2020-04-29

Alternativ enerji 2-ci hissə: biokütlə və bioyanacaq


Biokütlə


Biokütləyə canlı orqanizmlərdən əldə edilən materiallar aiddir. Çox vaxt xüsusi olaraq, liqnosellüloz biokütlə adlanan bitkilər və ya bitkilərdən alınan materiallar aiddir. Enerji mənbəyi kimi, biokütlə ya birbaşa, ya da dolayı yolla bioyanacaq formasına çevridikdən sonra istilik əldə etmək üçün istifadə olunur. Biokütlənin bioyanacağa çevrilməsi müxtəlif metodlarla əldə edilə bilər, geniş şəkildə sinifləşdirilməsinə termal, kimyəvi və biokimyəvi metodlar daxildir. 

2020-04-28

Norveç həmişəlik benzinlə vidalaşır! Benzin mühərriklərindən tamamilə imtina üçün plan hazırlandı.


Elektrikli nəqliyyat vasitələri 2018-ci ildə Norveçdə satılan bütün yeni avtomobillərin 31 %-ni təşkil etmişdir. Bu, dünyada ən yüksək nisbətdir. Bu kiçik ölkənin ambisiyalı bir məqsədi var - 2025-ci ilədək benzinlə işləyən mühərriklərdən tamamilə imtina etmək ...
Maşınların gələcəyi elektrik mühərrikləridirsə, Norveç bu gələcəyin necə görünəcəyinə yaxşı bir nümunədir. Oslo küçələrini gəzərkən yoldan keçən çox sayda Tesla avtomobili diqqəti cəlb edir. Həqiqətən, Norveç Avropanın ən böyük Tesla alıcısıdır. Keçən il Amerika istehsalı ora 8600-dən çox maşın verdi. Norveç bazarında yeni "Tesla Model 3" çıxdıqda satılan avtomobillərin sayının kəskin artacağı gözlənilir.

2020-04-27

Alternativ enerji 1-ci hissə



Enerjinin formaları
Fizikada enerji iş görmə bacarığıdır. O potensial, kinetik, termal, elektrik, kimyəvi, nüvə və digər formalarda ola bilər. Üstəlik, enerji- istilik və iş otürülmə proseslərində bir cisimdən digərinə keçir. Ötürüldükdən sonra, enerji öz təbiətinə görə təyin olunur. Beləliklə, istilik termal enerjiyə çevrilərək, iş görülərkən özünü mexaniki enerji şəklində göstərə bilər. Bütün enerji formaları hərəkət ilə bağlıdır. Misal üçün, verilmiş hər hansı cisim əgər hərəkət edirsə onun kinetik enerjisi var. Yay kimi gərilə bilən bir alət tarazlıq vəziyyətində olsa belə hərəkət yaratma potensialı var, quruluşuna görə potensial enerji ehtiva edir. 

2020-04-25

Virus və bakteriyalar evlərimizin dizaynına necə təsir edir?

"Bauhaus" məktəbi

Vərəm xəstəliyinin, sağlamlıq sanatoriyalarının və rentgen şüalarının ortaya çıxması bütün modernist layihəyə təsir etdi. Sağlamlıq haqda təsəvvürlərimiz ilə yaşadığımız evlər arasında əlaqə hansı formadadır? Epidemiyalar mənzillərimizin dizaynına necə təsir etdi və koronavirus onları dəyişdirəcəkmi? Yazının əsas mövzusu bu sualları cavablandırmaq üzərində olacaq.

COVID-19 epidemiyası vətəndaşları mənzillərinə kilidlədi. Xarici aləmdən kənarlaşmış bir mühitdə biz bu və digər suallar barədə düşünə bilirik. Virus bunun üçün lazımi məsafəni yaratdı. Gələcəkdə oxşar epidemiyaların qarşısını almaq üçün şəhərlər fərqli qurulmalıdırmı? Post-koronavirus arxitekturası nədir? Nəhayət sağlam bir şəhər nədir?

