Bu yumurta formalı biodeqradasiya oluna
bilən məzar kapsulları siz öldükdən sonra bədəninizin yeni bir ağac “toxumu”
olmasına imkan verir.
Amerikalılar hər il ölüləri dəfn etmək
üçün 4 milyon hektar “hardwood” meşəsini
kəsirlər. Bədənimiz əvvəlcə konservasiya
olunur, taxta və ya metal tabutlara yerləşdirildikdən
sonra orta hesabla ildə təxminən 1 milyon qalon formaldehid ilə birlikdə geniş
sahəli qranit məzar daşları ilə gömülürlər.
Digər münbit ABŞ torpaqları ilə birlikdə
1 milyon hektar ərazi istifadə edən bu qəbiristanlıqlar və ya “xatirə parkları”
adətən həddindən çox suvarılmış və sintetik olaraq mayalanmış qazonlarla
örtülmüşdür.