2020-06-25

Urbanizm həyat tərzi kimi



Luis Virt
Çikaqo Sosiologiya məktəbinin təmsilçisi Luis Virtin “Urbanizm həyat tərzi kimi” kitabının 3cü hissə “Urbanizm nəzəriyyəsi”-ndən bir parça:
Şəhər mövzusuna həsr olunmuş ədəbiyyatın əksəriyyətində, şəhər haqqında ictimai varlıq olaraq bizə mövcud olan məlumatları sistematik şəkildə təqdim edən urbanizm nəzəriyyəsini boş yerə axtarmalı idik. Düzdür, tarixi inkişaf və dövri proses kimi qəbul edilən şəhər böyüməsi kimi xüsusi problemlər haqqında mükəmməl bir nəzəriyyə hazırlaya bilmək kimi üstünlüyümüz var; sosioloji əhəmiyyətə malik kəşfləri və şəhər həyatının çoxsaylı fərdi aspektlərini əks etdirən empirik tədqiqatları özündə cəmləşdirən geniş bir ədəbiyyat mövcuddur. Lakin şəhərə həsr olunmuş tədqiqat axını və dərsliklərin getdikcə artmasına baxmayaraq, hələ də empirik tətqiqatlarda öz əksini tapan, şəhərin sosioloji tərifində əksini postulatlar toplusundan çıxarıla bilən və ümumi sosioloji biliklərimizdən, bunun səbəbini tapmaq mümkün olan möhkəm fərziyyələr mövcud deyil. Əlimizdə olanların hamısından, şəhərsalmanın sistematik nəzəriyyəsinə ən yaxın olan Maks Weberin “Şəhər” oçerki və Robert E. Parkın “Şəhər: şəhər mühitində insan davranışının öyrənilməsinə dair təkliflər” adlı unudulmaz məqalələrini misal kimi göstərmək olar. Lakin hətta bu möhtəşəm əsərlər belə səmərəli tədqiqatın əsas götürülə biləcəyi nizamlı və ardıcıl nəzəri konsepsiyanı təşkil etmir.

2020-06-21

Qədim Misirdə şəhərsalma


Misir torpaqlarının ilk insanlar tərəfindən məskunlaşması eramızdan əvvəl X-VI minillikdə başlamışdır. Neolit ​​dövründə əkinçiliyin inkişafı ilə Nil vadisində ən qədim kənd təsərrüfatı kəndləri meydana çıxdı, sonradan həmən kəndlər çoxsaylı dövlət qurumlarına - nomlara birləşdi. Eramızdan əvvəl IV minilliyin ortalarında bütün nomlar  Şimal və Cənub krallıqlarında birləşdilər. 
Erkən Krallıq dövründə (e.ə. 3000 - 2800) şəhərlər kiçik, yaxşı möhkəmlənmiş və ehtimal ki, yuvarlaq bir plan şəklinə sahib idi. Bunu Misirin ieroqlifi, ən qədim şəkillər, habelə Nilin sağ sahilindəki Nekheb şəhərinin qalıqları göstərir. (arxeoloji məlumatlara görə, Nekheb şəhəri 400 m. diametrli dairəvi bir plana malik idi və şəhərin ətrafı çiy kərpicdən düzəlmiş qala divarları ilə çevrili idi)

2020-06-18

Vahələr


Antarktida səhrasında vahə

Təbiətin gözəlliklərindən olan Vahələr
Təbiət bəxş etdiyi gözəllikləri ilə həmişə insanları heyrətə gətirib. Milyon illərdir Yer kürəsinə adaptasiya olmuş flora və fauna sadəcə öz qanunları ilə deyil, Yer kürəsinin müxtəlifliyini təmin edən iqlimlə də uyğunlaşmaqdadır. Bəzən bu qanunauyğunluqların pozulması təbiətdə daha gözəl mənzərələrin, hadisələrin əmələ gəlməsinə səbəb olur.  Bunlardan biri də insanların yunancadan tərcümədə Oazis olaraq tanıdığı, ancaq ərəb dilindən leksikamıza daxil olmuş Vahələrdir.