2020-04-24

Müasir dövrdə ekoturizm

Qoruğun balanslaşdırılmış funksional təşkilatlandırılması


Ekoturizm və ya yaşıl turizm antropogen təsirlərə minimum məruz qalmış ərazilərin turistik obyektlərə çevrilməsi və həmin ərazilərdən dayanıqlı və özünütənzimləyən turizm obyekti kimi istifadə edilməsidir. Ekoturizm keçən əsrin ikinci yarısında yaranmış və yetərincə yeni turizm sahəsi olduğu üçün onun dəyişikliyini və inkişafını göz önündə müşahidə edə bilirik. Ekoturizmin tarixi və qolları haqda çox məlumat verməyəcəm, daha çox dünən yəni 23 aprel 2020-ci ildə iştirak etdiyim bir vebinarda öyrəndiklərimi sizinlə bölüşməyə çalışacam.

2020-04-23

İnsan ekologiyası və Maslounun ehtiyaclar ierarxiyası


İnsan ekologiyası insanlarla təbiət arasındakı əlaqənin öyrənilməsidir. Bu sahədə çalışanlar, insanların ekosistemlərə inteqrasiya olunduğuna inanır, insanların ətraflarına necə sıx bağlı olduqlarını və mühitə necə təsir etdiyini öyrənirlər. Ekosistemlərin tədqiqatları adətən növlər və təbiət arasındakı əlaqələri nəzərdən keçirir. Lakin insanlar, bəzən məqsədyönlü şəkildə əhatə dairəsindən kənarda qalırlar, çünki bəzi tədqiqatlar saf ekosistem tədqiqatını təmin etmək istəyir. İnsan ekologiyası, digər tərəfdən, insanların təbii ekosistemin qeyri-təbii bir hissəsi kimi xaric edilməməsi fikrini təbliğ edir. İnsanlar bu gün baş verən ekosistem dəyişikliklərinə ən çox təsir etdiklərini qəbul edirlər. İnsanlar bütün digər növlərdən fərqlənir. Bu ekologiya sahəsi, insanların təbii dünya ilə şüurlu hədəflərini ifadə edən mürəkkəb varlıqlar olduğunu öyrədir. Bir insanın davranışına bilik və dəyərlər, inanclar və şüurlu məqsədlər təsir göstərir. 

2020-04-22

Neftlə çirklənmə: mənası, səbəbləri, effektləri, profilaktik və nəzarət tədbirləri


Giriş

Hər növ çirklənmə təbiət üçün zərərlidir. Neft çirklənməsi, xüsusilə suyun neftlə çirklənməsi növü təhlükəlilərdən biridir. Neft suda həll olmur, deməli adətən suyun səthində üzür. Beləliklə, neft çirklənməsi hər hansı səbəb-dən ötrü təbii su hövzələrinə böyük ölçüdə təsir edir və çirk-lənmə adı altında qruplaşdırılır. 

2020-04-21

Müharibələrin yaratdığı ekoloji problemlər


Demək olar ki, hər hansı bir silahlı münaqişə Yer kürəsinin ekoloji sistemi üçün mənfi nəticələnir. İstifadə olunan silah növlərindən və toqquşmanın baş verdiyi ərazidən asılı olaraq ziyanın miqdarı da fərqlənir. Müharibə zamanı ortaya çıxan ən ümumi ekoloji amilləri nəzərdən keçirək.

Zərərli tullantılar

Genişmiqyaslı qarşıdurmalar zamanı müxtəlif növ kimyəvi tərkibli silahlardan istifadə baş verir. Mərmilərin, bombaların və hətta əl qumbaralarının tərkibi təbiət üçün ciddi fəsadlarla nəticələnir. Partlayış nəticəsində müəyyən bir ərazidə zərərli maddələrin kəskin yayılması baş verir. Bitkilərə və torpağa daxil olduqda torpağın tərkibini dəyişir, bitkilərin böyüməsi zəifləyir, məhv olur.

