2020-06-25

Urbanizm həyat tərzi kimi



Luis Virt
Çikaqo Sosiologiya məktəbinin təmsilçisi Luis Virtin “Urbanizm həyat tərzi kimi” kitabının 3cü hissə “Urbanizm nəzəriyyəsi”-ndən bir parça:
Şəhər mövzusuna həsr olunmuş ədəbiyyatın əksəriyyətində, şəhər haqqında ictimai varlıq olaraq bizə mövcud olan məlumatları sistematik şəkildə təqdim edən urbanizm nəzəriyyəsini boş yerə axtarmalı idik. Düzdür, tarixi inkişaf və dövri proses kimi qəbul edilən şəhər böyüməsi kimi xüsusi problemlər haqqında mükəmməl bir nəzəriyyə hazırlaya bilmək kimi üstünlüyümüz var; sosioloji əhəmiyyətə malik kəşfləri və şəhər həyatının çoxsaylı fərdi aspektlərini əks etdirən empirik tədqiqatları özündə cəmləşdirən geniş bir ədəbiyyat mövcuddur. Lakin şəhərə həsr olunmuş tədqiqat axını və dərsliklərin getdikcə artmasına baxmayaraq, hələ də empirik tətqiqatlarda öz əksini tapan, şəhərin sosioloji tərifində əksini postulatlar toplusundan çıxarıla bilən və ümumi sosioloji biliklərimizdən, bunun səbəbini tapmaq mümkün olan möhkəm fərziyyələr mövcud deyil. Əlimizdə olanların hamısından, şəhərsalmanın sistematik nəzəriyyəsinə ən yaxın olan Maks Weberin “Şəhər” oçerki və Robert E. Parkın “Şəhər: şəhər mühitində insan davranışının öyrənilməsinə dair təkliflər” adlı unudulmaz məqalələrini misal kimi göstərmək olar. Lakin hətta bu möhtəşəm əsərlər belə səmərəli tədqiqatın əsas götürülə biləcəyi nizamlı və ardıcıl nəzəri konsepsiyanı təşkil etmir.