2020-06-12

Gədəbəy rayonu


Gədəbəy rayonunun coğrafi mövqeyi, torpaq iqlim şəraiti, rayonun yaxud yerləşdiyi bölgənin ekoloji problemi və bu problemin həlli üçün görülən işlər (Yazının birinci hissəsi texniki artıq məlum olan məlumatlara, ikinci hissəsi isə orada olan əsas ekoloji problem və onun yaranma səbəbi və qarşısının alınması üsullarına olan müəllifin şəxsi mülahizələri əks olunub.)
Birinci hissə: Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Sahəsi 1232,98 kv kilometrdir, əhalisi təxminən 99 min nəfərdir. Rayondakı ən uca zirvələr – Qoşabulaq (3549 m) və Qocadağ (3317 m) dağlarıdır. Uca dağlarda tundraya xas iqlim, dağların ətrafında isə quru yay iqlimi müşahidə olunur. Burada iyul ayında havanın temperaturu +10°C-dən +20°C-dək, yanvar ayında isə -2°C-dən -10°C-dək dəyişir. Gədəbəy rayonunun ərazisi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Burada dünya əhəmiyyətli 1, ölkə əhəmiyyətli 81 və yerli əhəmiyyətli 24 tarixi abidə mühafizə olunur. 

2020-06-08

Yaşıl divarlar - 1-ci hissə



 Sinqapurda Hava Limanı
Müasir Canlı Bağçalar : Yaşıl Divarlar (Green Wall) (red. və ya Şaquli bağlar) 
Şəhərləşmə prosesinin sürətlə artması, açıq və yaşıl sahələrin azaldılaraq, düzgün olmayan şəhərləşməyə səbəb olarkən, şəhər əhalisini də təbiətdən uzaqlaşdırmışdır. Artıq şəhər ətrafında və mərkəzində olan aktiv və passiv yaşıl sahələr şəhər əhalisinin gündəlik oksigen təlabatını ödəməməyə başlamışdır. Şəhərlərdə yaşıl sahələrin daha da artırılması, təbiət ilə bütünləşdirilməsi və təbii sahələrin qorunması dünya gündəmində yer alan önəmli məsələlərdəndir. 

2020-06-07

Azərbaycanlılar üçün təbiət



Həsən Quliyevin yazdığı “Arxetipik azərilər: mentalitein simaları” kitabının başqa bir mövzusu “Təbiət” başlığı altında birləşmişdir. Bir baxıma azərbaycanlıların eləcə də digər türklərin qədimdə köçəri bir millət olduğu üçün təbiətlə sıx əlaqədə olduğunu düşünmək olardı (özü də bunu vurğulayır), lakin bu bağ artıq mentalitetimizdən uzaqlaşmışdır. Onun “Təbiət” başlığı altında yazdığı bir fikrini də çox bəyəndim: Azərbaycanlılar cəmiyyət olaraq təbiətin kosmik-sakral stixiyasına həssaslıqla qulaq vermək və onun estetik özünəməxsusluğuna reaksiya vermək qabiliyyətini itirmişlər. Bu metamorfozun nəticəsində onlar təbiəti ya ehtiyat mənbəyi - məhsulların təchizatçısı (meyvə, ov, yanacaq, tikinti material), ya da kababın daha yaxşı həzm olunması üçün katalizator qismində qavrayırlar. 

2020-06-05

Dronlar

Azərbaycanın kənd təsərrüfatında istifadə olunan
"DJİ AGRAS MG-1P" markalı dronu (3 km-dən
 5 dronu idarə etmək qabiliyyətinə malikdir).

Kənd təsərrüfatında Dronlar

Son illərdə Azərbaycanın kənd təsərrüfatında istifadə olunmağa başlayan texnologiyalardan biri Dronlardır. Azərbaycanda bu sahə ilə məşğul olan müəssisələrdən biri Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkıdır (AMEA YTP). Bu müəssisənin yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafını, rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiyanı, yüksək texnologiya sahələrinin genişləndirilməsi məsələlərini həll etməkdir. Kənd təsərrüfatının inkişafına kömək edəcək dron texnologiyası hal-hazırda bu müəssisədə istehsal edilir. 

2020-06-03

Geotermal enerji


Bagno Vignonidə isti yaz, İtaliya
 Geotermal enerji, Yerin dərinliyindən gələn istilik enerjisinin toplanması həmin enerjidən yemək bişirməsi, hamam, yaşayış ərazilərinin qızdırma, elektrik enerjisinin istehsalı və s. məqsədlər üçün istifadə olunan enerjinin çevrilm formasıdır. Yerin dərinliklərindən gələn istilik lava axınları, qeyzerlər, fumarol (red. vulkanik dağların ətəyində yerləşən və qaynar qaz mənbəyi olan çat və ya dəlik), isti sular (bulaqlar) və palçıq vulkanları kimi səth hadisələri yaradır. İstilik əsasən, Yer kürəsinin qabığı və mantiyasındakı kalium, torium və uranın radioaktiv parçalanmasından və həm də qitə platformalarının kənarı boyunca yaranan sürtünmə ilə meydana gəlir. Daha sonra səthə çıxan illik aşağı dərəcəli istilik axını dünya çapında hər kvadratmetrə ortalama 50 ilə 70 milliwatt (mW) arasındadır.