2020-04-20

Sosial şəhər - inkişaf mənbələrinin gizləndiyi bir irsdir


Karlsrue Texnologiya Universitetinin professoru Barbara Engel Odessa və Drezdendəki kütləvi yaşayış sahələri ilə iş təcrübəsini bölüşdü.
Barbara Engel
Martın 2-si və 3-də (2020-ci il) Moskva və Tula şəhərlərində memarlıq üzrə doktor Barbara Engelin ictimai mühazirələri keçirildi. 2008-ci ildən 2013-cü ilə qədər Barbara Drezden (Almaniya) şəhər administrasiyasında şəhərsalma siyasəti şöbəsinin şəhər mərkəzində planlaşdırma şöbəsinə rəhbərlik etmiş, 2013-cü ildən Karlsruhe Texnologiya Universitetində işləyir. Şəhərsalma və Regional İnkişaf Fakültəsi Barbara'nın "Müasir yaşayış evinin gələcəyi: dəyərlər, problemli yerlər və prefabrik qəsəbələrin perspektivləri" adlı məruzəsinin tezislərini dərc etmişdir.

Urbanizasiya və onun mərhələləri


1900-cü illərin əvvəllərindən başlayaraq Böyük Britaniya və Birləşmiş Ştatlar şəhərləşmiş xalqlara çevrilməyə başlamışdı, o zamandan bəri dünya üzərində şəhərləşmə sürətlə baş verir. Bu gün 200 il əvvələ görə bir neçə faizlə müqayisədə dünya  əhalisinin 50%-i şəhərləşmiş ərazilərdə yaşayır.

Şəhərləşmə istiqamətlərini öyrənən sosioloqlar inkişaf etmiş şəhərlərin üç tarixi mərhələdən keçdiyini qeyd edirlər: sənaye öncəsi (pre-industrial), sənaye (industrial) və metropolitan-meqalopolitan mərhələ.

2020-04-19

Qlobal istiləşmə ilə mübarizədə ətraf mühitə necə zərər vermək olar?


Külək dəyirmanları və elektromobillər ən dəhşətli duman buraxan İES-dən (İstilik Elektrik Stansiyası) daha çox təbiətə zərər verə bilər.


Hakerlər İqlim Dəyişikliyiylə bağlı Hökumətlərarası Panel (IPCC) ilə əməkdaşlıq edən elm adamlarının yeni yazışmalarının bir hissəsini paylaşaraq dünya ictimaiyyətini bir daha "sevindirdi". Yazışmalar qlobal istiləşməyə qarşı mütəşəkkil mübarizənin nəticədə ümumi yoxsulluğa səbəb olacağı diqqətəlayiq bir nəticə ilə tamamlanır.
2030-cu ilə qədər bəşəriyyət istixana qazları tullantılarının verdiyi zərəri aradan qaldrımaq üçün yaşıl texnologiyalara 37 trilyon dollar (yəni 37.000 milyard dollar) xərcləməli olacaq. Bu, ildə demək olar ki, 2000 milyard dollardır.

Gaia - mükəmməl ahəng

Mükəmməl ahəng


Bəziləri tərəfindən ələ salınan Gaia nəzəriyyəsi - canlı və cansız komponentlərin Yer üzərindəki həyatı təşkil etmək üçün birlikdə çalışdıqları ideyasıdır.
Yer kürəsi həyat üçün mükəmməl planetdir lakin, Gaia nəzəriyyəsinə görə bu təsadüfi deyil. Həyat izlərinin ilk göründüyü andan etibarən yerin daha rahat bir yaşayış yeri olması üçün çox çalışıldı.
Gaia nəzəriyyəsi yer kürəsinin və onun təbii tsiklinin canlı bir orqanizm kimi düşünülə biləcəyini irəli sürür. Bir təbii tsikl pozulmağa başlayarsa digəri onu geri qaytarmağa çalışır, davamlı olaraq yerdə həyat üçün şərtlər optimallaşır.

