2023-03-10

Su ehtiyatlarından səmərəli istifadə edərək torpaqların mühafizə olunması, əkinçiliyin inkişaf etdirilməsi və nəhayət su ehtiyatlarının qənaət olunması. Alternativ suvarılma metodları timsalında.


 

   Hazırda ölkəmizdə olan su qıtlığı, mənzillərdə vətəndaşların sularının kəsilməsi ilə nəticələnir. Bu çıxış yolu deyil nəzərə alsaq ki, Azərbaycan Respublikasının ümumi şirin su ehtiyatının 70 %-i kənd təsərrüfatının müxtəlif sahələrinə, o cümlədən əkinçiliyə sərf olunur, qənaət olunmalı olan sahə də elə məhz əkinçiliyin özüdür. Burada qeyd olunacaq üsullardan əlavə, kollektor-drenaj şəbəkələrinin köhnəldiyini, dolduğu üçün funksiyalarını düzgün yerinə yetirmədiklərini nəzərə almaq lazımdır. Buna görə də, onların yoxlanması, bəzi yerlərdə təmizlənməsi və ya dəyişdirilməsi zəruridir.

2021-12-13

Şəhərdə ağaclara qulluq


Berlin Avropanın ən yaşıl şəhərlərindən biridir. Təxminən, üçdə birini parklar və yaşıllıqlar əhatə edir və küçələr boyu 430,000-dən çox küçə ağacları sıralanır. Ən geniş yayılanı cökə ağaclarıdır, onların ürək şəkilli  yarpaqları şəhərin hər yerindən görünür. Onlar hətta, adını böyük mərkəzi bulvara (Unter den Linden) veriblər.

2021-02-21

Biz və Torpaq

 

Torpaq – uğrunda ölən varsa, Vətəndir... Bu ifadəni doğulduğumuzdan bəri hər yerdə və hər kəsdən eşidirik. Axı “Topraq” nədir ki, onu bütün şairlər, yazıçılar vəsf eləyir, bəstəkarlar onun haqqında möhtəşəm musiqilər bəstələyirlər. Onu insanlar üçün müqəddəsləşdirən şey nədir?

Elm adamları torpağın tərkibini, əmələgəlmə prosesini və s. öyrənmişlər. Buna baxmayaraq, dünyanın istənilən yerində insanların torpağa olan münasibəti aşiqin məşuqa, rahibin tanrıya, Şeytanın pisliyə olan sevgisi kimidir. Hər bir xalqın torpaqla bağlı inancı, adət-ənənələri, mifologiyası vardır.

2021-02-16

Sivilizasiyanın gələcək inkişafının mümkün yolları və gələcəyimiz üçün ekoloji təhsilin əhəmiyyəti


Ekologiyaya (əsasən, sosial ekologiyaya) "cəmiyyət və təbiət arasındakı ziddiyyət" kontekstində baxanda sivilizasiyanın gələcək inkişafının mümkün yollarını əsasən 3 qrupa ayırırlar:

1. Biosentrizm - bu yanaşmanın başlıca şüarı təbiətə qayıdışıdır. Yəni, insan bioloji bir növ olaraq öz gələcəyini təmin etmək üçün təbiətlə harmoniyada yaşamalı, aradakı ziddiyyəti (cəmiyyət-təbiət ziddiyyəti nöqteyi nəzərindən) sıfıra endirmək mümkün olmasa belə, onu minumuma endirməlidir. Nəzərə alsaq ki, digər bioloji növlərin təbiətə təsiri lokal xarakterlidir və sadəcə insan təbiətdə qlobal dəyişikliyin yaranmasına səbəb olur, bu yanaşma gələcəyimizi şəkilləndirə bilər. Biosentrizm son dərəcədə qulağa xoş gəlsə də, digər tərəfdən bu hal-hazırda utopyadır. Yəni, bəşəriyyətin ağlındakı "yüksək mədəniyyət" anlayışına ziddir!

2021-02-08

“Yan ov” nədir?



Balıq ovu zamanı hədəflənməmiş dəniz heyvanlarının təsadüfən tutulması və ölümü “yan ov” (bycatch) olaraq bilinir və dünya miqyasında dəniz biomüxtəlifliyi üçün əsas təhlükələrdən biridir.

2021-01-31

Urban95


Əgər şəhəri 95 sm-dən (3 yaşlı uşağın hündürlü-yündən) görə bilsəydiniz nəyi dəyişərdiz?

Urban95 bu suala şəhər planlaşdırıcılarına, şəhər dizaynerlərinə və digər urbanistlərə onların işlərinin uşaq inkişafına necə təsir etməsini anlamaqda kömək etməklə cavab verməyə çalışır. Biz, həmçinin, onlara azyaşlı uşaqları olan ailələrin yaşamalarının, oynamalarının, qarşılıqlı əlaqələrinin və şəhərlərarası hərəkət etmələrinin yaxşılaşdırılması üçün səmərəli üsulları müəyyən etməyə də kömək edirik.

2020-07-22

Niyə yaşıl şəhərlər yaşanmış təcrübələrə əsaslanmalıdır ?


Şəkil 1
Təsəvvür edin ki, şəhərdə gəzirsiniz və hava çox istidir. Edəcəyiniz ilk iş yəqin ki, sərin bir məkan tapmaq olardı. Yüksək ehtimalla da qapalı məkana üstünlük verərdiz. Bəs temperatur yüksək olsa belə, şəhərdə gəzərkən sərin açıq hava məkanlarının olması daha yaxşı olmazdımı? 
Əlbəttə olardı. Belə mühitin yaradılması üçün atılmalı olan addımlardan mühüm əhəmiyyət kəsb edəni şəhər ərazisində yaşıllığın artırılmasıdır. Yəqin ki, bir çoxunuz aşağıdakı şəkli (şəkil 1) görmüsünüz. Bu şəkil ağacların təkbaşına ətrafı nə qədər sərinləşdirə bilməsinin bariz nümunəsidir.