Maks Veber
Robert Park
Sonradan, şəhərin bəzi fərqli xüsusiyyətlərini vurğulamağa çalışacağıq və sonra ümumi sosioloji nəzəriyyə və empirik tədqiqat işığında nəyin nəticələrinin və ya digər xarakterik xüsusiyyətlərinin meydana gəldiyini göstərəcəyik. Beləliklə, urbanizm nəzəriyyəsini təşkil edən bir sıra əsas tezisləri əldə etməyə ümid edirik. Bu fərziyyələrin bəziləri artıq çoxsaylı tədqiqatların materialları ilə dəstəklənə bilər, digərləri fərziyyə kimi qəbul edilə bilər, bunun lehinə daha dəqiq və hərtərəfli yoxlanmanı tələb edən ilkin məlumatlar mövcuddur. Ümid edirik ki, belə fəaliyyət ən azından hal-hazırda şəhər haqqında sistematik biliklərimizi və hansı fərziyyələrin sonrakı araşdırmalarımız üçün daha əhəmiyyətli və məhsuldar hesab edilməli olduğunu göstərəcəkdir.
Urbanist sosioloqunun əsas vəzifəsi adətən çox sayda heterogen individlərin nisbətən sabit və kompakt yaşayış yerlərində yaranan ictimai fəaliyyət və təşkilat formalarını müəyyənləşdirməkdir. Bununla yanaşı, urbanizmin özünə uyğun şərtlər olduqda ən xarakterik və kəskin formasını alacağı qənaətinə gəlmək də lazımdır. Sosium nə qədər böyükdürsə, daha sıx yaşayır və bir o qədər də heterogen deyilsə, urbanizmin xüsusiyyətləri bir o qədər güclü şəkildə özünü biruzə verəcəkdir. Sosial sahədə müəyyən inistutların və təcrübələrin başlanğıc yaranma səbəbləri bu problemləri həll etmək deyildi və şəhər həyat tərzi lazımi şərtlərə tamamilə yad olan şərtlərdə yaranırlar.
Yəqin ki, şəhərin tərifinə daxil etdiyimiz əsas şərtlərin seçimini necəsə əsaslandırmalısınız. Biz gərəksiz fərziyyələri çox yükləmədən, eyni zamanda mümkün qədər geniş və denotativ hala gətirməyə çalışdıq. Şəhərin formalaşması üçün sayca böyük əhalinin lazım olduğunu söyləyərək, əlbəttə ki, müəyyən bir əraziyə nisbətən çox sayda, yəni yüksək əhali sıxlığını nəzərdə tuturuq. Bununla yanaşı, çox sayda və yüksək əhali sıxlığını ayrı amillər hesab etmək üçün vacib səbəblər var, çünki bunların hər biri çox fərqli sosial nəticələrlə əlaqəli ola bilər. Eynilə, əhalinin sıxlığı ilə yanaşı, şəhərsalmanın ayrılmaz və ayrı bir meyarı olaraq heterogenliyini də vurğulamaq zərurəti şübhə altına alına bilər, çünki fikir ayrılıqlarının populyasiyanın artmasına görə çoxalacağını gözləmək təbiidir. Bu meyarı qorumaqla deyə bilərik ki, şəhər əhalinin heterogenliyini bu dərəcədə və çox sayda qanunauyğunluqla tam izah edilə bilməyən və ya normal paylanma əyrisi ilə adekvat şəkildə təmsil oluna bilməyəcəyini göstərir. Şəhər əhalisi öz demoqrafiyasını təmin etmədiyi üçün (red. Azərbaycanda da bu situasiya özünü göstərir, lakin vəziyyət bir az fərqlidir.) digər şəhərlərdən, kənd yerlərindən və başqa ölkələrdən gələn miqrantlar hesabına dolmaq məcburiyyətində qalır. Beləliklə, tarixən şəhər irqlərin, xalqların və mədəniyyətlərin əritmə sobası və yeni bioloji və mədəni hibridlərin yaranması üçün ən əlverişli yetişdirmə yeri olmuşdur. O nəinki fərdi fərqlərə dözdü, hətta mükafatlandırdı. O dünyanın müxtəlif guşələrindən olan insanların eyni olmasına görə yox, bir-birlərindən fərqli və buna görə də faydalı olduqları üçün bir araya gətirdi.
Müşahidələr və tədqiqatlara əsaslanaraq qrup həyatının a) demoqrafiyası, b) onun sıxlığı və c) sakinlərin heterogenliyi ilə əlaqəsi barədə bir sıra sosioloji mülahizələr formalaşdırıla bilər.



Yaşayış məskəninin ölçüsü
Hələ Aristotelin "Siyasət" əsəri ərsəyə gələn dövründən bəri, əhalisinin sayı müəyyən bir həddə çatan bir qəsəbədə sakinlərin aralarındakı münasibətlərə və şəhərin xarakterinə təsir göstərdiyi qəbul edildi. Yuxarıda göstərildiyi kimi çox əhali daha geniş diapazon fərqli fərdləri ifadə edir. Bundan əlavə, qarşılıqlı əlaqə prosesində nə qədər çox fərd iştirak edərsə, potensial differensasiyası da bir o qədər çox olar. Nəticə etibarı ilə kənd camaatından daha çox şəhər cəmiyyəti içərisində şəxsiyyət xüsusiyyətləri, peşələri, mədəni həyatı və fikirlərindəki dəyişkənliyin daha geniş olacağını demək olar.
Buradan belə bir nəticəyə gəlmək olur ki, bu cür dəyişikliklər vətəndaşların dəri rəngi, etnik mənşəli, iqtisadi və sosial vəziyyətinə, zövqünə və üstünlüklərinə görə məkan bölgüsü mənbəyinə çevrilir. Cəmiyyət üzvlərinin mənşəyi və şəxsi tarixi baxımından bir-birindən fərqli olan qohumluq və qonşuluq əlaqələri, ortaq bir xalq ənənəsi şəraitində bir çox nəsillər boyu birlikdə yaşamaqla yaranan hisslər ən yaxşı halda nisbətən zəifdir, əksinə tamamilə yoxdur. Belə şəraitdə ənənəvi cəmiyyətin birliyinin dayandığı həmrəylik bağları rəqabət və rəsmi nəzarət mexanizmləri ilə əvəz olunur.
İcma sakinlərinin sayı bir neçə yüz nəfərdən çox olduqda, cəmiyyətin hər bir üzvü hər kəsin şəxsən tanıma fürsətini itirir. Bu faktın sosial əhəmiyyətini nəzərə alaraq Maks Weber qeyd etdi ki, sosioloji baxımdan böyük bir əhali və yüksək əhali sıxlığı, bir qayda olaraq, qonşu cəmiyyət üçün xarakterik olan sakinlər arasında qarşılıqlı şəxsi tanışlığın olmaması deməkdir. Nəticə etibarilə, əhalinin artması sosial əlaqələrin xarakterində bir dəyişiklik deməkdir. Simmelin qeyd etdiyi kimi, saysız-hesabsız insanlarla davamlı xarici münasibətlər kiçik şəhərcikdəkinə uyğun olsaydı, yəni demək olar ki, qarşınıza çıxan hər kəsi tanısaydınız və hamı ilə birbaşa əlaqəniz olsaydı, daxili dünyanız atomlarına kimi dağılardı və daxili vəziyyətin normal olması qeyri-mümkün olardı.