2020-04-18

İşıqla çirklənmə


İşıq çirklənməsi, süni şəhər işıqlan-dırmasının gecə səmasına antropogen təsiridir. Bu, süni işıqlandırmanın lazımsız və biliksiz istifadəsinə səbəb olan bir sıra problemləri əhatə edən olduqca geniş bir termindir. İşıq çirklənməsi sənayeləşmə inkişafının ziyanlı təsirlərindən biridir. Böyük şəhərlərdə geniş yayılmışdır.

İşıqla çirklənmənin növləri

Ümumilikdə 5 növ işıq çirkliliyi fərqləndirilir. Onların hər birini ətraflı nəzərdən keçirək:

Drenajın növləri


Drenaj sistemi nədir, hansı drenaj növləri mövcuddur?

Drenaj sistemləri qrunt və yağış sularının mənfi təsiri probleminin həllidir - bu yeraltı və ya hər hansı bir binanın altında və ya yaxınlığında yığılan yeraltı suları toplayan və filtrfən keçirib toplayan mühəndislik həllidir. (red. Ümumiyyətlə, kollektor və drenaj sözlərinə urbanizm və torpaqşünaslıqda tez tez rast gəlinir və funksiyası da istər yağış, istər qrunt suyu səbəbindən torpaqda lazımından artıq suvarma zamanı yığılmış sular, eləcə də kanalizasiya və digər arzuolunmayan suların toplanması və kənarlaşdırılması üçün istifadə olunana konstruksiyadır. Kollektorun əsas funksiyası toplayıcı, drenaj isə kənarlaşdırcı funksiyanı yerinə yetirir.)

Urbanizasiya haqqında 10 maraqlı fakt


      1.      2000-ci ildə dünya əhalisinin sayı 6.1 milyarda çatdı, hər il 1.2% və ya ildə 77 milyon nəfər artım müşahidə olunur.

2020-04-17

Geodeziya - nədir, onun tədqiqat sahəsi, vəzifələri və quruluşu


Geodeziya - torpaq yeri, onun ölçmə metodları haqqında bir elmdir. Geodeziya insan fəaliyyətinin praktik bir qolu kimi formalaşdı və qədim dövrlərdən bəri istifadə olunur. Zamanla gələn bacarıqlar təcrübə və davamlı biliklərə keçdi. Ancaq bu bilik sistematik inkişaf etməmiş, həmişə strukturlu deyildi və əgər belə demək olarsa nəzəriyəqədərki formada idi. Qədim Yunanıstandan başlayaraq ümumi ilkin biliklər əsasında ilkin elmi qaydaları meydana gəlməsini əvvəlcədən müəyyən edən mücərrəd və nəzəri düşüncə yaranır. Bunlardan birincisi, yerin ölçülməsi haqqında biliklər əsasında yaranan həndəsə elmidir. Təbii ki həndəsəni, illərlə tərifini dəyişəcək gələcək geodeziya elminin atası adlandıra bilərik.

COVİD-19 pandemiyasının ətraf mühitə müsbət təsiri


COVİD-19 pandemiyası dünya ölkələrini narahat edir, qlobal sağlamlıq böhranına səbəb olur, eyni zamanda dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. Lakin bəşəriyyət üçün bütün mənfi təsirləri ilə yanaşı ətraf mühitə müsbət təsirləri də danılmazdır.
Elm adamlarının böyük fərqin şahidi olduğu sahələrdən biri də havanın keyfiyyətidir. Müşahidələr göstərir ki, pandemiya, Çin və İtaliya kimi COVİD-19-dan ən çox zərər çəkən bölgələrdə hava kirliliyinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır. John Hopkins Universitetinin ətraf mühitin mühəndisliyi üzrə dossenti Peter DeCarlo peyklər tərəfidən müşahidə olunan bu hadisənin doğruluğunu təsdiqləyib. O, həmçinin bildirib: “ Həm Çin, həm də İtaliyanın sənaye ərazilərində azot dioksid (NO2) miqdarında güclü azalma müşahidə olunur. NO2 nəqliyyat sənayesinin əsas mənbələrindəndir. Bu da çox aydındır ki, bir çox ölkələrdə səyahət qadağaları, konfranslar və iş görüşlərinin ləğvi hava səyahətlərini kəskin azaldıb.

