist səyahətləri və mənzərəli yerlərin şəkilləri
ilə. Şəkil məlumatları artıq fəaliyyəti dayandırılmış, “Google Maps” tətbiqi
ilə əlaqələndirilərək, dünyanın mənzərəli yerlərində çəkilmiş şəkillərin
məkanını müəyyən edən “Panoramio” adlı tətbiq vasitəsilə əldə olunur. Turizm
məlumatları isə səyahət konsultasiya şirkəti olan “D.K. Shifflet &
Associates” tərəfindən təmin olunur.
Gerald A. Karalino |
Araşdırmada şəhər gözəlliyi parklar,
tarixi yerlər, sahilyanı ərazilər, su mənbələri, dağlar, turizm sənayesinin
ölçüsü və digər amillərlə müqayisə olunur. Tədqiqatçılar 1990-2010-cu illər arasında şəhər mərkəzləri
daxilində, yaxud ətraf ərazilərində məhəllələrin canlanması ilə gözəl
məkanların xüsusiyyətləri, şəhərlərin iqtisadi inkişafının əsas göstəriciləri
arasındakı əlaqəni araşdırırlar.
Tədqiqatçılar yeni
gələnləri cəlb etmək üçün yeni növ məhəllə müəyyənləşdirirlər: Mərkəzi Rekresiya Rayonu.
Bu araşdırma şəhərlər və məhəllələr üçün
əhəmiyyətli gözəllik mükafatına dair sübüt tapır. Mənzərəli yerləri 2 dəfə çox
olan şəhərdə digəri ilə müqayisədə 1990-2010-cu illər aralığında 10% inkişaf
yaxud əhali sayı və iş yerlərində artım müşahidə olundu. Əslində şəhər gözəlliyi
ümumi əhali artımının ən vacib xəbərçisi olan aşağı vergilərlə əlaqəlidir. Əlavə
olaraq, bu şəhərlər qeyri-mütənasib şəkildə daha çox universitet məzunlarını
cəlb edir. Mənzərəli yerləri 25%-dən çox olan şəhərlərdə 25%-dən az olan
şəhərlər ilə müqayisədə universitet məzunlarının sayında təxminən 3% artım
müşahidə olundu.
Albert Saiz |
Şəhərin gözəlliyi, həmçinin mənzil qiymətlərinin
artmasına və mənzilin daha yüksək qiymətləndirilməsinə səbəb olur. Araşdırmanın
nəticəsinə görə, mənzil qiymətləri mənzərəli şəhərlərin siyahısında ilk
dördlükdə olan şəhərlərdə digər şəhərlərə nisbətdə 16% yüksək olur. Demək
olar ki, hər kateqoriya üzrə mənzərənin effekti ən çox olur.
Araşdırma nəticəsində müəyyən olundu ki, şəhərin
gözəlliyinin onun
ölçüsünə təsiri yoxdur. Parkları
və tarixi binaları olan, su mənbələrinə və dağlara yaxınlığı olan, aydın səma
və az yağış müşahidə edilən kiçik və orta ölçülü yerlər də gözəl kimi qəbul
edilə bilər.
Şəhərin gözəlliyindən daxilində yerləşən xüsusi
məhəllələr də faydalanır. Daha cavan, daha təhsilli və daha zəngin insanların
şəhər mərkəzinə köçməsi barədə çox sayda araşdırmalar sənədləşdirilmişdir. Bu araşdırmalar
səciyyəvi olaraq, şəhərin ticarət mərkəzi olan Mərkəzi Biznes Rayonunun yaxınlığında yerləşən
məhəllələrə əhali axınını sənədləşdirir. Bu zənginləşdirmə Nyu-York şəhərinin
Soho, Tribeka və Çelsi məhəllələri kimi yaxınlıqda yerləşən anbar, zavod və
logistika bölgələrində tez-tez baş verir.
Tədqiqatçılar parkların, tarixi məkanların,
abidələrin, turistlərin istiqamətlərini özündə cəmləşdirən Mərkəzi Rekresiya Rayonunun təzə gələn əhalini cəlb
edəcəyini müəyyən ediblər. Misal olaraq yararsız yüksəklikdə yerləşən, əvvəlki
dəmiryolu ərazisi olan Nyu York şəhərinin “High Line” (High Line - yerüstü park zolağı) adlı ərazisinə
tursitlərin axınını göstərmək olar. Mərkəzi Rekresiya Rayonu
Mərkəzi Biznes Rayonu
kimi deyil, şəhərə
qayıdış hərəki üçün maqnit rolunu oynayır, daha zəngin və təhsilli şəxsləri
şəhər mərkəzinin daha rahat və gözəl ərazilərinə çəkir.
