2020-07-02

Şəhərimizi yağış sularından necə xilas etmək olar ?



Unutmayın, su şəhərin düşmənidir! Sudan hər cür problem yaranır: səkiləri və küçələri dağıdır, yollarda palçığa, piyadalarda isə pis əhval-ruhiyyəyə səbəb olur. Qışda isə səkilərdə buz qatının yaranmasına səbəb olur və piyadaların normal hərəkət etməsini mümkünsüz edir. Buna görə şəhərin vəzifəsi küçələrdən yağış suyun mümkün qədər tez kənarlaşdırılmasına nail olmaqdır. 

Rusiyada (eləcə də, Azərbaycanda, xüsusilə Bakı şəhərində) yağış sularının kənarlaşdırılması (yollarda drenaj sistemi) bu gün böyük bir problemdir. Köhnə SSRİ-dən qalma yağış kanalizasiya sistemi əksər hallarda dağılmış, dolmuş (tıxanmış) olur və yaxud yükün öhdəsindən gələ bilmirlər. Yeni tikilmiş yollarda, qəsəbələrdə, yaşayış massivləridə drenaj sistemi yoxdur. Bizdə ümumiyyətlə elə fikirləşirlər ki, yağış suyu necəsə öz yolunu tapıb harasa axacaqdır. Nəticədə, hətta kiçik yağışdan sonra belə kanalizasiyalar dolur, yeni yollar və səkilər dağılır, hər yerdə palçığa, kiçik su gölməçələrinə səbəb olur.
Niyə bu baş verir? Axmaqlar və qənaət. Bir tərəfdən, bizdə şəhərsalmadan anlayışı olmayan, ümumiyyətlə tikintisinə icazə verilmiş layihələrin gələcəkdə istismarı haqqında düşünməyən sifarişçilər vardır. Digər tərəfdən isə daha çox yeyinti etmək istəyi. Yeni bir küçə tikintisi zamanı yeyinti edə bilərsiziniz? Axı, yollara asfalt döşəməmək və ya xətlənməni etməmək olmaz - hamı dərhal fərqinə varacaq. Ancaq drenaj sistemlərini etməmək də olar. Çünki bu vizual olaraq gözə görünmür.
Bu gün başqa ölkələrdə drenaj probleminin necə həll olunduğunu nəzərinizə çatdırmaq istərdim. Bəlkə icra başçılarımızdan biri bu barədə düşünəcək və Rusiyada ən azından bir nümunəvi şəhər və yaxud rayon olacaqdır.
Deməli, şəhərə yağış yağdı və suyu kənarlaşdırmaq lazımdır. Şəhərdən kənarda bizə aydındır ki, torpaq yağıntının böyük bir hissəsini özünə çəkir və təbii yolla su kənarlaşır. Ancaq şəhərdə hər yer asfalt və beton örtüyü olduğu üçün bu mümkun olmur. Kanalizasiya sistemi istifadə edərək suyu kənarlaşdırmaq lazımdır və bütün bu yağış suyu birbaşa olaraq yönləndirilir şəhər kanalizasiya sisteminə.
Burda bir neçə problemlə qarşılaşırıq:
-Ənənəvi yağış kanalizasiya sistemlərini qurmaq çox bahadır.
-Yağış kanalizasiya sistemləri, əksər hallarda, xüsusilə də yağış güclü olduğu halda bu yükün öhdəsindən gələ bilmir.
-Küçələrdən su palçığı, qumu, yarpaqları və digər zibili yuyub kanalizasiya sisteminə aparır. Bütün bunlar kollektorları tez bir zamanda bağlayır və sistemin effektliliyini azaldır.
-Yağış kanalizasiya vasitəsi ilə küçələrdən zərərli maddələr çaylara və dənizlərə də daxil olur.
Bunlar ağır metallar, avtomobillərdən axan mayelər (yağ, benzin) və digər zibillər aiddir. Yağış kanalizasiya sistemlərində belə zərərli maddələri sudan təmizləyib ayırmaq baha başa gəlir.
Uzun zaman drenaj məsələsi bu cür həll edilirdi: yeraltı yağış kollektorları qurulurdu, Ninja Tısbağalar orada yaşayırdı və hər şey yolunda idi. Ancaq son on ildə tendensiyalar dəyişdi …
İlk böyük nümunələrdən biri Filadelfiyadadır. Şəhərin köhnəlmiş kanalizasiya sistemi tez-tez yağan yağışların öhdəsindən gələ bilmədi, buna görə də şəhər çox vaxt böyük su nohuruna çevrilirdi. 2006-cı ildə Filadelfiya Su Təchizatı İdarəsi qərara gəldi ki, artıq bu infrastrukturu genişləndirməyi dayandırmağın vaxtıdır və yeni yaşıl infrastruktura investisiya etmək lazımdır. Əgər torpaq örtüyünü şəhərə qaytarmaq mümkündürsə, sonsuz şəkildə qazıntı işlərinə, boruların və filtrlərin dəyişdirilməsinə niyə əmək sərf edilsin ki? Məlum oldu ki, bu həm də iqtisadi cəhətdən sərfəlidir: yaşıl infrastrukturun yaradılması 25 il ərzində 2,4 millyard dollar tələb edəcək, ənənəvi infrastruktur isə 8 milyard.
Beləliklə "Yaşıl şəhər, təmiz su" proqramı yarandı. 2006-cı ildən etibarən Filadelfiyada qanuni olaraq nəzərdə tutulmuşdur ki, sahəsi 1500 kvadratmetrdən çox olan hər hansı yeni tikinti layihəsində yağıntının miqdarı 30 mm-ə qədər qəbul edə bilən yaşıl sahələr olmalıdır. Bu kifayət edər ki, köhnəlmiş şəhər kanalizasiya sisteminə ehtiyac olmasın.
O vaxtdan bu yana şəhərdə aktiv şəkildə yağış suyu qəbul edən yaşıllıqlar, yaşıl damlar, süni şəkildə yaradılan bioloji bataqlıqlar tikilir. Asfaltın təxminən 30 %-i su keçiriciliyi olan yol örtükləri ilə əvəz edilmişdir və həmin yol örtükləri burada  1977-ci ildə  Franklin Universiteti tərəfindən Filadelfiyada icad edilmişdir. Yollar boyunca alt hissəsindən su keçirən geotekstil ilə örtülmüş, daş və ya çınqıl ilə doldurulmuş və üzərindən isə torpaq və ağaclarla kamuflyaj edilmiş, xəndəklər şəbəkəsi meydana gəlmişdir. Bunun sayəsində şəhər tamamilə dəyişdi, fotonun sağ (əvvəl) və sol tərəflərini (sonra) müqayisə edin:



Son beş il ərzində Filadelfiya şəhərinin kanalizasiya sisteminin yükü təxminən 30 % azaltdı. Yaşıl infrastruktur gözlənilənləri üstələdi və ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) onu qlobal Storm Water Management Model (SWMM) proqramının bir hissəsi etdi. SWMM, dünyada istifadə olunan Yağış sularının idarə olunması ilə əlaqəli layihələrin planlaşdırılması, təhlili və inkişafı üçün kompüter əsaslı bir modeldir. Onun köməyi ilə Amerika dünya ölkələrinə yaşıl infrastruktura keçməyə kömək edir. Layihələrin həyata keçirildiyi ölkələrə Avstraliya, Fransa, Böyük Britaniya, Norveç, İsveç, Finlandiya və s. kimi ölkələr daxildir.

Şəkil: phillywatersheds.org

Əslində layihənin həyata keçirilməsi olduqca sadədir:
Yağış bağçaları. Bu ərazilər şəhər daxilində ot və kolların əkildiyi, çirklənmiş bir mühitdə mövcud olmağa uyğunlaşdırılmış ərazidir. Onlardan istifadə etməklə suyun dövriyyəsini süni surətdə yaratmaq olar: yağıntılar torpaq - onları zəhərli maddələrdən təmizləyəcək və yeraltı su ehtiyatını artıracaq təbii bir filtr tərəfindən əmilir.

Qrönobl. Şəkil: green-city.su

Bu “bitki qutuları” səki səviyyəsində, bordürlərin ardınca gələrək onları tamamlaya bilər …

Şəkil: phillywatersheds.org

Şəkil: phillywatersheds.org

Eləcə də, səki səviyyəsindən aşağıda da yerləşə bilər. Belə çökəkliklərə yağış qabları deyilir.

Şəkil: phillywatersheds.org

Bu, İsveçin Malmö şəhərində yeni bir küçədir və burada sistemin necə işlədiyini aydın görə bilərsiniz. Hər 20 metrdən bir bu yağış qabları düzəldilmişdir. Üç bölmədən ibarətdir.


Birinci bölmə yoldan su axır. Bu ən çox çirklənmiş su sayılır. Burada irili-xırdalı zibil barmaqlıq vasitəsilə təmizlənir, məsələn yarpaqlar, qum bu rezervuarın dibində çökür. Artıq təmizlənmiş su bitkilər olan böyük bir əraziyə daxil olur.


Daşqın olma ehtimalına nəzərə alaraq şəhər kanalizasiya sisteminin barmaqlıqları nəzərdə tutulmuşdur.


Bütün bu cür problemlərin həlli prinsipcə eynidir. Budur başqa bir variant:

Şəkil: phillywatersheds.org

Ümumiyyətlə belə yağış suyu qəbul edən ərazilərdə torpaq qarışığı 50 % qum, 20-30 % kompost (bitki və heyvan qalıqlarından əmələ gələn gübrə) və digər 20-30 % isə münbit torpaq qatından ibarətdir. Suyun kanalizasiyaya deyil, yağış bağçalarına axması üçün şəhər daxilində suyu lazım olan yerə yönəldən xüsusi drenaj sistemləri və kanallar  qurulmuşdur.