Fərdlər kimi tam təmasda olmağın mümkün olmadığı şəraitdə qarşılıqlı vəziyyətdə olan insanların sayının artması, insan münasibətlərinin seqmentləşməsini yaradır, bəzən şəhər şəxsiyyətinin "şizoid" xüsusiyyətini izah etmək üçün şəhərlərin zehni həyatını tədqiq edənlər tərəfindən xatırlanır. Bu, şəhər sakinlərinin kəndlilərdən daha az tanışlarının olduqları demək deyil (bəlkə də əksinə); əksinə, gündəlik həyatda gördükləri və məşğul olduqları insanların sayına nisbətdə daha kiçik bir hissəni tanıdıqlarını və o qədər də yaxından tanımadıqlarını göstərir. Bir qayda olaraq, vətəndaşlar bir-birini çox seqmental rollarda görürlər. Onların həyati ehtiyaclarını qarşılamaqda, əlbəttə ki, kənd sakinlərindən daha çox sayda insandan asılıdır və konkret şəxslərdən yox, daha çox çoxsaylı mütəşəkkil dəstədən asılıdırlar və bu asılılıq digərinin fəaliyyət dairəsinin son dərəcə dar tərəfi ilə məhdudlaşır. Məhz buna görə də, birinci yox, ikinci dərəcəli əlaqələrin vacib olduğu söylənilir. Şəhərdəki təmaslar, üz-üzə baş versələr də, simasız, səthi, ani və seqmentlidir. Beləliklə də, şəhər sakinlərinin münasibətlərində göstərdikləri gizlilik, laqeydlik və şübhə, özlərini başqalarının şəxsi iddialarından və gözləntilərindən qorumaq üçün bir vasitə kimi görülə bilər. Şəhər sosial əlaqələrinin səthi, anonim və ötəri olması, ümumiyyətlə şəhər sakinlərinə aid olan incəliyi və rasionallığı dərk etməyə imkan verir. Münasibətlərimiz, adətən, dostlarımızın həyatımızda oynadığı rolun, əksər hallarda bizim məqsədlərimizə çatmaq üçün bir vasitə hesab etdiyi mənada faydalara əsaslanır. Demək, fərd bir tərəfdən müəyyən dərəcədə azadlığa qovuşur və ya ona yaxın olan qruplar tərəfindən fərdi və emosional nəzarətdən azad olur, digər tərəfdən inteqrasiya olunmuş cəmiyyətdə həyatı müşayiət edən özünü ifadə etmə, mənəviyyat və mənlik rahatlığını itirir. Bu, texnoloji bir cəmiyyətdə müxtəlif sosial pozulmaları izah etməyə çalışan Durkheimin danışdığı anomiya vəziyyətini və ya sosial boşluq halını meydana gətirir.

Emile Dunkerheim















Tərcümə edən: Rövşən Nəzərov
Mənbə: archspeech.com

Комментариев нет:

Отправить комментарий