Tədqiqatçılar yazır: “İlkin iqtisadi vəziyyətin
pis olmasına baxmayaraq, Mərkəzi İstirahət Bölgəsi digər məhəllələrlə
müqayisədə daha sürətli inkişafa müvəffəq oldu. Kirayə haqqının, gəlirlərin,
təhsil
səviyyəsinin artımı belə gözəl məhəllələrdə
nisbətən sürətli oldu.” Bunu “High Line” bölgəsi boyunca yüksək qiymətli,
dəbdəbəli bina qüllələrinin peyda olmasında müşahidə edə bilərsiz.
Tədqiqatçılar əlavə edirlər ki: “Amerikanın şəhər məhəllələrinin iqtisadi və
demoqrafik inkişafı Mərkəzi İş Bölgəsinə olan məsafə ilə əksər hallarda
əlaqəsiz idi. Ümumilikdə mərkəzi Amerika şəhəri 1990-cı illərə geri qayıtmasa
da, gözəl şəhər içərisində çiçəkləndi.”
Gözəl yerlər təkcə təbii olaraq əmələ gəlmirlər.
Onlar dövlət siyasətinin və sərmayənin məhsuludur. Əlbəttə ki, heyrətamiz sahil
zonaları yaxud mənzərəli dağ silsilələri
kimi bəzi yerlərə təbii gözəllik bəxş olunub. Lakin şəhərlər parklara yatırım edərək və abidə və tarixi
məkanları qorumaqla özlərini daha gözəl edə bilərlər və bu təhsilli və zəngin
insanlar üçün daha cəlbedicidir.
Həqiqətən, araşdırma parklar və istirahət
məkanlarına 10% daha çox yatırım edilməsinin asudə vaxtlarda edilən səfərləri
2.3%, turizm sənayesindəki məşğulluğu isə 1.3% artması ilə əlaqəli olduğunu
göstərir. Və bu yalnız müasirləşməyə görə baş vermir. Amerikanın ən valehedici
abidələri – böyük parkları, muzeyləri və memarlıq baxımından heyranedici
ictimai binaları – “Gözəl Şəhər” hərəkatının və “Yeni Sövdələşmə” xərclərinin
məhsuludur.
Nəticə: Şəhər gözəlliyi iqtisadi inkişaf və
şəhərin dirçəlişi üçün güclü alətdir. Lakin bununla bərabər zənginləşdirmə
və yerdəyişmə də gətirir. Araşdırma müəlliflərinin dediyi kimi: “Kirayə
haqları, gəlirlər və təhsil nailiyyətləri gözəl şəhər məhəllələrində daha
sürətli artdı, lakin azlıqların yerdəyişməsi hesabına.”
İnklüziv şəhər |
Şəhər siyasətçiləri şəhər gözəlləşdirilməsinin
bütün xərclərini və faydalarını nəzərə almalıdırlar. Onlar səlahiyyətlərindən
istifadə edərək yanaşı yerləşən, ictimaiyyət üçün yaradılan və dəyərləndirilən
rahatlıqlardan yeni kondominimumlar (müştərək işlədilən ərazi) inşa edə
bilərlər. Bu da daha çox vergi ödənməsinə, əlverişli yaşayış yerlərinin
təmin edilməsinə, yaxud yerli əhalinin layihədə iş tapmasına səbəb olacaqdır.
Şəhərlər gözəlləşdirmə layihələrindən əldə olunan artan gəlirləri uyğun
qiymətli yaşayış yerlərinə, işçi qüvvəsinin inkişafına və cəmləşmiş yoxsulluğun
azalmasına sərf edə bilər.
Əslində, araşdırma cəmlənmiş yoxsulluğun
turistlərin şəhərin gözəlliyini necə başa düşmələrinə şübhəsiz pis təsir
göstərdiyini qeyd edir. Bu müəlliflərin “yoxsulluğun azaldılması üçün vacib bir
motivasiyaya işarə edir: Bərabərsizliyi azaltmaqla şəhərlər zəngin insanlar da
daxil olmaqla, hər kəs üçün daha cəlbedici olacaq.” sözlərinə müvafiqdir. Daha inklüziv şəhər daha gözəl şəhərdir.
Tərcümə edən: İlqar
Cəfərov
Комментариев нет:
Отправить комментарий