2020-07-22

Niyə yaşıl şəhərlər yaşanmış təcrübələrə əsaslanmalıdır ?


Şəkil 1
Təsəvvür edin ki, şəhərdə gəzirsiniz və hava çox istidir. Edəcəyiniz ilk iş yəqin ki, sərin bir məkan tapmaq olardı. Yüksək ehtimalla da qapalı məkana üstünlük verərdiz. Bəs temperatur yüksək olsa belə, şəhərdə gəzərkən sərin açıq hava məkanlarının olması daha yaxşı olmazdımı? 
Əlbəttə olardı. Belə mühitin yaradılması üçün atılmalı olan addımlardan mühüm əhəmiyyət kəsb edəni şəhər ərazisində yaşıllığın artırılmasıdır. Yəqin ki, bir çoxunuz aşağıdakı şəkli (şəkil 1) görmüsünüz. Bu şəkil ağacların təkbaşına ətrafı nə qədər sərinləşdirə bilməsinin bariz nümunəsidir.

2020-07-14

Hər ekoloqun oxumalı olduğu 100 məqalə



Tərcümə edən: Qəndab Məmmədova

Franck Courchamp və Corey J.A.Bradshaw 

Elmi məqalələri oxumaq dəyərlidir və bu elm adamlarının gördükləri işin əksəriyyət hissəsidir. Hələ də, hazırda mövcud məqalələrin artımı və elm adamlarının ixtisaslaşmasının artımı müəyyən çətinliklərə - oxumaqdan imtina etmək, önəmli məqalələrin özünün bir araşdırma sahəsi ilə birbaşa əlaqəli olmaması və ya onların bir neçə il köhnə olması səbəb olur. Bizim obyektiv, ekologiyada əksər önəmli hesab edilən seminal (ilkin) məqalələrin siyahısını təklif edir, beləliklə hər hansı yeni ekoloq, nəzərə alınmayan xüsusi mövzu və ya ekspertizaya ümumi “oxunmalı olan” siyahı vəd edir.

2020-07-13

Ətraf mühitin müdafiəsi: çirklənməyə son qoymaq olarmı və bunu necə etmək olar ?



Heç bir şey təbiətin vəziyyətinə insan fəaliyyəti qədər təsir göstərmir, heç bir təbii fəlakət təbiətə daha ciddi və uzunmüddətli təsir göstərə bilmir. Zəhərli tullantıların axıdılması suyu, havanı, torpağı zəhərləyir və bütöv ekosistemlərin məhvinə gətirir, meşələrin kəsilməsi və brakonyerlik bir çox heyvan növlərinin məhvinə səbəb olur. Texnologiyanın inkişafı ilə vəziyyət gərginləşir.

2020-07-04

İçməli su ehtiyatlarının tükənməsi


Planetin su ehtiyatları yenilənir və nədənsə bəşəriyyət bu mənbənin tükənməz olduğuna inanır. Lakin bu belə deyil. Bu ehtiyatların tükənməsinin səbəbi su ehtiyatlarının azalmasıdır və Yer kürəsindəki bəzi yerlərdə bu çox kəskindir. İçməli və texniki məqsədlər üçün istifadə edilən su bəzi ölkələrdə və ya onların bölgələrində getdikcə əlçatmaz hala gəlir.

2020-07-03

Kür çayının qurumasının səbəbləri, fəsadları və qarşısının alınması yolları



Son günlərin əsas xəbərlərindən biri sözsüz ki, Azərbaycanın yeni və gələcəkdə çox ciddi ola biləcək ekoloji problemi olan Kür çayının Xəzər dənizinə tökülən hissəsindən 50 km-lik məsafədə suyun dənizin suyu ilə qarışması və bunun da yerli sakinlərə və kənd təsərrüfatına vurduğu ağır zərbədir. Mən də bu yazıda onun səbəbləri, gələcək daha ağır fəsadları və qarşısını alma metodları barədə mülahizələrimi irəli sürəcəm. Əlimdə yeni məlumatlar qıt olduğu üçün öncəki illərdən yazılmış ədəbiyyata müraciət edərək ona əsaslanacam. 

2020-07-02

Şəhərimizi yağış sularından necə xilas etmək olar ?



Unutmayın, su şəhərin düşmənidir! Sudan hər cür problem yaranır: səkiləri və küçələri dağıdır, yollarda palçığa, piyadalarda isə pis əhval-ruhiyyəyə səbəb olur. Qışda isə səkilərdə buz qatının yaranmasına səbəb olur və piyadaların normal hərəkət etməsini mümkünsüz edir. Buna görə şəhərin vəzifəsi küçələrdən yağış suyun mümkün qədər tez kənarlaşdırılmasına nail olmaqdır.