Ernest Callenbach – Ekologiya


Ernest Callenbach “Natural History Guide” dərgisinin redaktorudur, Ekotopiya (1975) əsərinin müəllifidir.

Mənbə: Ecology: A Pocket Guide, revised and expanded, University of California, 2008, p 42-45
Tərcümə edən: Araz Əliyev 


Bu günlərdə hamımızın ekologiyanın nə olması ilə bağlı az-çox müəyyən fikri var. Bunun insanların təbiət üzərindəki təsirləri ilə əlaqəli bir şey olacağını düşünürük. Əslində isə ekologiya canlılar və ətraf mühit arasında bütün münasibətləri araşdıran bir elm sahəsidir. Həyatın sirkulyasiyası (dairəvi döngüsü) içərisində müəyyən funksiyaya malik olan qayalar və hətta hava belə ekologiyanın maraq dairəsinə daxildir. Ekologiya fizikada və kimyada olduğu kimi başa düşülən səbəb və nəticə ələqləri ilə deyil, sistemlər, şəbəkələr, tarazlıqlar, dairəvi döngülərlə işləyir. 

2020-04-16

Urbanizasiya ictimai sağlamlığın qlobal problemi kimi


A.A. Baqamol adına Milli Tibb Universiteti, Kiyev, Ukrayna.

Ən vacib müasir demoqrafik meyllərdən biri şəhər yaşayış məskənlərinin sürətli genişlənməsidir. Urbanizasiya proseslərinin əsasını iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı, sənaye potensialının qurulması, yeni sənaye sahələrinin yaradılması, inteqrasiya əlaqələrinin möhkəmləndirilməsi, geniş nəqliyyat şəbəkəsinin formalaşmasıdır ki, bu da ictimai həyatda şəhərlərin rolunun və buna görə də, kənd yerlərindən şəhərlərə işçi axınının artması, şəhər əhalisinin artmasına səbəb olur.
Beynəlxalq standartlara görə, Ukrayna əhalisinin əksəriyyətinin şəhərlərdə yaşadığına görə şəhərləşmiş bir ölkə hesab olunur. 2009-cu ildə şəhər sakinlərinin nisbəti 68,1% -ə çatdı. (red. 2014-cü ildə 68.69%, 2016-cı ildə 68.9%)




Parazit göbələk sinir sistemini iflic etmədən qarışqaları zombi edir

           Yeni bir araşdırmanın nəticələri göstərdi ki, çoxalmaq üçün qarışqaları istifadə edən parazit gövələk "Ophiocordyceps unilateralis", həşəratların sinir sisteminə nəzarəti ələ keçirmədən davranışlarını idarə edir. Qarışqanın bədənini idarə göbələk mitseliləri (red. bitkilərdə "kök" funkisyasını daşıyan orqanı əvəz edir və ya "göbələk telləri") həşəratın əzələlərinə nüfuz etməsi ilə baş verir.


Min illər əvvəl bəzi meyvə və tərəvəzlər necə görünürdü?



Günümüzdə, GMO haqda çox danışırlar və mağaza piştaxtalarında daha çox təbii məhsul seçməyə çalışırlar, eyni zamanda qədim dövrlərdə də bitkilərin modifikasiyası ilə də məşğul olurdular. Əlbəttə ki, metodlar müasir gen mühəndisliyindən çox fərqli idi. Ancaq adi meyvə və tərəvəzlərin çoxu selektiv genetikanın məhsuludur və keçmişdə tamamilə fərqli görünürdü.

Şaftalı

Neolit dövründə Çində müasir bir şaftalı meydana çıxdı. Eramızdan əvvəl 6000 ilə yaxın bir müddətdən yemək üçün yetişdirilməyə başladı. Avstraliyalı kimya müəllimi Ceyms Kennedi, bu gün yediyimiz təbii şaftalı ilə fərqi göstərən bir infoqrafiya hazırladı.