Yığılmış suyu torpaq qəbul edə bilmədikdə və ya su icazə verilən hədləri aşdıqda, hər yağış bağçasında artıq suyu kənarlaşdırmaq üçün bir sistem təmin edilir.



Adətən torpaqdan təxminən 5 sm yüksəkdə yerləşdirilir. Onun vasitəsilə artıq su kanalizasiyaya axıdılır.
Başqa bir variant:



Çox vaxt yağış bağçaları yol və səkilər arasında və ya yaşayış binalarının ətrafında bölüşdürülmüş şəkildə inşa edilir ki, binaların damından axan suyu qəbul edə bilsin.

Parisin yeni yaşayış massivlərindən biri

Ümumiyyətlə, Parisdə yeni yaşayış massivlərində belə bir sistem hər yerdə istifadə olunur.




Binaların girişi:


Yola yaxın olmayan, parkinq ərazilərində geniş bağlar yaradılır. Su isə yağış kanalizasiya sistemi ilə yolun hərəkət hissəsindən buraya axır.

Şəkil: phillywatersheds.org
Şəkil: phillywatersheds.org

Bio-bataqlıq. Əvvəllər tamamilə asfalt və ya beton örtüyünün döşənməsi şəhər üçün ideal landşaft sayılırdı. Bu gün artıq hər şey fərqlidir. ABŞ və Avropanın küçələrində və həyətlərində süni bir relyef - bio-bataqlıqlar yaradılır ki, yağış sularını ora yönəltməklə çirklənmiş suyun təmizlənməsi mümkün olsun.


Fransanın Qrönobl şəhərində “La Caserne de Bonne” kvartalında belə bir bio-bataqlığın gözəl bir nümunəsi var.


Bura isə Parisdir.


Sukeçirən örtük. Əgər yaşayış kvartalı sıx inşa edilmişdirsə, yağış bağçaları və bio-bataqlıqlar düzəltmək üçün yer yoxdursa, o zaman sadəcə səki və yollarda sukeçirən örtük düzəltmək olar. İki seçim var: ya xüsusi məsaməli bir asfaltdan istifadə etmək (bu üsul əsasən yollar üçün istifadə olunur) …

Şəkil: phillywatersheds.org

... ya da daş örtük çəkərkən, kərpic və ya plitələr arasında kiçik boşluqlar qoymaq (suyun hərəkəti üçün bu üsul səkilər üçün daha əlverişlidir).

Şəkil: phillywatersheds.org

Realda bu cür görünür, görünüşcə adi daş örtükdən fərqlənmir:

Denver, Colorado.  Şəkil: werf.org

Bunun necə işlədiyinə baxın:


Daşlar arasındakı boşluqlarda qazon etmək mümkündür - bu suyun süzülməsini yaxşılaşdıracaq və görünüşücə daha cəlbedici görünəcəkdir: əsl canlı səkilər.
Şəkil: nacto.org

Yaşıl damlar. Kifayət qədər boş ərazisi olmayan və ərazinin dəyəri çox yüksək olan yerlər üçün başqa bir çıxış yolu, damları bitki örtüyü ilə örtməkdir. Filadelfiya üçün bu, yuxarıda yazdığım qanunu nəzərə almaqla demək olar ki, universal bir həll oldu: şəhər kanalizasiyanın köməyi olmadan 3 sm-ə qədər yağışın öhdəsindən gəlməlidir. Bir nəzər yetirin:

Şəkil: philadelphiagreenroofs.com

Şəkil: philadelphiagreenroofs.com

Çox zaman drenaj borularına ehtiyac olmur. Dam bağçası binanın üst mərtəbələrindəki mənzillərdə istiliyi qoruyur və isitmə sisteminə qənaət etməyə imkan verir.

Şəkil: philadelphiagreenroofs.com

Ancaq Stokholmun yeni yaşayış massivlərində damlardan axan suyun necə istifadə edilməsi barədə başqa bir həll yolu düşünülmüşdür. Burada yağış suyu xüsusi suayırıcı borular vasitəsilə rezervuarlara yığılır və sonra suvarma üçün istifadə olunur. Suyun buxarlanmaması üçün, rezervuarlara qoruyucu bir örtük quraşdırılmışdır.


Bəzən su rezervuarları yerə deyil, onun altına qoyulur. Lazımi miqdarda rezervuarlar plastik bloklardan yığılır və güclü yağışlar zamanı yollardan, səkilərdən, dayanacaqlardan və binaların damlarından axan su orada yığılır. Artıq bu rezervuarlarındakı su tədricən yerin daxilində torpaq tərəfindən udulur.
Şəkil: rosbiznes-nsk.ru

Ümid edirəm ki, bir gün biz də yağış suyunu necə kənarlaşdıracağımızı düşünməyə başlayacağıq və bunu düzgün edəcəyik!

Tərcümə edən: Şıxnəbi Şıxnəbiyev

Комментариев нет:

Отправить комментарий